çərşənbə günü, 07 oktyabr 2026
     

FIRÇASINDAN NUR YAĞAN RƏSSAM - Hüseynqulu Əliyev...

Image


Azərbaycan mədəniyyətinin, o cümlədən rəssamlıq sənətinin inkişafında Naxçıvanlı rəssamların da özünəməxsus xidmətləri olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda realist rəssamlıq sənətinin məhz Naxçıvan torpağının istedadlı oğlu Bəhruz Kəngərli ilə başladığı qeyd olunur.

XX əsrin 80-ci illərində, eləcə də XXI əsrdə Azərbaycan rəssamlıq və heykəltaraşlıq sənətində özünməxsus məqama malik sehrli fırça sahiblərindən biri də bütün ömrünü Naxçıvanla bağlamış, Azərbaycanın Xalq rəssamı, gözəl pedaqoq, bu torpaqda özünəməxsus rəssamlıq məktəbini yaratmış Hüseynqulu Əliyevdir.

Özünü təsviri sənətin müxtəlif sahələrində rəssam, heykəltaraş, dekorativ tətbiqi sənət ustası, geyim eskizləri tərtibatçısı kimi təsdiqləyib. Əsərləri ölkəmizdə və onun hüdudlarından kənarda-İran, Türkiyə, Gürcüstan, Türkmənistan, Rusiya, Ukrayna, Koreyada keçirilən sərgilərdə nümayiş olunub.

Dünya estetikasında “Həyat ağacı” deyilən bir mövzu yer tutmaqdadır. Eyni mövzu ilə xalq rəssamı Hüseynqulu Əliyevin yaradıcılığında qarşılaşırıq. Rəssamın “Həyat ağacı” əsərində bütövlüklə köhnə və yeni dünya vəhdət halında canlandırılmışdır. İlk baxışda bütün rəsm əsərinin kökündə qocaman bir ağacın hətta qabıqları belə tökülmüş gövdəsi dayanır. Prinsipcə həmin rəsm əsəri öz tamaşaçısına təlqin edir ki, həyat öz axarı ilə davam etməkdədir və həmin qocaman ağacın ətraflarından göyərmiş yeni budaqlar yeni həyata işarədir. Ağacın yuxarısında yuva qurmuş leyləklər rəsm əsərinə xüsusi canlılıq, həyatilik gətirir. Ümumiyyətlə, Hüseynqulu Əliyevin bu rəsm əsərində hər şey hərəkətdədir. Qocaman ağacın koğuşundan hissələr ayrılıb düşməkdədir. Gövdənin yanlarından çıxan yeni budaqlar səmaya can atmaqdadır. Bu ağaca sığınmış leyləklər uçmağa hazırlaşırlar. Səmada isə buludlar seyrəkləşməkdə və sıxlaşmaqdadır.

Hüseynqulu Əliyevin sənəti üçün xarakterik olan cəhətlərdən biri də rəssamın öz  fırçası və rəngləri ilə zamanı qabaqlamasıdır. Onun portret rəsm əsərlərinin mövzusu daha çox rəssamın özünə və müasirlərinə həsr edilsə də, biz həmin rəsm əsərlərində portretləri canlandırılan şəxslərin həyatlarının 20, 30 il sonrakı dövrləri ilə qarşı–qarşıya dayanırıq. Təbii ki, belə bir gediş etmək üçün rəssamdan böyük sənətkarlıq qüdrəti tələb olunur. Amma bu cəhət Hüseynqulu Əliyevin sənətində adi hala çevrilib. Məsələn, “Ömür yolu” rəsm əsərinə diqqət edilərsə, görərik ki, portretdə canlandırılan körpələr artıq rəssamın nəvələri deyil, nəticələridir. O nəticələrə baxan Xalq rəssamı isə cəsarətlə özünün 90 yaşında olacaq görkəmini canlandıra bilmişdir. Əslində bu rəsm əsərinin özü də portret janrındadır və obrazlı şəkildə həmin əsəri “Həyatın portreti” də adlandırmaq mümkündür.

Heykəltaraş olaraq monumental, dəzgah (büst-portretlər, barelyef, barelyef-pannolar), monumantal-dekorativ və dekorativ heykəltaraşlıq (kiçik ölçülü plastika) növlərinə müraciət edərək dəyərli sənət nümunələri ərsəyə gətirib. Hüseynqulu Əliyevin heykəltaraşlıq nümunələri Naxçıvan şəhərinin və muxtar respublikanın bir neçə rayonlarının mənzərəli yerlərini bəzəyir, yerləşdiyi məkanın mahiyyətini açıqlayır. Naxçıvanın Koroğlu meydanındakı “Koroğlu” heykəli dinamik kompozisiyası ilə maraq doğurur. Tuncdan tökülmüş monumental abidə Xalq qəhrəmanının əzəmətini nümayiş etdirir. Sənətkar Koroğlunu şahə qalxan qıratın üstündə, döyüş zamanı, qələbə anında təsvir edib.

Şəhidlər xiyabanındakı “Ana” abidəsi professional işləmə tərzi ilə diqqəti cəlb edir. Əsərdə şəhid övladının məzarını ziyarətə gəlmiş ana təsvir olunub. Heykələ baxarkən tamaşaçının gözü önündə şəhid anaların ümumiləşdirilmiş obrazı canlanır.

Sənətkar həmçinin monumental dekorativ heykəllərlə (“Fərhad süd arxı çəkərkən”, “Bulaq başında qızlar”) yanaşı, bir çox büst-portretlər, barelyef, dekorativ barelyef-pannolar, qorelyeflərin, Molla Nəsrəddinlə bağlı hekayələrdən götürülmüş sujetli dekorativ heykəllərin müəllifidir.

Rəssamlıqda üstünlük verdiyi janrlar - portret, mənzərə, natürmort, tematik tablolar, süjetli kompozisiyalardır. Bir çox rəssamların yaradıcılığında müəyyən rəngə aludəlik hiss olunur, onun palitrası həmin rənglə müəyyən olunur. Hüseynqulu Əliyevin əlvan palitralı əsərlərində belə bir xüsusi aludəlik sezilməsə də, özü ağ rəngi daha çox sevdiyini etiraf edir. Rəssamın fikrincə ağ rəng işıq, əbədilik, xoş ovqat, təmizlik, sülh rəmzi və bütün rənglərin açarıdır. Çox vaxt rəssamların yaradıcılığında sevimli motiv olur ki, bu da əsərlərin ideyasını açmağa kömək edir. Hüseynqulu Əliyevin əsərlərində  sevimli element at və almadır. Rəssam atı murad, insanın ən yaxın dostu, məğrurluq rəmzi kimi, almanı isə sərvət və məhsuldarlıq simvolu kimi əsərlərində istifadə edib. Rəssamın mənzərə janrında çəkdiyi əsərlərindən “Mənim Naxçıvanım” triptixi, “İlanlı dağ”, “Meşə” və başqaları realistliyi ilə tamaşaçını heyran edir.

Rəssamın portret janrında maraqlı əsərləri var. Böyük ədib Hüseyn Cavidin portretinin koloriti obrazın əhval-ruhiyyəsinə uyğun seçilib. Əsərdə Cavidin çatılmış qaşları, üzünün ifadəsi, stolun söykənəcəyinə qoyulmuş əlin gərgin vəziyyəti dövrün ictimai-siyasi ədalətsizliyindən yaranan daxili narahatlığı ifadə edir. Rəssam əsərdə böyük şairin daxili xarakterini özünəməxsus ustalıqla təsvir edib.

Hüseynqulu Əliyevin “Məcnun”, “Azadlıq”, “Mənzərə” adlı rəsm əsərləri Koreya Respublikası, Almaniya, Türkiyə, İranda nümayiş etdirilmişdir. Sənətkar həmçinin “Həyat”, “Bağda” və s. tematik tabloların, “Yasəmənlər”, “Heykəllə natürmort”, “Dolça və almalar” və s. natürmortların müəllifidir. Hüseynqulu Əliyev teatr-dekor rəssamı, geyim eskizləri tərtibatçısı kimi də fəaliyyət göstərir. 1989-cu ildən 2019-cu ilə qədər Naxçıvan Dövlət Musiqili Dram Teatrının Baş rəssamı vəzifəsində çalışmış, teatrda “Xeyir və Şər”, “Arşın mal alan”, “Afət”, “Hacı Qara”, “Özümüz bilərik” və bir çox başqa tamaşalara səhnə tərtibatı vermişdir. 2002-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülən Hüseynqulu Əliyev hazırda Naxçıvan Dövlət Universitetinin “Təsviri incəsənət” kafedrasının professoru vəzifəsində çalışır.

Onun yetirmələri də sənətdə öz sözlərini deyir, müəllimlərindən öyrəndikləri bilik və bacarığı uğurları ilə təsdiqləyirlər. Azərbaycanın tarixi taleyi, müstəqillik dövrü ilə bağlı vətənpərvərlik nümunələri yaratmış, Naxçıvanda yeni nəsil rəssamların ustadı və müəllimi olmuş, çoxcəhətli yaradıcılıq qabiliyyətinə malik professional rəssam və heykəltaraş, teatr rəssamlığında öz dəst-xəttini müəyyən etmiş Xalq rəssamı Hüseynqulu Əliyevə bundan sonra da bu çətin və şərəfli sənət yolunda uğurlar arzulayırıq. Qoy yaradan əlləri daim var olsun.

Toğrul İman oğlu Cəfərli
Naxçıvan Dövlət Universitetin “Təsviri incəsənət” kafedrasının müəllimi
[email protected]



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi...Məkkə “paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ