çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ermənistan ordusunda yeni dağılma təzahürləri ortaya çıxdı...

Image


Ermənistanda  koronavirusun sürətli yayılması bu ölkədə ciddi həyəcan təbilinin çalınması, hökumətin sözügedən problemə qarşı effektiv mübarizə aparmaması ittihamının çoxalması ilə müşayiət olunur.

Belə fikirlər səslənir ki, koronavirus Ermənistan həyatının bütün sahələrinə, o cümlədən miqraisyanın genişlənməsinə yeni təkan verəcək. Çünki ölkədə problemə qarşı səmərəli mübarizə imkanları yoxdur. Bu şəraitdə koronavirus təhdidindən qorunmaq üçün əhalinin yenidən başqa ölkələrə üz tutması gözlənilir. Erməni ekspert Ruben Yeqiyanan bu xüsusda vurğulayır ki, koronavirus belə sürətlə yayılmaqda davam etsə, bir çox erməninin ilk növbədə Rusiyaya üz tutması qaçılmaz olacaq:“Rusiyada səhiyyə bizimlə müqayisədə çox yüksəkdir. Həm də erməni ailələrinin böyük əkəsriyyətinin Rusiyada yaxınları var. İmkanı daha yüksək olanların Avropaya keçməsi gözləniləndir. Yəni yaxın tezlikdə biz onsuz da ciddi problem olan miqrasiyanın miqyasının daha da genişlənməsini gözləyə bilərik“

Ekspert bildirir ki, bu halda problemli məqamlardan biri ordu ilə bağlı olacaq: “Yayda əsgərlərin tərxis olunması üçün növbəti addım atılmalıdır. Amma koronavirusun sürətli yayılması prosesi əngəlləyəcək. Başqa bir tərəfdən, koronavirus üzündən ölkəni tərk edənlərin sayının artması çağırış baxımından ciddi problem yarada bilər. Nəzərə almaq lazımdır ki, bizdə onsuz da demoqrafiya sarıdan məsələ çox ciddidir“. Hazırda real vəziyyət həm də onu göstərir ki, Ermənistanda sistemli böhran yaşanır. Rusiyalı ekspert Yevgeni Mixaylov bu fonda bildirir ki, Ermənistandakı demoqrafik və sosial böhran silahlı qüvvələrdə döyüş hazırlığının səviyyəsinə də mənfi təsir göstərir. Onun  fikrincə, Ermənistandakı mövcud demoqrafik fəlakət məhz ölkə rəhbərlərinin məqsədsiz  siyasəti, xüsusən də  işğalçılıq siyasəti nəticəsində qonşu ölkələr arasında təklənməsi ucbatından baş verib:“Əsas məsələ əhalinin xaricə axını və doğum sayının azalmasıdır. Ermənistanın cana doymuş xalqı nə edəcəklərini, ailəni layiqincə saxlamağa imkan olmadığı bir şəraitdə necə dolanacaqlarını bilmir. Gənclər bütün ümidlərini xaricə getməyə bağlayır. Sadə ermənilər artıq hər şeyi dərk edir, rəsmi mövqe ilə üst-üstə düşməyən nəticələr çıxarırlar. Onların qənaətincə, yoxsulluq və səfalətin tüğyan etdiyi Ermənistanda uşaq sahibi olmaqdansa, baş götürüb xaricə getmək məsləhətdir”. O, hazırkı demoqrafik böhranın ordunun döyüş qabiliyyətinə də təsir göstərməsinin labüd olduğunu deyib: “Dağlıq Qarabağ münaqişəsinin başlamasından sonra artıq bütöv bir nəsil dəyişib. Bugünkü nəslin əvvəlkilər qədər sağlam olmaması üzündən bir sıra döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarında olmamasına görə erməni əsgərlərinin döyüş hazırlığında kəskin geriləmə göz qabağındadır. Bunun səbəbi də iqtisadiyyatın acınacaqlı vəziyyəti üzündən güzəranı təmin edəcək qazanc mənbələrinin olmaması nəticəsində bir çox valideynin övladlarını lazımınca qidalandırmamasıdır. Üstəlik, Nikol Paşinyan iqtidarı problemləri həll etmək iqtidarında da deyil”.

Hazırda Ermənistan ekspertləri də həyəcan təbili çalaraq, ölkədəki demoqrafik vəziyyəti müəyyənləşdirən üç başlıca amil olan doğum, yaşlanma, əhalinin miqrasiyası ilə bağlı işlərin ürəkaçan olmadığını bildirirlər. Belə ki, Ermənistan Statistika Komitəsinin məlumatına görə, əhali sayının getdikcə azaldığı ölkədə doğum səviyyəsinin də azalma meyli davam edir. Yerli mütəxəssislərin fikrincə, mövcud sosial-iqtisadi şəraitdə gənclərin böyük əksəriyyəti ailə qurmaqda çətinlik çəkir, quranlar belə sosial çətinliklər üzündən övlad sahibi olmaq istəmir. Doğum səviyyəsinin azalması ilə yanaşı, əhalinin xaricə axını da davam edir. Yuxarıda qeyd  olunduğu kimi, koronavirus təhdidi də məsələni bir qədər tətikləyir. BMT Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Tsovinar Harutyunyan ölkənin demoqrafik böhrana qədəm qoyduğunu, artıq ölüm sayının doğum sayını üstələməsi səbəbindən əhalinin azalma həddinə yaxın olduğunu açıqlayıb. O vurğulayır ki, Ermənistanda demoqrafik vəziyyət sabit deyil: ”Hətta həyəcan təbili çalmağın zamanı çoxdvn yetişib. Ölkə əhalisi son 10 ildə sürətlə azalmağa doğru gedir. Bunun bir səbəbi doğum sayının aşağı düşməsidirsə, digər səbəbi miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli həddədir. Ölkədə miqrasiyanın mənfi saldosu yenə yüksəkdir. Əhalinin xaricə axınının qarşısı alınmasa, bu, ciddi fəsadlarla nəticələnəcək. Bu fəsadlar bir çox istiqamətlərdə, məsələn, əmək qabiliyyətli insanların sayının daha çox azalmasında, ordunun əsgərlə təminatında və başqa istiqamətlərdə özünü göstərəcək”. Məsələ iə bağlı ”1in.am” saytı yazır ki,  Ermənistanda demoqrafik problemin ciddiliyi hakimiyyət tərəfindən  hələ də lazımınca  qiymətləndirilmir: ”Amma əbəs yerə. Məsələ burasındadır ki, BMT araşdırmalarına görə, 2025-ci ildə Ermənistanda böyük depopulyasiya gözlənir, yəni ermənilərin ölümü doğum nisbətini üstələyəcək. Əslində isə ölkədə bu prosesin başladığını demək olar. Maraqlıdır ki, prosesin qarşısını almaq üçün hansı vasitədən istifadə edilməlidir. ”Ölkədə yeni bir inqilab edilməlidirmi ”- deyə sual yaranır. Axı ermənilərin ölkədən köç etmələri bu gün də göz önündədir. Məsələ təkcə ermənilərin ölkəni tərk edib getmələri ilə bağlı deyil. Gələcəyini öz ölkələri ilə əlaqələndirməyən, ümidsiz qalanlar üçün doğum nisbəti davamlı olaraq azalmaqdadır. Ölkədə baş verən ”məxməri inqilab”dan sonra vəziyyət yaxşılğa doğru bir qədər dəyişsə də, sən demə, bunlar da ötəri imiş. Qeyd edilməlidir ki, həmin ərəfədə erməni cəmiyyətində, eləcə də diaspor dairələrində Ermənistana gəlmək ümidi, istəyi var idi. Ancaq demoqrafik problemi həll etmək üçün yalnız ümid və arzu kifayət deyil. Bunun üçün konkret mexanizmlər lazımdır. Bunlar isə yoxdur. Üstəlik, ölkədə yenə köç dalğasının ola biləcəyinə dair xəbərdarlıqlar səngimir. Bu sahədə ən fəlakətli durum regionda məhz  Ermənistandadır. Bütün bunlar həm də ölkənin təhlükəsizliyi ilə birbaşa bağlıdır. Məsələn, demoqrafiya problemi dərinləşsə, bu durumda da Azərbaycan müharibəyə başlasa, Ermənistanı ciddi problemlər gözləyir. Çünki nəzərə almaq lazımdır ki, ilk növbədə ordu və demoqrafiya amili burada özünü qabarıq göstərir. Hakimiyyət problemi həll edə bilmir. İnqilab edən və demək olar ki, baş nazir Nikol Paşinyanın hər gün inkişafdan danışdığı Ermənistandan vətəndaşlar niyə qaçır və başqa ölkələrin vətəndaşlığını almağa çalışırlar? Demokratiya və insan haqlarının “qorunduğu” deyilən, hakimiyyətin “iqtisadi artım”dan danışdığı ölkənin vətəndaşlarını buna nə məcbur edir? İnsan haqlarının qorunmasının fundamental prinsiplərindən biri sosial müdafiədir. Bu gün Ermənistanın ən böyük problemi məhz budur: dağılmış iqtisadiyyat, kosmetik inkişaf və acların qaçışı. İndi ermənilərin ölkədən qaçması Ermənistanın bir dövlət kimi mövcudluğunu təhlükə altına qoyub. Bütün bunlar Ermənistanın bir dövlət kimi sonunu yaxınlaşdırır. Təbii ki, əhalinin, xüsusən də gənclərin sayının azalması təhlükəsizliyə də birbaşa təsir edir. Faktdır ki, ordunun şəxsi heyətlə təmini problemi ciddiləşir. Onda sabah Qarabağ müharibəsi yenidən başlasa, bizi nə gözləyir? Vəziyyət faciəvidir və hakimiyyət bundan, görünür, hələ də lazımi nəticə çıxara bilmir”.

Bu durumda daha bir problem şəxsi heyət sarıdan əziyyət çəkən orduda digər istiqamətlərdə də problemin miqyasının artmasıdır. Məsələn,  elə bu günlərdə işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bir hərbi hissəsində yoxlama zamanı dəhşətli faktlar üzə çıxıb. İşğalçı ordunun hərbi hissəsində yoxlama zamanı məlum olub ki, döyüş postlarında müşahidə cihazları yararsız, nasaz vəziyyətdədir, silah-sursatların saxlanmasında xeyli ciddi nöqsanlar mövcuddur. Eyni zamanda, yoxlama zamanı döyüş sursatlarının oğurluq faktları da aşkar edilib.  Həmçinin aparılan yoxlama zamanı bölmələrdə əsgərlərdən çoxlu sayda mobil telefon müsadirə olunub. O da qeyd edilir ki, mobil telefonların əsgərlərdən müsadirə olunması prosesindən yararlanan zabitlər bu işdən gəlirli biznes qurmağa başlayıblar. Belə ki, əsgərlərdən telefonlar müsadirə edildikdən sonra komandirlər öz telefonlarından yaxşı pul müqabilində əsgərlərə valideynləri ilə danışımağa şərait yaradırlar. Erməni hüquq müdafiəçisi Larisa Alaverdyan da belə halların kütiləvi şəkil aldığını təsdiq edir: ”Ordu çox incə orqanizimdir və hərbçilər arasında şəxslərarası münasibətlərdə kök salmış qanundankənar hərəkətlər silahlı qüvvələrin yaxşılaşmasına xidmət edə bilməz. Ermənistan hakimiyyəti silahlı qüvvələrdə yaranmış qanunsuz əməllərə qarşı ciddi iş aparmalıdır. Əks halda, ordu daxildən böhranlı vəziyyətə düşə bilər. Əslində, bu böhran mövcuddur. Erməni silahlı qüvvələrinin zəifləməsi həm də ordu daxilindəki qanunsuzluqlar və psixi böhranın məntiqi nəticəsidir”. Məhz bu vəziyyətdə Qarabağ savaşının yenilənməsi halında erməni tərəfini böyük zərbələr gözləməsi düşmən ölkənin özündə də açıq şəkildə vurğulanır. Aydındır  ki, danışıqlar vasitəsilə erməni tərəfi konfliktin çözümü istiqamətində müvafiq addımlar atmasa, savaşın başlanması qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ