çərşənbə günü, 21 oktyabr 2026
     

Postpandemiya dövrünə keçid, Azərbaycanın böyük vəzifəsi, diasporumuzda ətalət və biganəlik və Prezident Əliyevin zamanı qabaqlayan resepti... Aydın QULİYEV yazır

Image


Prezident Əmircanda və Sumqayıtda ən yeni sosial obyektlərin açılışında ölkəmizin postpandemiya mərhələsinə keçid ərəfəsi üçün bir neçə həlledici vəzifənin xarakteristikasını verdi. Bunlar əsasən daxili iqtisadi-ticarət, qeyri-neft sektoru, diasporumuzun xətti ilə investisiya cəlb edilməsi kimi çox vacib istiqamətləri əhatə edir.

Əvvəlcə onu demək vacibdir ki, Prezident Azərbaycanın postpandemiya dövrü üçün strateji hədəfini konkret və qısa olaraq belə müəyyən etdi - postpandemiya dövrünə dünyanın ən hazırlıqlı ölkələrindən biri olaraq başlamaq. Prezident bununla onu ifadə etdi ki, Azərbaycan pandemiya dövrünü dünyanın ən hazırlıqlı ölkələrindən biri olaraq başladığı kimi, postpandemiya dövrünü də ən hazırlıqlı ölkələrin sırasında başlamalıdır. Olduqca dəqiq və aydın ifadə edilmiş strategiyadır və heç şübhəsiz ki, ölkənin maddi və intellektual resurslarını bu strategiyaya uyğun tam səfərbərliyə almaqda böyük rol oynayacaq. Strategiyanın düzgün müəyyənləşməsi onun uğurlu icrasının tən yarısı sayıla bilər.

Ölkənin tədiyyə balansının müsbət xarakterini qoruyub saxlamaq ümdə vəzifələrdən biri kimi müəyyən olundu ki ,bu da çox əhəmiyyətlidir. Prezident bir daha xəbərdarlıq etdi ki, xarici ticarət fəaliyyətimizdə müsbət saldo əsasən enerji daşıyıcılarının ixracı ilə bağlıdır ki, on illər boyu buna arxayınlaşıb strategiya qurmaq olmaz. "Neft, qaz tükənə bilər" deyən Prezident çox haqlı olaraq xəbərdarlıq etdi ki, xarici ticarətimizdə müsbət saldonun mənbəyini neft-qaz ixracından qeyri-neft ixracına transfer etmək lazımdır və bu mümkün qədər tez baş verməlidir. Beləliklə, ölkənin iqtisadi blok elitasının qarşısında böyük vəzifə qoyuldu - bir sıra vacib xammalların idxalından asılılığı mümkün qədər azaltmaq və qeyri-neft ixrac potensialını artırmaq. Böyük, çətin, lakin ölkənin taleyinin asılı olduğu strateji xəttdir. Açıq deyək ki, ölkənin yeni iqtisadi blok komandasının işinin səmərəsi də, əsasən bununla müəyyənləşəcək. Prezidentin gənc komandadan ən başlıca hesabatı məhz bu sahələrlə bağlı olacaq. Təhlillər göstərir ki, neft və qazımızın nə vaxtsa təbii tükənməsindən başqa onun ixracının məlum geosiyasi mürəkkəbləşmələr üzündən qəfil dayanmaq təhlükəsi də var. Bunu istisna etmək olmaz və bu əlverişsiz anlar real olarsa o zaman Prezidentin indi göstərdiyi modelin icrası Azərbaycan üçün ideal çıxış yolu olacaq. Bu model qeyri-neft ixracını Azərbaycanın üstün gəlir mənbəyinə çevirməkdir.

Prezidentin bəzi mesajları diasporumuzun imkanlı üzvlərini xüsusilə hərəkətə gətirməlidir. Bu gün erməni diasporunun Ermənistana investisiya yatıran bir neçə məşhur isminin adını bir nəfəsə çəkmək olar. Təəssüf ki, bizim diasporumuzun da imkanlı şəxsləri olduğu halda, Azərbaycana yatırım etməkdə o qədər fəal deyillər. Ümumiyyətlə, Prezidentin öz çağırışı ilə bu istiqamətdə dərin bir araşdırma üçün tutarlı mövzu verdiyini düşünürəm. Araşdırmaq lazımdır ki, diasporumuz ölkəyə niyə investisiya gətirmir? Doğrudur, Azərbaycan diasporunun imkanlı üzvləri o qədər çox deyil. Ancaq hər halda var. Bəlkə ölkəmizdə buna mane olan məmur problemi var, bəlkə investisiya üçün mövcud şəraitin üstünlüklərini tam qiymətləndirə bilmirlər, bəlkə imkanlı azərbaycanlıların olduqları ölkənin Azərbaycanla münasibətlərində buna mane olan nüanslar var?! Bəlkə imkanlı diaspor fəallarımız Azərbaycan dövlətindən yetərli siyasi dəstək ala bilmirlər?! Başqa problemlər də ola bilər. Xaricdəki imkanlı azərbaycanlıların hər biri ilə məsələ ayrılıqda nəzərdən keçirilməlidir. Prezident bu istiqamətlərdə dərin təhlillər aparmaq üçün yetərli cəbhə açdı. İmkanlı diaspor üzvlərimizin öz kapitalları ilə ölkəyə qayıdışları bir yana qalsın, onların hətta vasitəçilik fəaliyyətlərini də təəssüf ki, görə bilmirik.

Prezidentin dedikləri qəti təsdiq edir ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkə kimi başlamaq üçün həqiqətən bir sıra vacib işləri təxirə salmadan görmək lazımdır.

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ