çərşənbə günü, 07 oktyabr 2026
     

1. Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Image


Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Ermənistanın fəaliyyət istiqamətlərini artıq Azərbaycanın postmüharibə dövrü üçün diqtə etdiyi şərtlər əsasında müəyyən etməli olduğunu nümayiş etdirir. Ən azı o baxımdan ki, Ermənistanın bundan sonrakı inkişafı Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətlərini normallaşdırmasından birbaşa asılıdır. Əks təqdirdə Ermənistan bir dövlət olaraq məhvə məhkumdur.

Azərbaycanla münasibətlər olmadan Ermənistanın mövcudluğu mümkün deyil

Real vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan və Türkiyə ilə normal əlaqələrin yaradılmasının Ermənistan üçün müstəsna və həyati əhəmiyyətə malik olduğunu bu ölkədə yaxşı başa düşənlər az deyil. Hər halda, Ermənistan hakimiyyətinin kommunikasiyaların bərpası istiqamətində əldə edilən razılıqların icraya yönləndirilməsi üçün atdığı addımlar da bu qənaəti gücləndirir. Belə ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü ilə bağlı ıldə edilən razılıq əsasında artıq tərəflər bir araya gəlməyə hazırlaşır. Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib. İndi RBK agentliyinin Rusiya və Ermənistan hökumətindəki iki mənbəyə istinadən yaydığı məlumata  görə, görüş yanvarın 27-də Moskva şəhərində keçiriləcək. Məlumatda bildirilib ki, üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcək.

Rusiyanın “Lenta.ru” portalı bu xüsusda qeyd edir ki, regionda yeni kommunikasiyalar Ermənistan üçün həyati önəm kəsb edir. Portal bu xüsusda yazır: “Ermənistan Qarabağ münaqişəsi üzündən 30 ilə yaxındır ki, nəqliyyat blokadasındadır. Onun Naxçıvan, Azərbaycanın əsas hissəsi və Türkiyə ilə dəmir yolu əlaqəsi kəsilib. Hələlik yalnız Tiflis xətti mövcuddur. Amma Abxaziya münaqişəsi səbəbilə bu yoldan da istifadə etmək mümkün deyil. Sovet vaxtı Ermənistanın əsas yük magistralı məhz Naxçıvan və Mehridən keçən dəmir yolu olub. Ermənistana taxıl, metal və neft məhsulları bu yolla daşınıb. Yol düzənlik ərazidən keçdiyi üçün burada 4500 tonluq ağır qatarlar da hərəkət edə bilirdi. SSRİ dönəmində İrandan Moskvaya yük qatarı uzağı 2,5 sutkaya çatırdı. Bu gün yola daha az vaxt sərf etmək olar. Hələlik Ermənistanla Rusiya arasında yeganə quru nəqliyyat dəhlizi avtomobil yoludur. O isə pis vəziyyətdə olan gürcü yolundan, Şimali Osetiyada yerləşən Yuxarı Lars nəzarət-buraxılış məntəqəsindən keçir. Onun hər iki tərəfə sutkalıq ötürmə qabiliyyəti 200 fura, 40 avtobus və 200-ə qədər minik avtomobilidir. İl ərzində Ermənistandan Yuxarı Lars vasitəsilə hər iki istiqamətə azı 10 min reys həyata keçirilir. Nəzarət-buraxılış məntəqəsində mütəmadi olaraq növbələr yaranır, üstəlik yolun özü də son dərəcə təhlükəlidir. Yaxın illərdə yenidənqurma nəticəsində məntəqənin buraxılış imkanının sutkada 3,8 min avtomobilə çatdırılacağı deyilir. Lakin bəzi mütəxəssislər bunun faydasız olduğunu düşünür. Çünki istənilən halda, nəzarət-buraxılış məntəqəsinin özü yolun çox ensiz hissəsində yerləşir. Ermənistanın Rusiya ilə dəniz vasitəsilə də əlaqəsi var – Poti limanından Qafqaz limanına. Lakin ekspertlərin fikrincə, bütün bunlar ölkənin ticarət potensialının reallaşdırılmasına kifayət etmir. Yolların açılması barədə razılaşmalar qüvvəyə minərsə, Ermənistan Rusiya və İranla dəmir yolu əlaqəsi, eyni zamanda Türkiyəyə qədər dəhliz əldə edəcək. Bu, İrəvan üçün Fars körfəzinə, Asiya bazarlarına, Baltikyanı limanlar vasitəsilə Şimali Avropaya çıxış deməkdir. Elə bu səbəbdən Azərbaycanın kommunikasiyaların bərpası ilə bağlı təklifləri Ermənistan üçün mühüm önəmə malikdir”. Ermənistanın varlığı artıq Azərbaycanla normal münasibətlərin yaradılmasından birbaşa asılı duruma düşüb.

Hamiləri Ermənistan yükündən xilas olmaq istəyir

Sirr deyil ki, Ermənistanın indiyə qədər mövcudluğunu şərtləndirən əsas səbəb bu ölkəyə hamiləri tərəfindən edilən yardımlar və dəstəkdir. Bura ilk növbədə Rusiya daxildir. Amma Rusiya və digər hamiləri artıq Ermənistan kimi yükü daşımaqda maraqlı deyil. Çünki bu, onların maraqlarına hansısa formada cavab vermir. Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko da xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Rusiya Ermənistanı uzun müddət bəsləyə bilməz: “İlk növbədə qeyd olunmalıdır ki, Ermənistanda daxili siyasi vəziyyət gərgin və mürəkkəb olaraq qalmaqda davam edir. Məğlubiyyət həbinin Ermənistan cəmiyyəti üçün son dərəcə acı olduğu aydın məsələdir. Müxalifət Nikol Paşinyanı günahlandırmağa və onu hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Ancaq Paşinyan Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin yalnız bir rəmzidir. Əslində isə müasir Ermənistanın millətçiliyə və İrəvanın mərkəzi meydanlarından birində abidəsi ucaldılan, faşistlərlə əlbir olan Qaregin Njdenin nəzəriyyələrinə əsaslanan ideologiyası məğlub edildi. Paşinyan bu məğlubiyyətə görə məsuliyyət daşımır”.

Ekspertin fikrincə, ermənilər üçün ən doğru qərar ölkələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bərpa etmək və “böyük Ermənistan” xülyasından imtina etməkdir: “Ermənistanın normal inkişafa, tərəfdaşları və qonşuları ilə diplomatik və iqtisadi əlaqələrin bərpasına ehtiyacı var. Yalnız dinc fəaliyyət, ölkələrinin rifahı naminə yaradıcılıq işləri məğlubiyyət uçurumundan qalxmağa imkan verə bilər. Ermənistan KTMT çərçivəsində Rusiyanın strateji müttəfiqidir. Ancaq Rusiya Ermənistana dotasiya ayıra, onu bəsləyə bilməz. Bu, suveren dövlətdir. Özü öz təhlükəsizliyini təmin etməli, vətəndaşlarını qorumalı və iqtisadiyyatı inkişaf etdirməlidir. KTMT çərçivəsində Ermənistan qarşısında yalnız başqa ölkələr qarşısında olduğu qədər öhdəliyimiz var, daha artıq heç nə yoxdur”.

Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan da qeyd edir ki, indi dünya üçün Ermənistan maraqlı ölkə deyil: “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”. Ekspertlər isə qeyd edir ki, bu gün Ermənistanda yaranmış ağır böhran vəziyyəti bu təcavüzkar ölkənin uzun illər Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin acı nəticəsidir.  Bundan xilas olmaq isə məhz Azərbaycanla normal münasibətlərdən asılıdır.

Bakının mövqeyi Kremldə də dəstəklənir

Regionda kommunikasiyaların qurulması, Ermənistan da daxil olmaqla, bütün iştirakçıların xeyrinədir. Bu prosesdə maraqlı tərəflərdən biri də Rusiyadır. Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev “Rossiyskaya qazeta”ya açıqlamasında bu xüsusda bildirir: “Dağlıq Qarabağ regionunda silahlı qarşıdurmanın qaynar mərhələsinin sona çatması Ermənistan və Azərbaycan xalqları arasında dinc yaşayış, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması üçün yeni imkanlar açıb. Artıq belə yanaşma görülməkdədir. Ermənistan və Azərbaycanın maraqlarına uyğun olaraq daşınmanın təmin edilməsi üçün prioritet olaraq dəmir yolu və avtomobil əlaqəsinin bərpası müəyyənləşdirilib. Qonşu ölkələr - Rusiya, İran, Türkiyə, Gürcüstan da bu kommunikasiyalardan beynəlxalq tranzitin inkişafı üçün istifadə edə biləcək”. Amma təbii ki, Bakının istəyi əsasında regionda qurulacaq yeni kommunikasiyadan Azərbaycan özü də böyük mənfəət əldə edəcək. “Lenta.ru” portalı bu xüsusda yazır: “İndi Naxçıvanla əlaqə yaratmaq üçün Azərbaycanın Horadiz şəhərindən ötən ilin payızınadək tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın nəzarətində olmuş Ağbəndə qədər dəmir yolunu bərpa etmək planlaşdırılır. Paralel olaraq, Naxçıvanda dəmir yolunun yenidən qurulmasına başlanacaq. Ermənistanın Sünik vilayətində isə yol Mehri şəhərindən keçəcək. Hesab olunur ki, Ermənistanla birbaşa dialoqun və münasibətin olmaması layihənin reallaşdırılmasına mane olmayacaq. Elə Prezident İlham Əliyev də bəyan edib ki, İrəvanın layihəyə heç bir aidiyyəti yoxdur və bu işdə Azərbaycanın tərəfdaşı Rusiyadır. Çünki Ermənistanın dəmir yolları “Rusiya Dəmir Yolları” ASC-nin idarəetməsindədir.

Bakıda vurğulayırlar ki, dəhlizdən Rusiya, Türkiyə, Ermənistan və İran istifadə edə biləcək. Artıq Ankaranın buna maraq göstərdiyi də məlumdur. Türkiyə Naxçıvana dəmir yolu çəkmək niyyətini hələ noyabrda, Dağlıq Qarabağda müharibənin başa çatmasından dərhal sonra bəyan etmişdi. Ekspertlərin hesablamalarına görə, Qars-Gümrü xətti çəkilərsə və bununla da Qars-Naxçıvan-Mehri-Zəngilan dəmir yolu xətti yaranarsa, bu marşrutla illik yük daşımalarının həcmi 10 milyon tona çatacaq. Demək, yola çəkiləcək xərc 12 ilə geri qayıdacaq. Dəmir yolu əlaqəsinin qurulması ilə yanaşı, Azərbaycan Qarabağa avtomobil yolları çəkməyi, geri qaytardığı ərazilərdə beynəlxalq hava limanları tikməyi də planlaşdırır. Yeni aeroport Laçın və ya Kəlbəcər rayonlarından birində tikilə bilər. Azərbaycan hökuməti vətəndaşlarına durmadan bu layihələrin işıqlı gələcəyi haqda danışır. Məsələ ondadır ki, məsələn, 2019-cu ildə Bakıdan Naxçıvana avtobuslarla 41 min sərnişin daşınıb. Bu marşrut İran üzərindən keçir və gömrük yoxlamaları səbəbindən yola 8 saat vaxt sərf olunur. Birbaşa yerüstü əlaqənin yaranması ilə Naxçıvana sərnişin axını 2-3 dəfə arta bilər”. Bütün bunlar Azərbaycana böyük fayda gətirəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ