çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qərbi Azərbaycandakı Qaraqoyunlu mahalı da 18-20-ci illərdə Cümhuriyyətimizin torpağı idi...

Image


"Qərbi Azərbaycandakı evimiz yerindəmi?" rubrikasında məşhur Qaraqoyunlu mahalından danışmaq istəyirik. Bu mahal el arasında daha çox Qaraqoyunlu dərəsi olaraq tanınır. Tariximizdə böyük əhəmiyyəti olan Qaraqoyunlu eli Qərbi Azərbaycanın incilərindən biridir. 

Bu mahalı adı çoxdan dastanlaşıb... 

Tədqiqatçılar yazır ki, Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı Qərbi Azərbaycanın  İcevan (Karvansaray) və Mixaylovka – Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir.

Məlumatlara görə, Qaraqoyunlu dərəsi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub.1918-ci ildən 1920-ci ilə qədər isə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud idi.  Mənbələrə görə, 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradılır. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansaray, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qalır. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselo), Şəmşəddil, Dilican rayonları yaradılır. 

Qərbi Azərbaycanın “kiçik akademiyası” titulunu qazanan Gölkənd kənd orta məktəbi  çox güclü təhsil ocağı olub. 10-11 illik məktəb bu kənddə olduğu üçün, qonşu kəndlərdən 8-ci sinifdən sonra bu məktəbdə təhsillərini davam etdiriblər. Keçmiş təhsil naziri Misir Mərdanov da öz təhsilini bu kənddə davam etdirib. 

İlk dini və dünyəvi məktəblər də Çaykənd kəndində olmuşdur. Əvvəlcə ibtidai, sonra yeddillik olan, daha sonra isə orta məktəb açılmış və 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərmişdir.

1903-cü ildə Əmirxeyirdə anadan olmuş Şəmşəd Sarı oğlu Əliyev, 1907-ci ildə Əmirxeyirdə anadan olmuş Alı Qələndər oğlu Alıyev, 1908-ci ildə yenə də Əmirxeyirdə doğulmuş, İrəvan Pedaqoji Texnikumunu, Bakıda ali məktəbi bitirərək, ali məktəbdə işləmiş Reyis Niftalı oğlu Məmmədov, 1908-ci ildə çaykənddə dünyaya göz açmış, Sumqayıt Boru Prokat Zavodunda işləmiş və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Murad Mahmud oğlu Zeynalov və başqaları ilk təhsillərini Çaykənd kənd orta məktəbində almışlar.

Çaykənd kənd orta məktəbinin tarixi haqqında ən dəyərli və dəqiq məlumatları Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, hər iki respublikada çox yüksək vəzifələrdə çalışmış, sonralar bir çoxları kimi repressiyanın qurbanı olaraq sürgün edilmiş və 1938-ci ildə sürgündə dünyasını dəyişmiş məşhur partiya və dövlət xadimi Bala İbrahim oğlu Əfəndiyevin fəaliyyətinə həsr edilmiş kitablardan götürmək mümkün olmuşdur.

T.Miralayevin Bala Əfəndiyev haqqında yazdığı və 1972-ci ildə "Ayastan" nəşriyyatı tərəfindən İrəvanda nəşr etdirdiyi "Bala Əfəndiyev" adlı bioqrafik oçerkdən aşağıdakılar məlum olur.

Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyasının Qazax qəzasının Çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykənd kəndində anadan olmuşdur. O, hələ dünyaya göz açmamış atası İbrahim kişi dünyasını dəyişmiş, əmisi molla Məhəmməd və atalığı Ənməd Hacı Əli oğlu Balanı elə öz kəndlərində molla məktəbinə göndərmişdir. Ancaq balaca Balada elm və sənətə olan böyük həvəsi görmüş, ona 1907-ci ildə təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağı məsləhət görmüşlər. Bala Əfəndiyev həmin hazırlıq siniflərində təhsilini davam etdirmişdir.

Bu tarixi fakt göstərir ki, Çaykənd kəndində ilk məktəb 1907-ci ildən bir neçə il əvvəl açılmışdır.

Qaraqoyunluların təkidi və tələbi ilə Çaykənd orta məktəbinə Bala Əfəndiyevin adı verilmiş və məktəbin qarşısında onun büstü qoyulmuşdur.

"Onu da qeyd etmək yerinə düşər ki, Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı, 1906-cı ildə Çaykənd kəndində anadan olmuş Fatma xanım da ilk təhsilini Çaykənd kəndində almışdır. Çaykənd orta məktəbinin məşhur məzunları haqqında ən geniş məlumatlar uzun müddət həmin məktəbin direktoru işləmiş, dəyərli ziyalılardan və ağsaqqallardan biri olan Qurban Yusif oğlu Süleymanovun yazıb nəşr etdirdiyi "Əzəli Oğuz yurdum - Doğma Çaykəndim" adlı kitabında göstərilmişdir".

Bu barədə mahal barədə olan vikipediya məqaləsində bildirilir. 

Qaraqoyunlu dərəsi ilə bağlı mətbuatda qeyd edilir ki, Azərbaycanda XV əsrdə mövcud olmuş Qaraqoyunlu dövləti tarix səhnəsindən erkən silinsə də, onun izləri hələ də yaşayır. "Oğuz türklərinin Baharlı qolundan olan XIV əsrin sonlarında (1388-ci il) yaranıb. 1410-cu ildə isə Qaraqoyunlu dövləti elan olunub.

Qaraqoyunlu dövləti 58 il mövcud olub və 1468-ci ildə digər oğuz tayfa ittifaqı olan Ağqoyunlular tərəfindən son qoyulub.

Lakin maraqlıdır ki, sonralar Qaraqoyunlu adı tayfa və kənd adı olaraq Azərbaycan və Türkiyə ərazisində qalıb. Bu gün də Türkiyənin İğdır vilayətinin 4 əsas rayonundan biri və şəhər Qaraqoyunlu adlanır.

Lakin Qaraqoyunlu yaşayış məntəqələrinin ən çox yayıldığı ölkə Azərbaycandır. Xüsusən də hazırkı Ermənistan ərazisində, Göyçə mahalında Qaraqoyunlu dərəsi və ya Qaraqoyunlu mahalı adlı ərazi var"-deyə yazıda bildirlir. 

Qaraqoyunlu dərəsi tariximizdə mühüm rol oynayan və böyük şəxsiyyətlər yetişdirən bir mahalıdır.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu yazır:"...Hazırda bu ərazi Ermənistanın Tavuş mərzi və Geğarkunik mərzi adlanan vilayətlərinin tərkibindədir.

Qaraqoyunlu hərtərəfli inkişaf etmiş bölgələrdən biri idi. Harada yerləşməsindən asılı olmayaraq, kəndlərin hamısına yol çəkilmiş, təzə evlər tikilmişdi. 1960-cı ildə Qaraqoyunlu dərəsinin kəndlərində, demək olar ki, bir dənə də olsun köhnə ev qalmamışdı..."

Bu gün qaraqoyunlular əmin deyillər ki, abad qoyub gəldikləri kəndləri, evləri salamat qalıb. Onlar geri qayıdıb erməni daşnaklarının viran qoyduğu evlərini, ocaqlarını abad etmək, çıraqlarını yandırmaq istəyirlər. O evlər yerində qalmasa da, o ellər yerindədir, öz doğma övladlarını gözləyir... 

Ay dağlar, yastı dağlar,
El gəldi basdı dağlar 
Üç ay olurdun toyda-bayramda 
İndi qaldın yasda dağlar. 

Qaraqoyunlu dərəsinin Gölkənd kəndindən olan Ərkinaz nənə deyib bu bayatını. O yerlərin adamları zalım düşmən tərəfindən deportasiya edilib və dağlar yasa batıb. Geriyə köçlər o dağları yasdan çıxaracaq və ellər yenə toy-bayram libasına bürünərək. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ