Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Muğama sahib çıxmağımız ermənilərin “mədəni təcavüz” planlarını alt-üst etdi...

Image


Muğam sənəti Azərbaycan xalqının tarixi, mədəni irsidir. Onun inkişafında, tərəqqisində, təbliğatında Azərbaycanın ustad xanəndələri, muğam biliciləri müstəsna rol oynayıb. Muğam bəşəriyyətin ən yüksək səviyyəli musiqisidir, desək yanılmarıq. Bütün dünya muğamı Azərbaycan irsi olaraq tanıyıb qəbul edir.

Muğam sənəti əsrlər boyu inkişaf edib, Azərbaycan xalqının simvollarından birinə çevrilib. Biz öz tarixi-mədəni irsinə hər zaman sahib çıxmağı bacaran xalqıq. Xalqla yanaşı dövlət də muğam sənətinin dayağı olub. Muğam sənətinin inkişafı üçün dövlət səviyyiyyəsində çox böyük işlər görülür.

Mərhum prezident Heydər Əliyevin muğam sənətinə, sənətkarlara, ifaçılara qayğısı əsrlər keçsə də hər zaman xatırlanacaq. Sovet dövrü olmasına baxmayaraq, H.Əliyev sənət adamlarına, muğam ustadlarına daim xüsusi diqqət və ehtiramla yanaşırdı, onların sosial rifahının yaxşılaşdırılması, yaradıcılıq evləri ilə təmin edilməsi istiqamətində işlər görürdü, onlara yüksək fəxri adlar verirdi.

H.Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra da muğam sənətinə xüsusi diqqət və qayğı ilə yanaşdı, neçə-neçə ustad xanəndəyə fəxri adlar, prezident təqaüdləri verdi.

Prezident İlham Əliyevin bu sahənin inkişafına verdiyi dəyər barədə çox yazılıb, çox danışılıb. Prezident muğam sənətin inkişafında əməyi olan şəxsləri daim diqqətdə saxlayıb.

Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın muğam sənətinə qayğısı sayəsində 2008-ci ildə Azərbaycan muğamı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Özü də Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olub.

Bir sözlə, Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın muğam sənətinə qayğısı misilsiz olub.

Bilirik ki, Qarabağın bir neçə şəhərində Muğam Mərkəzi açılıb.

Bu günlərdə Ağdamda Muğam Mərkəzinin açılılması, Prezident İlham Əliyevin və Mehriban xanımın açılış mərasimində iştirakı, ölkə başçısının çıxış etməsi dövlətin muğam sənətinə göstərdiyi qayğının yüksək təzahürüdür.

Qeyd edək ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Azərbaycanda muğam mədəniyyətinin tarixi, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğu danılmazdır.

Bildiyimiz kimi, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı və hazırda paytaxtımızda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi fəaliyyət göstərir.

Onu da xatırladaq ki, 2010-cu ildə Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində də Muğam Mərkəzinin açılışı baş tutmuşdu.

Yeri gəlmişkən, 2018-ci ildə Ağdamın Quzanlı qəsəbəsində Muğam Mərkəzi açılmışdı və ölkə başçısı həmin açılışda da çıxış etmişdi.

Həm 2010-cu, həm də 2018-ci ildə açılışı olan Muğam Mərkəzlərində muğam sənətinin təbliğatı həyata keçirilirdi. Baxmayaraq ki, həmin dövrdə torpaqlarımız işğalda idi.

Torpaqlarımız işğalda olduğu dövrlərdə həm Prezident İlham Əliyevin, həm də Mehriban xanım Əliyevanın çıxışlarından, fəaliyyətlərindən insanların ürəyində bir ümid çırağı yanmışdı ki, torpaqlarımız mütləq işğaldan azad olacaq və Qarabağın hər güşəsindən Azərbaycan muğamı eşidiləcək, neçə-neçə muğam mərkəzləri, musiqi ocaqları tikiləcək. Elə də oldu, bu gün Qarabağın hər guşəsində muğam ocaqları, sənət məbədləri ucalır.

Qarabağ torpaqları işğal altında olduğu illərdə həm Prezident, həm də Birinci xanım Qarabağın muğam irsinə xüsusi qayğı göstərirdilər. Bu qayğı siyasəti qarabağlı muğam ustadlarına, o cümlədən də gənc nəslə böyük stimul, inam bəxş edirdi.

Məlumdur ki, bədnam qonşularımız təkcə torpaqlarımıza qarşı əsassız iddialar irəli sürməyib, həm də mədəni irsimizə təcavüz etməyə cəhd ediblər. Uzun illər boyu xalq mahnılarımıza, muğamlarımıza, aşıq sənətimizə, milli musiqi alətlərimizə qarşı əsası olmayan iddialar irəli sürən, “muğam üçlükləri” yaradan, qondarma xanəndələr ortaya çıxaran ermənilər ağır xəyal qırıqlığına uğradılar. Azərbaycan dövlətinin muğama sonsuz qayğısı, sahib çıxması bu ulu sənətimizi təcavüzdən qorudu. Xüsusən də M.Əliyeva muğam sənətinin geniş təbliğində o qədər möhtəşəm işlər gördü ki, bu gerçəkliyin qarşısında ermənilər də, onların havadarları da geri çəkilməyə məcbur oldular.

Yadınıza gəlirsə, Mehriban xanımın muğama sonsuz qayğısından əndişəyə düşən Anna Hakopyan həddi olmayan gülünc bir təklifdə bulundu, Paşinyanın arvadı Mehriban Əliyevanı muğam dinləmək üçün Qarabağa dəvət etdi: “Mehriban Əliyevanın arzusu Qarabağda gözəl muğam dinləməkdir. Biz ona qonaq qismində gözəl bir muğam təqdim edə bilərik”. Guya muğam erməni musiqi sənətidir kimi davranan A.Hakopyan özünü gülünc vəziyyətə saldı, gülüş obyektinə çevirdi. Hakopyanın bu hədsiz sözlərinin cavabı isə çox keçmədən, düz 1 il sonra qətiyyətlə verildi. Mehriban Əliyeva rəhbərlik etdiyi

Heydər Əliyev Fondunun Qarabağın mərkəzi Şuşada təşkil etdiyi beynəlxalq muğam tədbirləri, beynəlxalq “Xarı bülbül” festivalları ilə Hakopyana heç zaman unuda bilməyəcəyi muğam dərsi verdi.

Dövlətimiz muğam sənətinə bir daha sahib çıxmaqla ermənilərin bu bədnam planını da suya düşürdü.

Bu gün Azərbaycanda muğam sənətinin inkişafı, tərəqqisi erməniləri narahat etsə də, muğamın onlarla heç bir əlaqəsi olmadığını bir daha dünyaya bəyan etdi. Muğam sənəti dünyada Azərbaycan incisi kimi tanınır, təbliğ olunur. O etibarlı şəkildə qorunur, mühafizə edilir. Muğam xalqımızın sərvəti olduğu kimi, xalqımız da muğamın sahibidir.

Prezidentin və Birinci xanımın Ağdam Muğam Mərkəzinin açılışında iştirakları, ölkə başçısının məzmunlu tarixi çıxışı da Ermənistana növbəti bir dərs oldu. Odur ki, muğam sənəti bizim ayrılmaz parçamızdır, Qarabağ kimi, Şuşa kimi, tarixi torpaqlarımız kimi əbədiyyən bizimdir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ