"Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən yazılması üçün göstərilən boş bir cəhddir. Bu uğursuz və qanunsuz qərarı rədd edirik və şiddətlə qınayırıq".
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, parlamentlər tarix yazmaq və mühakimə etmək üçün yer deyil.