Qoşulmama Hərəkatının Bakıda Əlaqələndirmə Şurasından heç bir həftə keçməmiş əlaqədar Afrika ölkələri Makronun üstünə yeriməyə başladılar. Şuranın iclasında Prezident İlham Əliyev bəyan etdi ki, Fransa Paris muzeyində qənimət kimi saxlanan əlcəzairli azadlıq mücahidlərinin başlarını qaytarmalı, bütün keçmiş müstəmləkə xalqlarından üzr istəməli, müstəmləkə zülmündən əziyyət çəkmiş xalqlara kompensasiya ödəməlidir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Şuranın iclası çərçivəsində Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu da yarandı...
Artıq nəticə var. Uqandadan olan bir qrup qeyri-hökumət təşkilatı Fransaya qarşı kompensasiya iddiası ilə Beynəlxalq Məhkəməyə müraciət ediblər. Uqandalılar hesab edir ki, bu ölkədən Tanzaniyaya çəkilmiş neft kəməri ekoloji fəsadlar formasında ziyan vurduğu üçün Fransa kompensasiya ödəməlidir.
İddianın Uqanda QHT-i üçün nə ilə bitəcəyini söyləməyə hələlik tələsməyək. Lakin fakt budur ki, keçmiş müstəmləkə xalqları Qoşulmama Hərəkatının sonuncu Bakı Şurasından sonra Fransanın üstünə yeriməyə başlayıblar. Davamlı olacağı və digər dövlətlərin də qoşulacağı gözlənilir...
Tahir TAĞIYEV