Dünəndən etibarən ABŞ və Türkiyə arasında başlayan sürətli mövqe yaxınlaşması getdikcə aktual hal almaqdadır. Artıq Ağ Ev-dən də kifayət qədər mülayim açıqlamalar gəlməyə başlanılıb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün təşkil olunan brifinqdə bəyan edib ki, Prezident Cozef Bayden F-16 qırıcılarının Türkiyəyə tədarükü ideyasını dəstəkləyir. “Prezident Cozef Bayden bir neçə ay ərzində F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün tərəfdarı olduğunu birmənalı şəkildə qeyd edib və bu, bizim milli maraqlarımıza cavab verir. Türkiyənin potensialının artması NATO-nun marağındadır”, - deyə o bildirib.
Mətləb