Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Devid Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Baki-xeber.com xəbər verir ki, diplomat Türkiyə XİN başçısının müavini Sedat Ünal tərəfindən qəbul edilib.
Səfirə ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”ilə bağlı bəyanatına Türkiyənin reaksiyası çatdırılıb.
XİN rəhbərinin müavini səfirə bildirib ki, heç bir tarixi və hüquqi əsası olmayan bu açıqlama qəbuledilməzdir, tamamilə rədd edirik və şiddətlə qınayırıq.
Həmçinin, bəyanatın beynəlxalq hüquq baxımından etibarsız olduğu və bunun Türk xalqını dərindən üzdüyü və münasibətlərə bərpası çətin bir zərbə vurduğu qeyd edilib.