çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycanda milli teatr tarixindən - "Azərbaycan artistlər dəstəsi"...

Image


"Guney Azərbaycanın tarixi irsi" rubrikasında Azərbaycanın cənubunda yaşanan teatr hadisəsindən söhbət açacağıq.

Azərbaycan müsəlman Şərqində  teatr yaradan ilk dövlətdir. Yəni ilk teatr məhz bizim ölkədə yaranıb, buradan Şərq və türk elmlərinə yayılıb. Peşəkar teatra, peşəkar səhnəyə sahib olan Azərbaycan çox böyük sənətkarlar yetişdirib. Azərbaycanın şimalında olduğu kimi, cənubunda da teatr yaranmağa başlayıb. Amma sonralar həm şimalda, həm cənubda zaman-zaman xalq yaradıcılığından və meydan teatr ənənəsindən qaynaqlanan xalq tamaşaları, səhnələri olub, buna meydan teatrı deyiblər. Bayramlarda, mühüm günlərdə meydanlarda tamaşalar oynanılıb. Cənubi Azərbaycan mədəniyyətimizin ana ocaqlarından biridir və burada zəngin teatr ənənəsi olub.

Baxmayaraq ki, xarici havadarlarının dəstəyi ilə Qacarları devirib hakimiyyəti qanunsuz olaraq qəsb edən Pəhləvilərin, onlardan sonra hakimiyyəti ələ keçirən molla rejiminin təpkilərinə, zülmlərinə baxmayaraq, soydaşlarımız milli teatrımızı yarada və qoruya biliblər.

  • “Azərbaycan artistləri dəstəsi"nin fəaliyyəti…

Tədqiqatçıların yazdıqlarına görə, 1871–1974-cü illərdə M.F.Axundzadənin 6 komediyasının fars dilinə tərcümə edilərək İranda yayılması Cənubi Azərbaycanda teatr sənətinə marağı artırmışdı. İlk teatr 1905–1911-ci illər İran inqilabı dövründə yaradılmışdı. 1909–1921-ci illərdə "Azərbaycan artistləri dəstəsi" fəaliyyət göstərmişdir.  Bakıdan Sidqi Ruhulla, Mirzağa Əliyev, Cəlil Bağdadbəyov, Abbasmirzə Şərifzadə, Tiflisdən Mirzəli Abbasov, Məmmədtağı Əsgərov, İbrahim İsfahanlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Əşrəf Yüzbaşov müəyyən dəstələrlə, ayrı-ayrı illərdə dəfələrlə Tehranda, Təbrizdə, Rəştdə, Ənzəlidə, Qəzvində, Xoyda, Makuda, Urmuda, Culfada, Ərdəbildə, Salmasda, Ənzəlidə yerli həvəskarları da cəlb etməklə Azərbaycan dilində tamaşalar oynayırdılar. Məlumatlara görə, Təbriz teatrının yaranma tarixi də təxminən o dövrlərə təsadüf edir. Təbriz şəhərində teatr həvəskarlarından Mehdi xan Şəfizadə və Həsən Çörəkçi, doktor Rəhim xan, Ələkbər Bəradərən, Ələsgər xan və Ələkbər xan başda olmaqla on iki nəfər "Xəyanət" adlı tamaşa hazırlayıblar və bu tamaşa 1908-ci ildə göstərilib.
1909-cu ildə böyük teatr sənətçisi Sidqi Ruhulla Təbrizə qastrola gəlib və yerli ziyalılarla birlikdə bir neçə tamaşa hazırlayıb. Onların hazırlayıb tamaşaçılara təqdim etdikləri ilk tamaşa Hüseynqulu Sarabskinin "Cəhalət" əsəri olub. Bu tamaşa fransız katoliklərinin klubunda göstərilib. Bundan sonra nümayiş etdirilən ikinci tamaşa isə Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsi olub və "Bağ-meşə qapısı" adlanan məhəllədə yan-yana sıralanmış dükanların üstündəki böyük otaqda oynanılıb. O səfərdə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Jan Batist Molyerin "Zorən təbib" əsərləri də göstərilib. Bu qastrollar öz nəticəsini verib. Təbrizdə yerli ziyalılar teatr sənətinə daha böyük maraq göstəriblər.
1910-1919-cu illər ərzində ayrı-ayrı sənətkarlar tərəfindən İrana təşkil olunan qastrollarda daha çox Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun faciə və komediyaları, Sultanməcid Qənizadənin, Mirmahmud Kazımovskinin, Hüseynqulu Sarabskinin kiçik həcmli ibrətamiz məzhəkələri, Üzeyir bəy Hacıbəyovun, Zülfüqar bəy Hacıbəyovun opera və operettaları və s. oynanılıb.
1920-ci ildə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə Təbrizdə ilk teatr binası - "Xeyriyyə teatrı" tikilir. Orada yaşayan Azərbaycan türklərinin təşəbbüsü ilə Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu.

  • “1941-ci ildə Təbrizdə "Azərbaycan" cəmiyyəti yaranıb və teatr truppası da təsis edilib”

1930-cu ildə Bakı və Tiflis teatrlarında, dövlət teatrlarında rejissorluq və aktyorluq etmiş Mirseyfəddin Kirmanşahlı Irana gələrək üç il ərzində Tehranda və Təbrizdə müxtəlif teatr dəstələrində rejissorluq edib. Təbriz teatrında peşəkarlıq səviyyəsinin formalaşmasında onun da xüsusi əməyi var. Rza Quluzadə Şərqli və Rza Vaizzadənin də bu teatrın inkişafında böyük xidmətləri olmuşdur. Teatr dəstələrində Şərqlinin "Mirzə Rza kirmani", "Cinayət", "Börkün bəlası", "Quqquluqu", "Dəlilər yurdu", "Pul, yoxsa xəyanət" ("Xəyanət və vəfa"), Rza Vaizzadənin "Cəhalət qurbanı", "Tükənməz xəzinə", Mirzə Cabbar Əsgərzadənin "Noi bəşər", "Çadramın mühəssənatı", "Müəllimlər həyatı", Abdulla Fərivərin "Bəhram Çubinə", Hilal Nasirinin "Mirzə Tağıxan Əmir Kəbir" pyesləri tamaşaya hazırlanıb.
Teatrşünas İlham Rəhimlinin Azərbaycan Teatr Tarixi kitabından: "1941-ci ildə Təbrizdə "Azərbaycan" cəmiyyəti yaranıb və teatr truppası da təsis edilib. Truppanın tamaşaçılara təqdim etdiyi ilk tamaşa Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsi olub. İranda ezamiyyətdə olan rejissor Şəmsi Bədəlbəyli truppa ilə sıx yaradıcılıq əlaqəsi saxlayıb, burada bir neçə əsərə səhnə quruluşu verib. Azərbaycan Dövlət Opera və Balet Teatrı 1941-ci il oktyabr ayının əvvəllərindən dekabra qədər Təbrizdə qastrol səfərində olub. Teatrın maraqlı repertuarla çıxışı şəhərin teatr həyatında möhtəşəm canlanma yaradıb. Az sonra ziyalıların cəm olduqları "Azərbaycan cəmiyyəti"nin təşəbbüsü ilə Təbrizdə "Azərbaycan aktyorları heyəti" yaradılıb. Təbrizdə çıxan "Azərbaycan" qəzeti teatr prosesini canlandırmaq və pərakəndə qüvvələri cəmləşdirmək məqsədilə 11 nəfərdən ibarət müdiriyyət heyəti təyin edib. Teatr sənətinə təzə gələn həvəskar aktyorları seçmək üçün içə 9 nəfərdən ibarət komissiya fəaliyyətə başlayıb.
1940-1946-cı illərdə Tehran şəhərində azərbaycanlı teatr fədailəri "Fərhəng-e sinema", "Honər", "Şiri Xurşid" teatr binalarında tamaşalar oynayıblar. Repertuarda Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Üzeyir bəy Hacıbəyovun bütün operettaları və əksər operaları, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun kiçik həcmli məzhəkələri əsas yer tutub...".
Milli Hökumət dövründə milli teatrın fəaliyyəti ilə bağlı Vikipediya məqaləsində yazılır ki, Milli hökumət zamanında Təbriz Azərbaycan Dövlət Dram Teatrı yaradılıb və bu teatrın truppasının əsasını müxtəlif truppaların həvəskar aktyorları təşkil ediblər. 8 mart 1946-cı ildə teatrın təntənəli açılışı olub və Cəlil Məmmədquluzadənin "Anamın kitabı" dramının tamaşası göstərilib. Təbrizdən sonra 1946-cı ildə Urmiyada da Dövlət Teatrı açılıb. Sərabda, Əhərdə, Astarada, Qara Ziaəddində, Ələmdarda, Miyanada, Herisdə, Binabda, Şəbüstərdə, Zəncanda, Marağada, Xoyda dram dərnəkləri fəaliyyətə başlayıb.
1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan və Milli Hökumətin süqutundan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yalnız qısa bir müddət ərzində (1948-1949) Tehranın "Ziba" teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir.
1970-ci ildə Urmuda "Arya" teatrı yaradılıb və qısa müddətdən sonra bu teatr da bağlanıb. 1950-ci illərin sonlarında və 1960-cı illərin birinci yarısında Tehranda azərbaycanlıların "Mad film", "Azər film" kinostudiyaları fəaliyyət göstərib. Orada çalışan azərbaycanlılar müəyyən bayramlarda teatr tamaşaları da göstəriblər.

Bir vaxtlar Təbriz, Urmiya və Xoy və başqa Cənubi Azərbaycan şəhərlərində ana dilimizdə tetar tamaşaları səhnəyə qoyulsa da, təəssüf ki, bu gün biz buna rast gələ bilmirik. Doğrudur, ayrı-ayrı gənclər ana dilimizdə kiçik səhnələr hazırlayırlar, amma biz Təbrizin mərkəzində açılacaq Azərbaycan Milli Teatrının yolunu gözləyirik. İnanırıq ki, xalqımızın cəsarəti molla rejiminə qalib gələcək və milli haqlarımız təmin ediləcək.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ