Son aylar ərzində Azərbaycan-Ermənistan postmünaqişə kontekstində gedən danışıqlar intensiv hal alıb.
Trend-in məlumatına görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev bu müddət ərzində bir neçə dəfə Ermənistan lideri ilə görüşüb. Belə görüşlərin müxtəlif beynəlxalq tədbirlər səviyyəsində yaxın zamanlarda yenə də davam etməsi gözlənilir. XİN nazirləri arasında danışıqlar gedir. O cümlədən baş nazirlərin müavinləri səviyyəsində kommunikasiyaların açılması, delimitasiya prosesi kontekstində də formatlar mövcuddur və bu istiqamətdə də yaxın zamanda görüşlərin keçirilməsi planlaşdırılıb", - deyə nazir bildirib.