şənbə günü, 21 noyabr 2026
     

“Anadır arzulara... Qarabağ” mahnısı ilə Ermənistanı məhkəmədə necə vuracağıq?..

Image


Şəmsəddin Əliyev: "Biz bununla bağlı qiyabi məhkəmə yolu ilə mülki mübahisə kimi iddia..."

Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən "Sirun jan" adı altında mənimsənilərək ifa edilməsi və Youtube-da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb. Əqli Mülkiyyət Agentliyi Mədəniyyət Nazirliyi ilə birgə erməni ifaçı Gor Yepremyanın oğurluğunu ifşa edən bəyanat yayıb. 

"Qarabağ" əsəri Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmiş mahnıdır.

"Qarabağ" mahnısı ilə yanaşı B.Nəsibov onlarca yaddaqalan, dillər əzbəri olan mahnı yaradıb ki, biz bu sırada "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarının adlarını çəkə bilərik.

Belə unikal və əbədi yaşayan mahnılar yaradan Bəhram Nəsibova sağlığında dövlət tərəfindən fəxri adlar, mükafatlar, orden və medallar verilibmi? 

Təkcə "Qarabağ" mahnısına görə B. Nəsibova o zamanlar dövlət tərəfindən hansı mükafat verilib, nə kimi diqqət və qayğı göstərilib? Yaradıcılığı çox dəyərlidir və böyük mükafatlara layiqdir. Bu yaradıcılığına görə mükafatlar alsaydı bu onun həm mənəvi, həm sosial həyatında mühüm dəstək olardı. 

Mətbuat üzərindən araşdırdıq. Məlum oldu ki, böyük sənətkar sağlığında öz haqqını almayıb, nə fəxri adı, nə də mükafatı olub. 1998-ci ildə vəfat edən sənətkarın əsərləri Sovet dövründə "xalq mahnıları" kimi təqdim edilib, adının müəllif kimi çəkilməsinə uzun illər qısqanclıqla yanaşılıb. Əsərləri başlarının adından təqdim edilib. "Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirməyənin mahnı yazmaq hüququ yoxdur" deyiblər ona. Bu da onu həmişə incidib. Bu tələbi onun qarşısında qoyanlar unudublar ki, gözəl əsərlər yazmaq üçün istedad lazımdır, bəsəkətarlıq fakültəsində oxumaq elə də vacib deyil. Məsələ burasındadır ki, B.Nəsibov mahnılarının müəllifi kimi adının qeyd olunması üçün çox mübarizə aparıb, axırda "həvəskar bəstəkar" kimi təqdim edilməyə nail olub. 

İndi onun əsərləri ermənilər tərəfindən də oğurlanır. Təbii ki, Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyi bəyanat yayaraq məsələni ictimailəşdirdilər ki,   B. Nəsibovun "Qarabağ" əsəri erməni bəstəkar tərəfindən oğurlanıb. Bəs bu istiqamətdə beynəlxalq hüquq müstəvisində nə kimi iş aparmaq olar? Bununla bağlı beynəlxalq məhkəməyə müraciət edilərsə, erməni musiqiçi məhkəməyə verilərsə, bəstəkarın ailəsinin xeyrinə o ermənidən nə tələb oluna bilər?

"Bu məsələ bizim məhkəmə instansiyalarından keçdikdən sonra biz bunu müvafiq qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə verə bilərik" 

Hüquqşünas Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Agentlik və Nazirlik kifayət qədər məzmunlu mətn hazırlayıb məsələni ölkə daxilində ictimaləşdiriblər. O vurğuladı ki, konstitutsiyanın 30-cu maddəsində əqli mülkiyyət hüququ hər kəsə verilir, "hər kəsin əqli mülkiyyət hüququ vardır"-deyə vurğulanır. 

"Əsər çap edildikdə, kütlə qarşısında ifa olunduqda müəllifin razılığı olmadan əsərin özünü və ya onun adını dəyişdirmək yolverilməzdir. Müəllifin razılığı olmadan əsərə illüstrasiyalar, müqəddimə, son söz, bütövlükdə hər hansı bir izahın aparılmasına da yol verilmir. Müəllif vəfat etdikdən sonra onun əsərinə toxunulmasını kiməsə, istənilən şəxsə vəsiyyət edə bilər. Yaxud da bunu müəllifin hüquqlarını müdafiə edən müvafiq qurumlar həyata keçirir. Burada Mədəniyyət Nazirliyi və Agentliyin atdığı addımı alqışlayıram. Yenə də konstitutsiyanın 30-cu madəsinin şərhində belə bir ifadə var: "Müəllif hüququ müəllifin bütün həyatı boyu və onun vəfat etdiyi ildən gələn il yanvar ayının 1-dən hesablanmaqla müəllifin ölümündən sonra 50 il qüvvvədə qalır. Müəllif hüququ vərəsəlik üzrə keçir. Lakin müəllifin ada olan hüququ və bu əsərin toxunulmazlıq hüququ vərəsəlik üzrə keçmir.

İndi keçirəm Avropada əqli mülkiyyət hüququna. Burada da kifayət qədər açıq ifadə olunan müdəalar var. Avropa əqli mülkiyyət hüququ əqli mülkiyyət obyektlərinin hüquq mühafizəsilə bağlı yaranan ictimai münasibətləri, əqli mülkiyyət münaisbətlərini tənzimləyir. Beynəlxalq hüquq sistemi də əqli mülkiyyət hüqunu müstəqil hüquq sahəsi kimi tanıyır. Əqli mülkiyyət hüququ beynəlxalq hüquq sistemində beynəlxalq iqtisadi hüququn yarımsahəsi kimi qəbul olunur. Beynəlxalq hüquq sistemi, milli hüquq sistemi və Avropa hüquq sistemi vəhdət təşkil edir. Onlardan yalnız Avropa hüquq sistemi əqli mülkiyyət hüququnu müstəqil sahə kimi tanıyır. Çünki Avropa hüquq sistemi xüsusi xarakterə malikdir. 

Erməni ifaçının plagiatlıq etməsi, heç bir əsası olmadan əsəri mənimsəməsi, özününküləşdirməsi məsələsi ilə bağlı hüquq müstəvisində addım atılması mümkündür. Biz bununla bağlı qiyabi məhkəmə yolu ilə mülki mübahisə kimi iddia qaldıra bilərik. Sonra cavabdeh qisminə həmin müəllifin nəfinə müəyyən mənada təzminatlar ödənilməsi üçün də qərar qəbul edilə bilər. Təbii ki, "İnterpol" vasitəsilə onun üzərinə məhdudiyyətlər qoyulması, məhkəməyə gətirilməsi ilə bağlı müəyyən addımlar atıla bilər". 

O hesab edir ki, məsələ ilə bağlı ölkə daxilində bütün məhkəmə prosedurlardan keçildikdən sonra Avropa İnsan Haqqları Məhkəməsinə müraciət etmək olar. "Ölkə daxilindəki bütün məhkəmə instansiyalarını keçdikdən və qərar qəbul edildikdən 6 ay müddətində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərik. Düşünürəm ki, erməninin bu plagiatlığı Avropa İnsan Hüquqları Məhkəməsinin predimetinə çevrilə bilər. Həm Nazirlikdə, həm Agentlikdə hüquq şöbələri var, orada hüquqşünaslar işləyir. Onların məsələ ilə bağlı mülki mübahiəsinin predmeti kimi müvafiq araşdırmalarına, fəaliyyətlərinə ehtiyac yaranır. Bunu etmək lazımdır. Çünki uzun illərdir ki, bizim bəstəkar və xalq mahnılarımız ermənilər tərəfindən plagiyatlığa məruz qalır. Onlar saysız mahnılarımızı erməniləşdirib dünyaya öz adları ilə təqdim edirlər. Bunun özü də genosidin başqa cür formasıdır. Biz bununla ermənilərin oğurluğunu hüquq müstəvisində ifşa edə bilərik. Bu çox vacibdir. Ermənilərin bu hərəkətləri Azərbaycana qarşı münasibətindən doğur". 

Ş.Əliyev qeyd etdi ki, məhkəmə yolu ilə ermənilərin bu oğurluqlarına son qoymaq zərirətə çevrilib. O hesab edir ki, beynəlxalq konvensiyalar, əqli mülkiyyət sistemi buna imkan verir. "1967-ci ildə yaradılan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı var, BMT-nin ixtisalaşmış təşkilatı kimi fəaliyyət göstərir. Göstərilən konvensiya müvafiq olaraq ədəbiyyat, incəsənət, musiqi əsərləri, ifalar, holoqramlar, radio və televizya verilişləri, ixtiralar, sənaye nümunələri, film adları, əmtəə nişanları, xidməti nişanları və sair müəllif hüquqlarının, bəziləri əlaqəli hüquqların obyekti sayılır. Bu məsələ bizim məhkəmə instansiyalarından keçdikdən sonra biz bunu müvafiq qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə verə bilərik"

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ