Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan İstiqlal Muzeyinə “Milli” status... Alimlər ideyanı coşqu ilə qarşılayır....

Image


Azərbaycanın müstəqillik tarixini, milli-azadlıq hərəkatını əks etdirən eksponatlar Azərbaycan İstiqlal Muzeyində saxlanılır. Bu il 100 yaşı tamam olan İstiqlal Muzeyi  1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin qərarı ilə yaradılıb. Məlumat üçün bildirək ki, Azərbaycanın ilk dövlət muzeyi də məhz İstiqlal Muzeyidir. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir neçə ay fəaliyyət göstərə bilib. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzeyin fəaliyyətini dayandırıb.

Muzey Mərkəzində yerləşən Azərbaycan İstiqlal Muzeyi uzun illər bərpa ediləcəyi günü gözləyib. Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa edib. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradıldı. 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey “İstiqlal” adını alaraq, birinci muzeyin mənəvi varisi olduğunu sübut edib.

Onu da bildirək ki, Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb, daha doğrusu, bərpa edilib. Məlumatlara görə, o vaxt muzeyin cəmi 7000 eksponatı olub. Hazırda bu göstərici 22 000 eksponatdan artıqdır. Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir.

Onu da deyək ki, Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisələrə aid maraqlı tematik sərgilər və tədbirlər keçirilir.

Bu gün həm yerli, həm də xarici ziyarətçilərin, mütəxəssislərin diqqət mərkəzində olan muzeyin yaradılmasında məqsəd ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və xalqımızın azadlığı uğrunda çarpışan fədailərin mübarizə yolunu əks etdirməkdir.

6 zaldan ibarət olan muzeyin 1-ci zalında Azərbaycanın dövlət rəmzləri – ölkəmizin üçrəngli bayrağı, Dövlət Gerbi, Dövlət himni və Dövlət Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur. Bu zalda XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə, Vətənimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə (1804-1828), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair materiallar da yer alıb.

Bundan başqa həmin zalda Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində işğal olunan ərazilərdə qalan 22 muzeydən yalnız Cəbrayıl və Füzuli rayonlarındakı tarix-diyarşünaslıq muzeylərinin xilas olunan eksponatları nümayiş olunur. Onu da deyək ki, digər muzeylərdən eksponatları çıxarmaq mümkün olmayıb.

Muzeyin 2-ci zalı XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Bu dövr Azərbaycan üçün tarixi baxımdan qısa, lakin mahiyyətinə görə çox zəngin dövr olub. Bu, mədəniyyət və elmin, neft sənayesinin inkişafı, H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov kimi neft milyonçuları tərəfindən yeni binaların, məktəblərin, teatrların, xəstəxanaların tikildiyi dövr idi. Həmin tarixi dövrü əks etdirən materiallar bu zalda nümayiş olunur. Burada həmçinin A.A.Bakıxanovun, M.C.Topçubaşovun, milli mətbuatımızın əsasını qoyan H.B.Zərdabinin və digər ədib və ziyalıların fəaliyyətini əks etdirən materiallar toplanıb. Zalın digər bölməsində 1918-ci il 31 mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər nümayiş etdirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə bu zalda geniş yer ayrılıb. Zalın eksponatlarında Cümhuriyyətin yaradıcılarından olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.B.Topçubaşov və digər görkəmli şəxsiyyətlərin tarixi anlarını əks etdirən fotolar, o zamanın pul vahidləri, poçt markaları, həmin dövrün müxtəlif hadisələrini əks etdirən materiallar yer alıb.

Tarixdən məlumdur ki, 1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanması ilə Azərbaycan 2 hissəyə bölünüb: şimali Azərbaycan çar Rusiyasına, cənubi Azərbaycan isə İrana birləşdirildi. Vətənimizin cənubunda yaşayan azərbaycanlılar XX əsrin əvvəlində öz müstəqilliyi uğrunda mübarizəyə qalxdılar.

Muzeyin 3-cü zalı bu mövzuya həsr olunub. Burada Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarından – 1905-1911-ci illər Məşrutə hərəkatı, 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1941-1945-ci illərdəki "21 Azər" hərəkatından (Seyid Cəfər Pişəvərinin başçılığı ilə) danışılır. Buradakı materialların bir çoxu "21 Azər" hərəkatının iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin köməyi ilə toplanıb. Zalda həmçinin Cənubi Azərbaycanda görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, elm xadimlərinin portretləri nümayiş etdirilir.

4-cü ekspozisiya zalı iki hissədən ibarətdir. Birinci hissəsi ötən əsrin 20-30-cu illərində Azərbaycanda repressiyaya məruz qalan görkəmli şəxsiyyətlər haqqında məlumat verir. Zalın digər bölməsi isə II Dünya müharibəsində (1939-1945) ölkəmizin qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdiyi şücaəti əks etdirir. Burada nümayiş olunan silah, partladılmış mərmi, çap maşını, Morze teleqraf aparatı, səhra telefonu xüsusi maraq doğurur.

5-ci zal Qarabağ hadisələrinə həsr olunub. 1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları zəbt olunub. Bu dövrdə Ermənistan ərazisindəki tarixi yurdlarımızdan, habelə Dağlıq Qarabağ və ətraf bölgələrdən 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Bu mövzuya muzeydə böyük yer ayrılıb. Burada 20 Yanvar hadisələrini, Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotolar, müxtəlif sənədli materiallar da nümayiş etdirilir. Zalda həmçinin Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalan milli qəhrəmanlarımızın şəkilləri, onların bəziləri haqqında məlumat, şəxsi əşyaları, hərbi geyim formaları nümayiş etdirilir.

1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya dəvət olunur və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixdən başlayaraq ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumatı muzeyin ziyarətçilərinə 6-cı zalda geniş məlumat verilir. Burada müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını, Azərbaycanın tarixi üçün çox əhəmiyyətli olan "Əsrin müqaviləsi"nin (1994) bağlanması, ölkəmizin mədəniyyətini, beynəlxalq təşkilatlarda iştirakını əks etdirən fotoxronika nümayiş olunmaqla yanaşı, sabiq prezident Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar diqqəti cəlb edir.

Ekspozisiyada Xalq rəssamı Altay Hacıyevin "Cavad xan", rəssam-heykəltəraş Sabir Çopurovun neftdən istifadə edərək əl ilə çəkdiyi "Qarabağ", Əzim Əzimzadənin II Dünya müharibəsinə həsr olunmuş rəsm əsərləri, keramist-rəssam Məzahir Əfşarın "Dədə Qorqud" maketi və digər eksponatlar nümayiş olunur.

Bu il 100 yaşı tamam olan Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan xalqının dövlət müstəqilliyi uğurunda verdiyi mücadilənin arxiv sənədləri əsasında mənzərəsi yaradılıb. 1991-ci ildən fəaliyyətini bərpa etməsinə baxmayaraq hələ də Azərbaycan İstiqlal Muzeyinə “milli” status verilməyib.

Qeyd edək ki, muzey əməkdaşları, şöbə müdirləri ilə ayrı-ayrı vaxtlarda etdiyimiz söhbətlərdə onlar Azərbaycan İstiqlal Muzeyinin Milli İstiqlal Muzeyi kimi fəlaiyyətini davam etdirməsini arzu edirlər. Muzey əməkdaşları hesab edir ki, muzeyə “milli” statusun verilməsinin bütün mənalarda böyük əhəmiyyəti olar. Bu həm muzeyin fəaliyyətinin genişlənməsinə, eyni zamanda da muzey üçün xüsusi bina tikilməsinə, əməkdaşların maaşlarının daha da artırılmasına və s. səbəb ola bilər.

  • Vaqif Abışov: “Fikrimcə, sizin aktuallaşdırdığınız bu məsələyə aidiyyatı qurumlar müsbət reaksiya verəcək və Azərbaycan İstiqlal Muzeyinə “milli” statusu verilməsi istiqamətində hər kəsin ürəyindən olan addımlar atılacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan İstiqlal Muzeyinə “milli” statusun verilməsi çox vacibdir. O, hesab edir ki, muzey bərpa edildiyi gündən ona “milli” status da verilməli idi. V.Abışovun sözlərinə görə, muzeyin 100 illiyi münasibətilə Azərbaycan İstiqlal Muzeyinə “milli” statusun verilməsi arzuedilən və gözləniləndir:”Olduqca vacib bir məsələni aktuallaşdırmısınız. Muzeyin əsası Cumhuriyyət dövründə qoyulub. Burada yalnız həmin dövrün mənzərəsini əks etdirən zəngin eksponat xəzinəsi qorunmur, həm də xanlıqlar dövründən tutmuş Cənubi və Şimali Azərbaycanda baş verən milli-azadlıq hərəkatları, eləcə də Dağlıq Qarabağ müharibəsində şücaət göstərən insanlara, şəhidlərə bağlı çox maraqlı eksponatlar var. Azərbaycan istiqlalının mənzərəsinin yaradıldığı bu muzeyin daha da genişləndirilməsinə, daha çox materiallarla təmin olunmasına ciddi zərirət yaranıb. Hesab edirəm ki, istiqlal tariximizi yaşadan, təbliğ edən, milli azadlıq hərəkatlarımız haqqında dolğun informasiyalarla, sənədlərlə, materiallarla zəngin olan Azərbaycan İstiqlal Muzeyinə “milli” status verilməlidir. Mən özüm də bu muzeyi ziyarət etmişəm. Muzey Muzey Mərkəzində fəaliyyət göstərir. Ancaq Azərbaycan İstiqlal Muzeyinə “milli” status verilərsə bu muzey üçün yeni binanın inşa edilməsinə də şərait yaradar. Bilirsiz ki, bu muzeyin özünün ayrıca binası yoxdur, onun üçün xüsusi binanın inşa edilməsinə də ehtiyac var. Bu muzey həm xarici turistlər və mütəxəssislər, həm də yerli ziyarətçilər üçün olduqca böyük əhəmiyyət daşıyır. Bilirsiz ki, bu gün Azərbaycanın istiqlal tarixini əks etdirən sənədlərin, materialların, fotoşəkillərin, əşyaların xeyli bir hissəsi də müxtəlif adamların evlərindədir. O sənədləri, materialları da toplayıb muzeyin fonduna daxil etmək gərəkli iş olardı. Fikrimcə, sizin aktuallaşdırdığınız bu məsələyə aidiyyatı qurumlar müsbət reaksiya verəcək və Azərbaycan İstiqlal Muzeyinə “milli” statusu verilməsi istiqamətində hər kəsin ürəyindən olan addımlar atılacaq”.  

  • Faiq Ələkbərli: “Azərbaycanda da İstiqlal Muzeyinin “milli” status daşıması çox mühümdür”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də bizimlə söhbətində Azərbaycan İstiqlal Muzeyinə “milli” statusun verilməsinin tərəfdarı olduğunu bildirdi:”Şübhəsiz, İstiqlal Muzeyinə “milli” statusun verilməsi çox müsbət hal olardı. Hətta düşünürəm ki, bəlkə də biz bu məsələdə bir qədər gecikmişik. Çünki müstəqillik əldə edən keçmiş post-Sovet ölkələrinin bir çoxunda milli status verilən İstiqlal Muzeyləri fəaliyyət göstərir. Bu gün həm Baltikyanı, həm Gürcüstan və Ukrayna kimi ölkələrdə bu addım çoxdan atılıb. Bu anlamda da Azərbaycanda da İstiqlal Muzeyinin “milli” status daşıması çox mühümdür. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Cumhuriyyəti quran şəxsiyyətlərin bütün irsinin İstiqlal Muzeyində olması arzuiediləndir. Ümumiyyətlə, bu muzey üçün ayrıca binanın inşa edilməsi də çox yaxşı olardı. Bu bizim müstəqillik sevgimizi daha da gücləndirər, eyni zamanda da işğal altında olan torpaqlarımızın istənilən yolla işğaldan azad edilməsi istəyimizi olduqca möhkəmləndirər”.

F.Əlkəbərlinin sözlərinə görə, İstiqlal Muzeyi Azərbaycanın istiqlal tarixinin gerçək bir güzgüsüdür. Bu muzeyin bütövlükdə milli ruhun daşıyıcısı və təbliğatçısı olduğunu deyən alimin qeyd etdiyinə görə, xalqın var olması üçün həm tarixi, həm də mədəni şüur əsasdır. “Məhz İstiqlal Muzeyinə də “milli” status verilsə bu tarixi və mədəni şüurun yüksəldilməsinə, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə almasına böyük şərait yaradacaq. Çünki buradakı eksponatlar gənc nəsilin vətənpərvərlik hisslərinin formalaşmasına təsir edən mühüm amillərdən biridir”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA  



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ