şənbə günü, 03 oktyabr 2026
     

ABŞ Rusiyanın Qarabağ siyasətindən narazılıq edir – “Moskva Dağlıq Qarabağda münaqişəni nizamlamağa yox, saxlamağa can atır...”

Image


Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 günlük müharibə ilə son qoysa da, burada bəzi məsələlərin həllinin zamana ehtiyacının olması da heç kimə sirr deyil. Bunlardan biri Qarabağ ermənilərinin gələcək taleyi ilə bağlıdır. Azərbaycan bu ermənilərin Azərbaycan vətəndaşı olmasının mümkünlüyünü önə çəkir. Amma qarşı tərəfdən hələ ki, buna müvafiq cavab yoxdur.

O da sirr deyil ki, ermənilərin müvafiq cavabı uzatmasının əsas səbəbi Qarabağda Rusiya sülhməramlı qüvvələrinə güvənib hələ də separatçı mövqe sərgiləmələridir. Çünki bu sülhməramlı qüvvələr olmasaydı, Qarabağ erməniləri ya çoxdan qaçıb getmişdilər, ya da Azərbaycan vətəndaşlığını qəbul etmişdilər. Hələlik Rusiya sülhməramlı qüvvələrinin mövcudluğu onlara konkret mövqe sərgiləməyə imkan vermir. Elə bu fonda ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Corc Kent Rusiyanın Dağlıq Qarabağda münaqişəni nizamlamağa yox, saxlamağa can atdığını bəyan edib. Diplomat “Türk irsi” adlı Amerika qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmiş internet-seminarda çıxışı zamanı bu xüsusda bildirib: “Mən Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının, təxmin edildiyi kimi, Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalacağı ilə bağlı narazılığının artacağını gözləyirəm”. Amerikalı diplomat Gürcüstan xarici işlər nazirinin müavinlərindən birinin Qarabağa Rusiya qüvvələrinin yeridilməsi ilə bağlı dediklərindən sitat gətirib: “Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri deyib: “Bu həmin situasiyadır ki, Gürcüstan 1998-ci ildə üzləşmişdi. Daha sonra Azərbaycan Gürcüstanın 2008-ci ildə üzləşdiyi situasiya ilə üzləşək. Sonra isə o, Gürcüstanın indi yaşadığı situasiyada olacaq”. Xatırladaq ki, 2008-ci ildə Rusiya Gürcüstanla bir neçə günlük müharibə nəticəsində separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıdı. Elə bu fonda Corc Kent qeyd edir: “Bu çox bədbin yanaşmadır, amma ola bilsin, Rusiyanın Qarabağ münaqişəsi ilə öz mənafeyi naminə necə manipulyasiya etməsinə verilən real qiymətdir”. Amma burada onu da nəzərə almaq lazımdır ki, Gürcüstandan fərqli olaraq, Qarabağ erməniləri arasında Rusiya pasportu daşıyanlar yoxdur.

Corc Kent daha sonra qeyd edib ki, pessimist, amma realist olan dəyərləndirmələrə görə, Rusiya Qarabağdakı münaqişədən öz mənfəəti üçün istifadə etməyə çalışır. Problemin həqiqətən nizamlanmasında maraqlı deyil və Ermənistanla Azərbaycanın irəli getməsinə imkan vermək istəmir. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı münaqişəyə iki ölkəyə yekun sülh razılaşması əldə etməyə imkan verəcək şəkildə yanaşma çağırış kimi qarşıda dayanır. Corc Kent, Bakı və İrəvan bu məsələdə maraqlı olarsa, ABŞ-ın Azərbaycan və Ermənistana münaqişənin həllində kömək etməyə hazır olduğunu söyləyib: "Ermənistan və Azərbaycan sülh yolu ilə nizamlamaya və Minsk Qrupu həmsədrləri prosesin səlahiyyətlərindən istifadə etməyə nə dərəcədə sadiqdirsə, ABŞ iki ölkəyə irəliləyiş yolunu tapmağa kömək etməyə o qədər hazır olar". Kent əlavə edib ki, Rusiyanın məqsədi daha bir açıq məsələ olaraq qalır: “Rusiya atəşkəsi Minsk Qrupu həmsədrləri mexanizmi vasitəsilə razılaşdırmağı seçmədi, üçtərəfli formatda birbaşa vasitəçilik etdi”. Diplomatın fikrincə, indi əsas təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsinə elə yanaşmaqdan ibarətdir, hər iki ölkəyə yekun statusu razılaşdırmaq imkanı yaransın: “Azərbaycan müharibənin qalibi kimi qəbul oluna bilər, amma bu, böhranın həllinə aparmayacaq, Ermənistan dörddə bir əsr öncə birinci müharibəni udanda da belə idi”. Kent, eyni zamanda, ABŞ-ın Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması perspektivləri haqda suala cavab olaraq isə diplomat belə deyib: “Ola bilsin, bu ay da deyil, bu il ərzində də deyil...”.

Burada bir daha xatırladaq ki, Azərbaycanla Ermənistan arasında ötən il sentyabrın 27-də başlamış hərbi əməliyyatlar noyabrın 10-da imzalanmış üçtərəfli atəşkəs razılaşması ilə başa çatıb. Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri alıb. Bundan sonra təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Bu fonda Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını bildirib. Ancaq regiondakı separatçı rejim fəaliyyətini davam etdirir, Rusiya hərbçilərinin də onlarla əməkdaşlığına, yardımına dair informasiyalar yayılır. Bu yaxınlarda rus dilinə Qarabağda rəsmi status verilib. Lakin bunlar hansısa ciddi əhəmiyyət daşımır. Əksinə, Azərbaycan qısa müddət ərzində Qarabağda qalan ermənilər ölkəmizin qanunvericiliyini qəbul etməyəcəkləri halda onları antiterror əməliyyatları ilə zərəsizləşdirmək iqtidarındadır. Hazırda ermənilərin yaşadıqları ərazi Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına aiddir. İndi Qarabağ erməniləri Azərbaycanın şərtlərini yerinə yetirməsə, Azərbaycan antiterror əməliyyatlarına başlamağa hazırdır. Türkiyə, ABŞ kimi ölkələr isə bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ