Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla hazırkı baş nazir Nikol Paşinyan arasındakı “söz müharibəsi” durmadan şiddətlənir. Xüsusilə N.Paşinyanın müharibənin hallarının öyrənilməsi üzrə İstintaq Komissiyasının iclasında səsləndirdiyi bəyanatlar S.Sarkisyanı özündən çıxarıb. "Panorama.am" saytı xəbər verir ki, sabiq prezident N.Paşinyanı hədəf alan fikirlər səsləndirib. “Psixoloqlar deyirlər ki, yalançılar sonda öz yalanlarına inanmağa başladıqları nöqtəyə çatırlar. "Ancaq bir ümidverici hal var – bunun yalanın son mərhələsi olduğunu da söyləyirlər. Ümid edirəm ki, bu son mərhələdəyik" deyə sabiq Ermənistan prezidenti N.Paşinyanı hədəf alaraq onu durmadan yalan danışmaqda ittiham edib.
Xatırladaq ki, N.Paşinyan müharibənin hallarının öyrənilməsi üzrə İstintaq Komissiyasının iclasında S.Sarkisyan hakimiyyətinə qarşı kəskin fikirlər səsləndirmiş, onu bir sıra cinayət əməllərinə yol verməkdə ittiham etmişdi.
Mətləb