Cümə axşamı günü, 15 oktyabr 2026
     

“COVİD-19” neftdən sonra dünya qızıl bazarını da yerindən oynatdı – lakin bahalaşma istiqamətində…

Image


Dünya iqtisadiyyatına koronavirusun necə təsir göstərəcəyi, ölkələrin bundan hansı təsirlər görəcəyi getdikcə əsas müzakirə predmetlərindən birinə çevrilməkdədir. Artıq fakt budur ki, sözüdegən virus dünya iqtisadiyyatını müəyyən qədər yavaşladıb. Onun yaylması davam etsə, qlobal iqtisadiyyatın bundan əhəmiyyətli dərəcədə ciddi zərər görəcəyi də qaçılmaz sayılır.

Digər tərəfdən, koronavirus artıq bir çox strateji məhsulların qiymətini aşağı salır və bura daxil olanlardan biri də neftdir. Məhz koronavirus üzündən neft dəyərdən düşür və bu, hasilatçı ölkələrə tədricən təsir etməyə başlayır. Bir çox transmilli şirkətlərin səhmlərinin də dəyərdən düşməsi elə koronavirusun təsiridir. Yaranmış vəziyyətdə koronavirusun daha da geniş miqyasda yayıla biləcəyindən ehtiyat edənlər qızıla yatırılan sərmayələrin miqdarını artırır. Bu da, öz növbəsində, qızılı sürətlə bahalaşdırır. Ekspertlər müəyyən müddət prosesin məhz bu istiqamətdə gedəcəyini proqnozlaşdırır. Çünki artıq dünya üzrə 27 ölkədə 80 minə yaxın insanın koronavirusa yoluxma halı, 2500-dən çox insan ölümü müəyyən edilib. Hər keçən gün bu rəqəm daha da artır. Çinin şərqindəki Uhan şəhərində ötən ilin dekabrında ilk dəfə müşahidə olunan və yanvarda xəstəlik kimi qeydə alınan koronavirus və ya “COVİD-19” virusu sürətlə dünyaya yayılır. Virus artıq bizim regiona da çatıb. İranda, rəsmi məlumata görə, 80 nəfərdən çox insan bu virusa yoluxub, 12 nəfər vəfat edib. Koronavirus artıq sonuncu dəhşətli epidemiya hesab olunan SARS virusunu keçib. Belə ki, 2001-2002-ci illərdə yayılan SARS virusu yer Kürəsində cəmi 8100 nəfərə yoluxub və 774 nəfər xəstəlikdən ölüb. SARS qlobal iqtisadiyyata 40 milyard dollar zərər vurub. Hazırkı koronavirus statistikası göstərir ki, bu, SARS-dan daha dəhşətli olacaq. Mütəxəssislər, hazırkı sürətlə yayılacağı təqdirdə, koronavirusun 1918-ci ildə dünyada 50 milyon insanın ölümünə səbəb olan “ispan qripi” və ya 1957-1958-ci illərdə yayılan və 1,1 milyon insanın həyatına son qoyan “Asiya qripi” kimi dəhşətli nəticələr doğura biləcəyindən narahatdır. Digər tərəfdən, iqtisadçılar bu virusun dünya iqtisadiyyatına vuracağı zərərləri hesablayır. 
Məsələn, 2001-2002-ci illərdə yayılan SARS virusu dünya iqtisadiyyatına 0,1 faiz mənfi təsir edib. Lakin indi durum daha təhlükəlidir. Belə vəziyyətdə məhz qızıla tələb sürətlə artır. Elə bu səbəbdən qızıl son yeddi ildə ən yüksək qiymətə satılır. Qızılın bir unsiyasının qiyməti 1 690  dolları keçib və artım davam edir. Bu bahalaşmanın koronavirusun dünya iqtisadiyyatı üzərində fəsad törədəcəyi ilə bağlı gözləntilərdən irəli gəldiyi bildirilir. Baş verənlər Azərbaycanın da diqqət mərkəzindədir.

Xatırladaq ki, elə bu günlərdə “AzerGold" QSC dünyanı cənginə alan koronavirusun qızıl və digər əlvan metalların qiymət artımına təsirinə münasibət bildirib. Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib ki, dünya birjalarında qızılın və digər əlvan metalların qiyməti həm tələbat, həm də başqa geosiyasi vəziyyətlərlə bağlı dəyişir:"Hazırda dünya birjalarında qızılın qiymətində artım müşahidə edilir. Buna səbəb də investorların qızılı ehtiyat üçün almasıdır. Məhz bu, tələbatı artırıb. Biz 2020-ci il üçün büdcəni formalaşdıranda bir neçə qiymət proqnozlaşdırmışdıq. Hazırda isə qızılın qiyməti bizim proqnozlarımızdan yuxarıdır". Qeyd edək ki, sözügedən qurum  2019-cu ildə 57 min unsiya saf qızılın Dövlət Neft Fonduna satışını həyata keçirib. Zakir İbrahimovun sözlərinə görə, “AzerGold” QSC tərəfindən hasil edilən metalların dünya bazarlarında ixracı ilə yanaşı, Cəmiyyət tərəfindən ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində hasil olunan qızılın Dövlət Neft Fondu tərəfindən alışı təşkil edilib. O qeyd edib ki, bu, satışın ümumi həcminin 95%-ni təşkil edir.

Qızıla tələbin sürətlə artması fonunda isə hasil edilən qızılın hamısının bu il Dövlət Neft Fondu tərəfindən alınması gözlənilir. İndi Azərbaycan Dövlət Neft Fondunun qızıl ehtiyatları davamlı artırılır. Ehtiyatlar 100 tonu keçib. Amma cari il ərzində bunun daha 50 ton artırılması gözlənilir. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az risqli istiqamətə yönəltməsi ilə bağlıdır. Ən əsası isə, milli valyutaların mövqeyinin zəifləməsi insanların öz vəsaitlərini daha etibarlı görünən qızıla yatırmalarına səbəb olur. Hazırda bir çox ölkələrin öz valyutalarını ucuzlaşdırması fonunda dünyada müşahidə olunan da məhz budur. Digər tərəfdən, koronavirus təhdidi üzündən dünyanın maliyyə bazarlarında gərginlik də  kritik həddə çatır. Bu səbəbdən qızıla tələb artır. Xarici valyutalar, xüsusən də dünyanın əsas aparıcı valyutası olan dolların kursunda kəskin dəyişikliklər fonunda da qızılın qiyməti sürətlə artır. Yeri gəlmişkən, dünya bazarında emal olunmuş qızılın deyil, daha çox külçə qızılın qiyməti qalxır. Belə ki, zərgərlik məmulatlarının qiymətində ciddi dəyişiklik yoxdur və bahalaşma xam, yəni külçə qızılın qiymətində daha çoxdur. Ekspertlər isə bunu zərgərlik məmulatlarına tələbatın azalması, külçə qızılın isə əksinə, valyuta ehtiyatlarının strukturunda ən etibarlı aktiv vasitəsinə çevrilməsi ilə əlaqələndirir. Qızılın bahalaşması Azərbaycanın valyuta ehtiyatının tərkibində onun daha yüksək dəyər kəsb etməsinə və bu ehtyiatların miqdarının yüksəlməsiən rəvac verir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ