Cümə günü, 14 avqust 2026
     

Ermənilər İrəvan Dumasının məşhur deputatı Pənah xanın evini nə günə qoydular...

Image


İlin əvvəlində redaksiyanın tərtib etdiyi plana uyğun olaraq "Qərbi Azərbaycanın daş yaddaşı" rubrikasında tarixi Azərbaycan şəhəri İrəvanda çox populyar olan bir abidədən - Pənah xan Makinskinin evindən danışacağıq. O evdən ki, adı dillər əzbəri olub, teatr tariximizdə əhəmiyyətli rol oynayıb.

AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tanınmış tədqiqatçı Nazim Mustafa Pənah xan Makinskinin evi barədə yazır :"İrəvanda Xan sarayının üslubunda inşa edilmiş tarixi-memarlıq abidələrindən biri də Pənah xan Makinskinin evi idi. İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını daşıyan meydanda, Nalbandyan küçəsi-19 (keçmiş Ter-Qukasov küçəsi) ünvanında yerləşirdi. Kompleksə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. Pənah xanın evi İrəvanda dövlət tərəfindən qorunan memarlıq abidələri siyahısına salınsa da, ötən əsrin 60-cı illərində onun da aqibəti azərbaycanlılara məxsus digər tarixi-memarlıq abidəsi kimi olmuş, dağıdılaraq yer üzündən silinmişdir".

Tədqiqatçının verdiyi məlumata görə, Pənah xanın məşhur malikənəsi ermənilər tərəfindən yer üzündən silinib.

Pənah xan Makinskinin evindən və şəxsi həyatından, fəaliyyətindən bəhs edən Vikipediya məqaləsində çox maraqlı məqamlar yer alıb. Heç şübhəsiz ki, bu məqalə Pənah xanla, bütövlükdə isə Makinskilərlə bağlı tədqiqat aparan alimlərin yazıları əsasında ərsəyə gəlib.

Tədqiqatçılar yazır ki, İrəvan şəhərinin sosial həyatında aktiv rol oynamış, xeyriyyəçiliklə və maarifçiliklə məşğul olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olub. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyesləri var idi. Pənah xan və digər irəvanlı ziyalılar dövlətə müraciət edib, Azərbaycan türkləri üçün məktəb açılmasını istəsələr də müsbət cavab ala bilmirlər. Bundan sonra 1898-ci il martın 29-da Göy Məsciddə toplanan 104 nəfər məktəbi özləri açmaq qərarına gəlirlər və bunun üçün 14 nəfərlik komissiya seçirlər. Əliqulu xan İrəvanskinin rəhbərlik etdiyi komissiyaya Pənah xan da daxil edilir. Komissiya üzvləri məktəbin işlərinə nəzarət etməli və hər biri ən azı həftədə 3 saat məktəbdə olmalı idilər. Məktəbin maliyyələşdirilməsi də bu şəxslərin üstünə düşdüyündən bunun üçün ayrıca cədvəl tutulur. Tədqiqatçıların yazdığına görə, Cədvəldən aydın görünür ki, Abbasqulu xan İrəvanski hər il 50 manat, Pənah xan Makinski də 50 manat, qalan 17 nəfərin hərəsi 25, 31 nəfərin hərəsi 15, 54 nəfərin hər biri 10 manat veriblər. Qeyd edilənə qədər ki, Pənah xan 1905-1907-ci  illər Erməni-Müsəlman qırğınlarında ziyan çəkmiş irəvanlı soydaşlarına yardım etmək üçün aksiyalar təşkil ettmiş, toplanmış pulları ziyan görmüş şəxslərə paylamışdır. Bildirilən görə, Pənah xan tərəfindən tikdirilmiş ev və ya imarət İrəvanın Azərbaycan türklərinə sahib olan tarixi memarlıq abidələrindən biri olmuşdur. Bir zamanlar dövlət əhəmiyyətli memarlıq abidəsi olan bu ev 1960–1970-ci illərdə baxımsızlıqdan məhv olmaq həddinə çatmışdır. Bəzi tədqiqatçılara görə, vəziyyəti bəlli deyil. Bu evdə Çar Rusiyası zamanı İrəvan azərbaycanlılarının mühüm görüşləri keçirilmiş, xeyli sayda teatr tamaşaları təşkil edilmişdir. Pənah xan Makinskinin evinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı.

Tədqiqatçılar qeyd edirlər ki, İrəvan Maku xanı Əhməd xan oğlu Hüseyn xandan olma nəvəsi olan Əhməd xan Qacar imperiyasından Rusiya imperiyasına köç etmiş və İrəvan şəhərində məşkunlaşmışdır. Yazılana görə, bundan sonra ailə həm də Makinskilər adlandırılmağa başlamışdır. Əhməd xanın oğlu Süleyman xan (1819–1862) Pənah xanın atasıdır. Beləliklə, Pənah xan mənşəcə Oğuzların Bayat tayfasına mənsub olmaqla birlikdə, Maku xanları ailəsinə mənsubdur.

Pənah xan ibtidai təhsilini molla yanında almış, daha sonra şəhər məkttəbini və gimnaziyanı bitirmişdir. Bir qədər sonra İrəvan şəhər dumasındakı azsaylı müsəlman deputatlardan biri olmuşdur.

Atası Süleyman xan Rusiya İmperator Ordusunda xidmət etmişdir. Əli xan adlı oğlu olmuş və o, Taci xanımla evlənmişdir. Bu evlilikdən Süleyman xan, Tamara xanım, Səltənət xanım, Dövlə xanım adlı qızlar dünyaya gəlmişdir. Pənah xanın Əli xandan olma törəmələri Sovet hakimiyyəti dövründə təqiblərə məruz qalmışdır.

Bu Pənah xanın özü və ailəsi barədə əks olunan məlumatlardır. Bütövlükdə, onun kimi şəxsiyyətlər xalqın mədəniyyət tarixinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Əlbəttə, İrəvanda mədəni - maarif hərəkatının önündə gedən Pənah xan kimi şəxsiyyətlər unudulmaz izlər qoyub gediblər. İrəvan memarlığının ab-havasını daşıyan Pənah xan Makinskinin evini erməni vandalları yer üzündən silib izini itirməyə çalışsalar da, onu yaddaşlarımızdan və memarlıq irsimizdən silə bilməzlər. Bu abidə haqda məlumatlar, eyni zamanda onun foto şəkilləri arxivlərdə yaşayır... İrəvanın daş yaddaşından o tarixi evi silmək mümkün deyil. Şübhəsiz, İrəvanlılar öz evlərinə dinc şəkildə qayıtdıqdan sonra bu abidələrin hamısı yenidən yaradılacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ