Paşinyan öz problemlərini "uğurla həll etmişdi", qalmışdı Makrona qahmar çıxması. Bütün dünya 21-ci əsrdə qulçuluğun və müstəmləkəçiliyin əsas daşıyıcısı olan Fransanın üstünə düşdüyü bir vaxtda, Paşinyan Makronun və Fransanın müdafiəsinə qalxıb. Deyir ki, Azərbaycan bütün imkanlarla antifransa mübarizəsi aparır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Paşinyan bəlkə də Makrona həm də borcunu qaytarmaq istəyir. Belə ki, 44 günlük müharibədən sonra İlham Əliyev əsas dünya qüvvələrini Ermənistanın üstünə yürütdüyü vaxtda Makron əl-qolunu çırmalayıb bəyanat verdi ki, Ermənistanı tək qoymayacağıq. İndi də hətta Mali adlı Afrika dövlətinin xadimləri "bizdə demokratiya və insan haqları Fransadan çoxdur" deyərək Makronun üstünə təhqiramiz yürüşlər etdikləri vaxtda Paşinyan da Makronun" hüquqları uğrunda mübarizəyə girişib"...
Birlikdə bərk yürüyün, öz cəhənnəminizə doğru...
Tahir TAĞIYEV