Cümə axşamı günü, 12 noyabr 2026
     

Üç türk ölkəsi Ermənistana etiraz etdi, Putin bildiyini elədi...

Image


Ermənistan mətbuatının yaydığı məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzvləri Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoyublar. Belə ki, Qazaxıstan, Qırğızıstan və Tacikistan Ermənistanın tələblərini rədd edərək əməliyyatlara qarışmaqdan imtina ediblər.

Bir neçə gün əvvəl isə KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov keçirdiyi “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistana göndərilməsi təklifi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb” deyə bildirirdi.

Qeyd edək ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq, KTMT Birləşmiş Qərargahının operativ qrupu monitorinq missiyasını yerinə yetirmək üçün Ermənistana gəlib.

Bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, missiyanın rəhbəri general-polkovnik Anatoli Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. Tərəflər sərhəddəki vəziyyəti müzakirə ediblər. 

Üç dövlətin veto qoymasına baxmayaraq Putin KTMT Birləşmiş Qərargahının operativ qrupunu Ermənistana gönərdi.

  • “Qazaxıstan, Qırğızıstan və Tacikistan  göstərdi ki, Ermənistan heç zaman KTMT-ni öz məqsədləri üçün alətə çevirə bilməyəcək” 

Məsələyə şərh verən AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı bizimlə söhbətində bildirdi ki, SSRİ-nin süqutundan sonra Rusiyanın rəhbərliyi ilə yaranan qurumların mütləq əksəriyyətinin belə demək mümkündürsə, yarandığı gündən fəaliyyəti yeni doğulmuş uşağa bənzəyir. M.Zülfüqarlı qeyd etdi ki, KTMT-yə üzv olan ölkələr Sovetlər  birliyindən təzə qopandan sonra öz müstəqilliyini möhkəmləndirməmişdi və Rusiyanın təxribatlarına tam cavab vemək gücündə deyildilər. “Amma indi vəziyyət dəyişib. Rusiyanın beynəlxalq aləmdə yaratdığı mifik güc alt-üst olub. Ukrayna ilə müharibədə günü-gündən uduzaraq geri çəkilməsi, mövcud olan nüfuzun aşağı düşməsi ona gətirib çıxarır ki, artıq Rusiya istədiyini edə bilmir. Əvvəla, Rusiyanın indiki Ermənistanda siyasəti ziddiyyətlidir. Rusiya bir tərəfdən Ermənistanı özünə müttəfiq, forpost ölkə kimi görür, ikincisi tərəfdən isə orada hakimiyyətdə olan Baş naziri Qərbin adamı olduğu üçün qəbul etmir, öz adamlarını hakimiyyətə gətirmək istəyir. Bu baxımdan da Rusiyanın mövqeyi qeyri-müəyyəndir. Tutalım, 90-cı, 2000-ci illərin əvvəllərində ermənilər belə hesab edirdilər ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar başlayarsa Rusiya birmənalı olaraq Ermənistanı müdafiə edəcək. İndi isə bu mif dağılıb. Ona görə də, qardaş Türkiyənin bilavasitə dəstəyi türk dilli dövlətlərin birliyinin get-gedə güclənməsi, bu respublikalar arasında milli-mənəvi əlaqələrin yaranması, inkişafı ona gətirib çıxarır ki, artıq həmin qurumda olan türk respublikaları müstəqil siyasət yürütməyə başlayırlar. Bundan başqa Azərbaycan dövlətçiliyinin güclənməsi, 44 günlük müharibədən sonra regionda Azərbaycanın gücünün həddən artıq artması, Azərbaycanla mərkəzi Asiya respublikaları arasında mədəni-iqtisadi əlaqələrin güclənməsi kimi amillər o ölkələrin belə qərar verməsinə gətirib çıxarır. Bu ölkələrin Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoyması tamamilə əsaslıdır. Qazaxıstan, Qırğızıstan və Tacikistan  göstərdi ki, Ermənistan heç zaman KTMT-ni öz məqsədləri üçün alətə çevirə bilməyəcək”.  

M.Zülfüqarlı hesab edir ki, türk dilli ölkələrlə, islam dövlətləri ilə əlqələrin dərinləşməsi və Azərbaycanın nüfuzunun güclənməsi bu kimi halların baş verməsinə rəvac verir: “ KTMT-yə üzv olan türk respublikaların Azərbaycana münasibəti müsbətdir. Bu ölkələr qardaş Azərbaycana daha çox dəstək verməyə çalışırlar, Rusiyanın forpostu olan və beynəlxalq aləmdə tamamilə nüfuzunu itirən Ermənistana əhəmiyyət vermirlər. Ona görə də Putin əlacsızlıqdan Ermənistana nümayəndə göndərib. KTMT-nin missiyasının Ermənistanda peyda olmasının elə də böyük təsir yoxdur, bu missiya yalnız müşahidə etmək, məlumat vermək xarakterlidir. Çünki Azərbaycan atdığı addımlarda beynəlxalq hüquqa söykənir, öz ərazi bütövlüyünü bərpasına, sərhədlərin müəyən edilməsinə, sülh müqaviləsinin imzalanmasına çalışır. Bu baxımdan da Azərbaycana qərəzli yanaşmayan bütün dövlətlər ölkəmizin bu haqq işinə dəstək verir. Yaxın gələcəkdə biz Azərbaycanın daha böyük uğurlarının şahidi olacağıq.

Bilirsiz ki, indi də Qırğızıstan və Tacikistan sərhəddində münaqişə baş verib. Sərhəd münaqişəsi var. Bu problemin də yaradıcısı çox güman ki, böyük dövlətlər və Rusiyadadır. Ona görə də, indi Qırğızıstan və Tacikistan da öz başlarının hayına qalıblar. KTMT-yə üzv olan iki ölkə arasında sərhəd münaqişəsi başlayıb” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ