şənbə günü, 10 oktyabr 2026
     

Müsəlman havası "çalaq..."

Image


Mirzə Cəlil yazırdı: "Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi..." Yan-yörəmdə, orda-burda, evdə-eşikdə doğma ana dilimizi qoyub rus dilində danışanları görəndə, mən də keçmiş günləri yad edirəm.
Yadıma düşür ki, axı, biz Sovetlər Birliyində yaşamışıq, gərək rus dilini "unutmayaq". Necə ki, çoxları unutmur və elə bilirlər ki, rus dilində danışmaq elmlərinin çoxluğuna dəlalət edir.
Səhər-səhər qonşumuzun uşağı mənə salam verir:
- Zdravstvuyte!
Soruşuram:
- Bala, sən russan?
Cavab verir:
- Net, əzibican.
- Bəs, mənə niyə rusca cavab verirsən?
- Otes, mat po russki qovoryat...
Belələrinə bir deyən gərək, axı, nə olub bizim baldan şirin, ana laylası kimi saf, təmiz, axıcı, musiqili Azərbaycan dilimizə? Dilləri öyrənmək, bilmək çox yaxşıdır. Amma öz dilimizdə danışdığın halda, başqa dildən istifadə etmək nə deməkdir?
Kim nə düşünür- düşünsün, mən bunu ana dilimizə xəyanət, ana laylalarımıza təhqir hesab edirəm! Ömrümdə dilimizi qarışdıranlara hörmət etmirəm. Çünki onların danışıqları məndə allergiya yaradır...
Ana dilimiz haqqında bu fikirlərimlə kifayətlənib, keçirəm başqa məsələlərə. Biz axı, gərək mövqeyimizi ortaya qoyaq. Necə deyərlər, "çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!
Hara gedirsən, görürsən ət mağazalarının qarşısında yazılıb: "Təzə ət". Qalırsan başını sındıra-sındıra ki, görəsən, köhnə əti də satarlar və ya alarlar? Handan-hana yenə Sovetlər Birliyi dövrünü xatırlayırsan. Bizə 40-50 ildən qalma buzlu əti elə ləzzətlə yedirdirdilər ki! İndi harada "Təzə ət" sözlərini oxusam, buzlu ət yadıma düşür. Getsin o günlər, gəlməsin!
Bir də görürsən, alıcılara mallarını sırımaq üçün reklam edirlər: "Halal kolbasa". Bütün kolbasaların içində də donuz əti olur. Donuz əti də ki, özünüz bilirsiniz də, müsəlmanlara halal sayılmır.
Son zamanlar özəl radioların birində tez-tez eşidirik: "Şərq bazarının yanında halal ət satılır". Adamın ürəyinə əcaib-qəraib fikirlər gəlir ki, yəni başqa yerlərdə satılan ət haramdır? Bir də, "halal ət" nə deməkdir? Belə yerdə şübhələnirsən, öz-özünə deyirsən: yox, burada bir fırıldaq var, yəqin həmin ət yerli-dibli halal deyil...
Bir iş adamı danışır ki, qoyuna-quzuya baxır, hərdən həmin qoyun-quzudan ölənləri də olur. Kolbasa buraxan sexlərdən birinin sahibi ona deyib ki, ölmüş qoyun-quzunu çölə atma, ver, kolbasa düzəldək.
Bunu eşidəndə ürəyim ağzıma gəldi! Dedim, daha mən Bakıda buraxılan kolbasaları almaram! Onsuz da almırdım, 30-40 il əvvəl tələbə olanda almışdım. Mən buna necə inanmayım ki, baytar həkimi gözümün qabağında ət mağazasına girən kimi mağaza müdiri ona pul verdi, o da möhüru vurdu ətin üzərinə. Bəli, "yoxlanmış ət" belə sırınır camaata! Baytarlar da belə dolanırlar... Görün, gündə neçə yüz yerdə mal-heyvan kəsilir, onları yoxlayan var?
Bir dəfə vəzifəli şəxslərdən biri dedi ki, "bazardan, dükandan ət almayın". Bəs, camaat əti haradan alsın? Uzun müddət toyuq əti, yumurta almırıq ki, quş qripi var. Bir də görürsən, xəbər verirlər ki, mal ətində də filan xəstəlik yayılıb. Hərəsi bir cür... Təkcə göyərtidə xəstəlik olduğunu demirlər. İndi nə edək, göyərti yeyək yaşayaq? Son zamanlar göyərtilərin də təmiz olmadığını, göyərti əkilən sahələrdə itlərin, pişiklərin "oynadığını" söyləyirlər. Göyərtinin içindən heyvanların tükləri çıxanda da deyirlər ki, "qorxma, göyərtinin öz tüküdür".
Hələ onu demirəm ki, xaricdən gətirilən ərzaq mallarında hansı xəstəliklər ola bilər? Televiziyada Hindistandan gətirilmiş iylənmiş, buzlu camış ətini görəndən sonra daha yeməkxanalara getmirəm. Yeri gəlmişkən, yeməkxanalardan daha çox narazılıq var. Bir sıra kafe və yeməkxanaların mətbəxi biabırçı vəziyyətdədir. Ərzaqlar açıq yerdə, bir-birinə qarışır, iy-qoxu ətrafa yayılır. Hər tərəfdə natəmizlik hökm sürür. Belə yerlərdə yemək heç zaman təmiz ola bilməz!
Türkiyədə gündüz-gecə istənilən vaxt, zənglə hər hansı yeməkxanadan evə yemək sifariş vermək olur. Bu, bir sıra ölkələrdə də belədir. Bakıda da belə kafe görəndə sevindim. İçəri girib, menyunu götürdüm ki, lazım olsa, sifariş verərəm. Hər ehtimala qarşı mətbəxə baxdım, nələr gördüm? Mətbəx çirk içində, deyiləsi deyil! Menyunu geri qaytardım, dedim qardaş, mən iyrəndim, buranın yeməyini sifariş vermək olmaz!
Adlarını müsəlman qoyublar! Budur müsəlmançılıq?
Bakıda uzun saqqallılar, qısa şalvarlılar çoxalıb. Azərbaycanlı olduqları aydın görünür. Lakin onlar hansı dinə, məzhəbə qulluq edirlər, məlum deyil. Özləri bilərlər. Bizdə dini baxışlarına görə heç kimi təqib etmirlər. Amma uzun saqqallılar bir balaca saqqallarına "əl gəzdirsələr" yaxşı olar. Şalvarlarının qısalığı da yaxşı görünmür...
Gənc qızlar başlarına hicab bağlamağa başlayıblar. Guya onlar dindardırlar və bununla fəxr edirlər. Bu da onların öz işidir. Amma Türkiyə kimi bir ölkədə uzun illərdir ki, hicab məsələsi müzakirə olunur, hicabla universitetlərdə oxumağa icazə verilmir. Bəlkə, bu barədə fikirləşək!?
Hacılar görmüşəm ki, gözlər olsun, görməsin! Adam az qalır desin ki, ay hacı, zəhmət çəkib ziyarətə getmisən, ən müqəddəs yerlərdə olmusan, bəs, bu nə hərəkətlərdir, edirsən? İndi mağaza sahibləri, yeməkxanaların çoxunun müdirləri hacıdır. Həmin yerlərdə də hər dəqiqə alıcıları çəkidə və qiymətdə aldadırlar. Belə müsəlmançılıq olar, ay müsəlmanlar?
Qəbiristanlıqda çoxlu belə "müsəlman" var. Oturublar, "müştəri" gözləyirlər ki, kimsə gəlsin, onlara pul versin, dua oxutdursun. Bunlar da belə dolanırlar...
Qəbiristanlıqdan söhbət açmışkən, bəzi qəbiristanlıqlarda aldıqları yerin ətrafına qara, bahalı qranitdən hasar çəkiblər, kiminsə ölməyini gözləyirlər.
Elə rəhmətliklər də var ki, onların qəbirləri itib. Rayonların birinə yasa getmişdim. Dünyasını dəyişənin qəbrini ziyarət etmək üçün qəbiristanlığa getdik. Orada molla bir əhvalat danışdı, dedi ki, varlı-pullu bir həmyerliləri Bakıda yaşayır. Neçə illərdir, rəhmətlik atasının qəbrini ziyarət etmir. İndi gəlib, pələng kimi hündür otları yara-yara qəbrin yerini axtarır, ora-bura vurnuxur, tapmır. Molla deyir ki, mən ona kömək etməsəydim, ziyarəti baş tutmayacaqdı. Belə oğullar da var. Özü də müsəlman...
Yaslar yeyib-içmək məclislərinə çevrilib. Ailənin sevimlisi dünyasını dəyişir, burada çəngəl-bıçaq səsindən qulaq tutulur.
Toylar da göz qabağındadır. Musiqiçilər necə oxuyurlar, nağara çalanlar əllərini necə "qızardırlar", səs-küy necə ərşə qalxır, tamadalar necə danışırlar, qoca-qoca qadınlar, kişilər necə atılıb-düşürlər, masaların üstü yeməklərlə nə qədər doldurulur, kim özünü necə göstərir, bir sözlə, vur-çatlasındır! Müsəlmanlar o qədər spirtli içkilər qəbul edirlər ki, daha müsəlmançılıq-filan yaddan çıxır. Nə isə...
Təzə musiqiçilər, televiziya aparıcıları, müğənnilər meydana çıxıb. Uzundimdik "şapka" qoyur (belə papaqlar günəş üçündür, çimərlik üçündür), dizləri, oturacağı ağarmış cins şalvarlar geyir (eləsi var, yataq paltarı ilə çıxır), ortaya qoyduqları da bir şey yox! "Qədeşfason", yekə-yekə danışan cavan oğlanlar da camaatın əsəblərini tarıma çəkirlər. Adam məəttəl qalır, belələrini niyə ekrana çıxarırlar? Adam balası kimi geyinən, adam balası kimi danışan adam balası tapılmır?
Vaxtilə kiminsə bığının, kiminsə saqqalının, kiminsə saçının uzunluğuna görə müğənniləri, musiqiçiləri ekrana, səhnəyə buraxmırdılar. İndi utanmaz-utanmaz deyirlər ki, onları camaat qabağına çıxmağa qoymayanlar istedadı boğublar. Lap yaxşı eləyiblər! Belə "istedadlar" xalqı başqa yola sürükləyir, bizi hansı millətlərə isə oxşatmaq istəyirlər. Elələri var, çənəsində yumru saqqal saxlayır. Belələrinə deyən gərək, a bədbəxt, belə saqqal başqa millətlərə aiddir, sən axı müsəlmansan!
Qadın müğənnilər çılın-çılpaq ekrana çıxır, sonra da deyirlər ki, "mən Allah adamıyam". Allah adamı müsəlman kimi geyinər! Hər yerini açıb çıxmısan səhnəyə, sənə nə cür müsəlman deyək, hə?
Bir neçə ildir, müxtəlif musiqi qrupları yaranır, ya geyimlərinin, ya hərəkətlərinin, ya oxumalarının, ya sir-sifətlərinin azərbaycanlılığa, müsəlmançılığa qətiyyən dəxli yoxdur, çünki başqa ölkələrin musiqiçilərini yamsılayırlar. İstedadları olmadığından, bilirlər ki, Azərbaycan musiqisində heç bir yer tuta bilməyəcəklər. Amerikadan və ya başqa ölkələrdən də bir anlaşılmaz ad tapıb, qruplarına qoyurlar. Heç görün, xaricilər bizdən ad götürər?
Görkəmli yazıçıların, müğənnilərin toplaşdığı bir məclisdə tanınmış xanəndədən, xalq artistindən soruşdular ki, niyə az-az görünürsünüz? Dedi ki, "şoular nəfəsimi kəsib". Elə bil, hamının ürəyindən xəbər verdi. Kimi bu şouçulara söydü, kimi bərk əsəbiləşdi, kimi də dedi ki, "Allah şou çıxaranların başına daş salsın!".
Bir fikirləşin, Azərbaycanda şou nə vaxtdan başlayıb? Şoular yox idi, azərbaycanlılar yaşamırdı? Xoruz yox idi, səhər açılmırdı? Heç azərbaycanlılar "şou" sözünü eşitməmişdilər!
Bir dəfə televiziyada demişəm, indi isə yazıram: Qadın ekrana, səhnəyə çıxıb deməməlidir ki, "mənim içimdən gəlir". Xüsusilə yazıçılar, şairlər bu sözdən istifadə edəndə onların yerinə başqaları utanır. Sənin içindən nə gəlir? Bizim dildə "iç" deyəndə mədə-bağırsaq, qara ciyər və başqa şeylər başa düşülür. Qadın olasan, ekrana çıxıb deyəsən ki, "içimdən gəlir!" Ayıb deyil? Deyə bilməzsiniz ki, "könlüm belə istəyir", "arzum, diləyimdir", "qəlbimin istəyidir"? Özü də bu "iç" məsələsi çox yayılıb, elə hamı deyir, "içimdən gəlir". Başqa söz tapılmır?
"26 Bakı komissarı" filmində bir epizod var: "Ədə, Süleyman, bəyəm biz müsəlman deyilik?" Süleyman da cavab verir ki, "müsəlmanıq, xozeyin, ancaq onunla (rusla) çörək kəsirəm..."
Filmin başqa bir epizodunda isə erməni deyir: "Ədə, erməni havası çal!". Müsəlman da deyir ki, "Müsəlman deyilik ədə? Müsəlman havası çal!"
Gəlin, hamımız müsəlman havası "çalaq..."
Xeyrəddin QOCA






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ