Cümə axşamı günü, 08 oktyabr 2026
     

Tanınmış özbək şairələri “Bakı-Xəbər”in qonağı oldular - FOTO

Image


Oktemay Haldarova: “Bizim Bakıya gəlişimizin məqsədi Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin daha da möhkəmlənməsinə, bu sahədə daha çox iş görülməsinə nail olmaqdır”
Gülçöhrə Şahabaddinqızı: “Azərbaycan və Özbəkistan arasında çox zəngin ədəbi-mədəni əlaqələr var”

 

Çağdaş Azərbaycan və özbək ədəbiyyatının qarşılıqlı əlaqələrinin tarixi çox böyükdür. Türk etnosunun ayrılmaz qolları olan Azərbaycan və özbək xalqları ortaq dil, mədəniyyət və dəyərlər sisteminə çox böyük töhfələr veriblər. Əlbəttə, ədəbiyyat, söz insanları bir-birinə daha da doğmalaşdırır, uzaq-uzaq qitələri, diyarları yaxınlaşdırır.

Son dövrlər Özbəkistan və Azərbaycan arasında əlaqələr daha geniş vüsət alıb. Əlaqələrin daha da möhkəmlənməsi üçün ədəbiyyat, elm, mədəniyyət və digər sahələrdə tədbirlər keçirilir. Azərbaycan şair və yazıçılarının əsərləri Özbəkistanda, özbək yazarların şeir və nəsr nümunələri isə Azərbaycanda çap olunur, ədiblərin iştirakı ilə tez-tez qarşılıqlı səfərlər təşkil edilir.

Özbəkistan Yazıçılar Birliyinin üzvləri, tanınmış özbək yazarları Oktemay Haldarova və Gülçöhrə Şahabaddinqızı “Bakı-Xəbər”in qonağı oldular.

Hər iki tanınmış şairənin kitabları Azərbaycanda, Türkiyədə və digər ölkələrdə nəşr edilib, şeirləri müxtəlif dillərə tərcümə edilib. Çağdaş özbək ədəbiyyatının təmsilçiləri olan hər iki xanım bizimlə söhbətlərində Azərbaycanı, onun ədəbiyyatını çox sevdiklərini bildirdilər.

Oktemay xanım həm ədəbi yaradıcılıqla, həm də naşirliklə məşğul olur, bir çox Azərbaycan şairinin kitablarını tərcümə edərək öz nəşriyyatında çap edib.

Oktemay xanım bildirdi ki, bizim soysökümüz birdir, mədəniyyətimiz, mənəviyyatımız ayrılmazdır. “Bakıya ilk dəfədir gəlmişik. Biz Azərbaycanı çox sevirik, dilimiz də, dinimiz də, mədəniyyətimiz də, adətlərimiz də eynidir. Qədim zamanlarda Əlişir Nəvai Nizami Gəncəvindən bəhrələnərək əsərlər yaradıb. O deyirdi ki, “Xəmsə”ni Nizami Gəncəvi yaradıb. Sonra Nəvai özü də “Xəmsə” yaratdı. Sonrakı zamanlarda Fizuli də Nəvaini özünə ustad bilmişdi. Bu dahi şairlər türk xalqının böyük övladlarıdır və onların bir-birinin yaradıcılığından bəhrələnməsi təbiidir. Müasir dövrdə də Özbəkistan və Azərbaycan arasında ədəbi-mədəni əlaqələr çox yüksək səviyyədə inkişaf edib. Bizim şeirlərimiz tərcümə edilərək Azərbaycanda yayılır, Azərbaycan şairlərinin şeirləri də Özbəkistanda çox çap olunur. Məsələn, professor Amaz Ülvi Nəvainin yaradıcılığı haqqında çox məqalə yazıb. Özbəkistan haqqında onun başqa məqələ və yazıları da var. Mənim nəşriyyatım olan “Kamalak” nəşriyyatında Nizami Gəncəvinin “Məxzənül-Əsrar” (“Sirlər xəzinəsi”) əsərini Camal Kamalın tərcüməsində çap etdik. “Azərbaycan alovlar yurdu” və “Azərbaycan mədəni mirası” və s. kitabları nəşr etmişəm. Xalq şairi Nəbi Xəzrinin, İslam Türkayın, Rüstəm Behrudinin və başqa şairlərin şeirlərini də tərcümə edib “Cahan” ədəbi dərgisində çap etdim. Bizim Bakıya gəlişimizin məqsədi Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin daha da möhkəmlənməsinə, bu sahədə daha çox iş görülməsinə nail olmaqdır” - deyə Oktemay Haldarova qeyd etdi. O, həmçinin, bildirdi ki, Azərbaycanın qüdrətli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Özbəkistanda kitab da nəşr edilib. Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində hər iki dövlətin, xalqın mədəni, ədəbi əlaqələrinin daha da gücləndirilməsi üçün çoxlu iş görüldüyünü deyən O.Haldarova hesab edir ki, qarşılıqlı ədəbi-mədəni əlaqələr xalqlarımızı daha da bir-birinə bağlayır. 

Azərbaycanda Şahməmməd Dağlaroğlunun tərcüməsində “Səni sevirəm həyat” adlı kitabı nəşr olunan özbək şairəsi Gülçöhrə Şahabaddinqızı da bizimlə söhbətində bildirdi ki, bizim xalqlar eyni kökdəndir və lap qədim dövrdən Özbəkistan və Azərbaycan arasında böyük əlaqələr olub. “Bizim əcdadlarımız bir, dilimiz, dinimiz,  mədəniyyətimiz birdir. Nizami Gəncəvi, Nəsimi, Füzuli özbək xalqının qürurudur. Özbəkistanda Azərbaycan mədəniyyət mərkəzi var. Bu mərkəzdə çoxlu iş görülür, Azərbaycan və özbək şairlərinin, yazıçılarının əsərləri nəşr edilir. Azərbaycan və Özbəkistan arasında çox zəngin ədəbi-mədəni əlaqələr var, bu əlaqələrin formalaşmasında hər iki ölkənin şair-yazıçılarının böyük rolu var” - deyə G.Şahabaddinqızı bildirdi.

O, həmçinin, qeyd etdi ki, Bakıda olduqları müddətdə bir sıra ədəbi görüşlərdə iştirak edəcəklər, o cümlədən, AYB sədri, Xalq yazıçısı Anarla görüşəcəklər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ