Cümə axşamı günü, 15 oktyabr 2026
     

"Qaz OPEC"i çərçivəsində dünya qiymətlərinin tənzimlənməsində də Azərbaycan önəmli mövqeyə keçir

Image


Neftlə yanaşı dünya qaz bazarlarında baş verənlər, xüsusən də iqlim dəyişikliklərinin bu istiqamətdə göstərdiyi təsir indi hasilatçı ölkələr üçün ən həssas mövzulardan birinə çevrilib. Məsələ burasındadır ki, proseslərin gedişi cari ilin son rübünə kimi təbii qazın satış qiyməti baxımından müsbət heç nə vəd etmir. 

Məhşur “Vygon Consulting” şirkətinin analitikləri də bildirir ki, Avropa bazarında təbii qazın qiyməti 2020-ci ilin yaz-yay aylarında kəskin aşağı düşəcək. Analitiklərin proqnozlarına görə, həmin dövrdə təbii qazın min kubmetrinin qiyməti 100 dollardan da aşağı düşə bilər. Nəticədə Avropanın qaz bazarında hazırda əsas inhisarçı olan “Qazprom” şirkəti məcbur olub öz qazını ziyan hesabına sata bilər. Şirkətin araşdırmalar üzrə direktoru Mariya Belova qeyd edib ki, qiymətin bu cür kəskin aşağı düşməsinə qışın anomal isti keçməsi səbəb olacaq. Çünki qışın mülayim keçməsi üzündən Avropanın qaz anbarlarında rekord həcmdə yanacaq yığılıb. Şirkətlər Ukrayna üzərindən tranzitin dayandırılacağından narahat olaraq böyük ehtiyatlar yaradıblar.

“Qazprom ekspert” şirkətindən təsdiq ediblər ki, qiymətlər doğrudan da əhəmiyyətli ölçülərdə aşağı düşə bilər, artım isə ancaq 2020-ci ilin dördüncü rübündən başlayacaq. Analitiklər gözləyir ki, Avropa bazarında sıxılmış təbii qazın min kubmetrinin qiyməti orta hesabla 143 dollar təşkil edəcək. Və belə vəziyyət Avropa bazarlarına sıxılmış qaz çıxaran Amerika şirkətlərinə sərf etməyəcək, onlar təklifi azaldacaqlar. Avropa qaz bazarındakı bu situasiya Azərbaycan üçün də birbaşa əhəmiyyət daşıyır. Çünki 2020-ci ilin yayında Azərbaycanın “Şahdəniz” yatağının qazı “Cənub Qaz Dəhlizi” ilə ilk dəfə Avropa bazarına daxil olacaq. Bu dəhlizlə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropa bazarına istiqamətlənəcək.  Belə vəziyyətdə qiyməti tənzimləmək üçün, hesab olunur ki, "qaz OPEC"i adlanan Qaz İxrac edən Ölkələrin Forumu məsələyə müdaxilə etməlidir.

Xatırladaq ki, Qaz İxrac edən Ölkələr Forumu 2001-ci ildə 13 qaz ixrac edən ölkə (Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, Rusiya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Trinidad və Tobaqo, Ekvatorial Qvineya) tərəfindən Tehran şəhərində yaradılıb, 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətər dövlətinin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan) üzvü var. Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizi, boru kəmərləri ilə ticarətin 35 faizi, maye qaz istehsalının 85 faizi cəmləşir. Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar, tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Yəni bu o deməkdir ki, Forum qiymət siyasətinə müdaxilə edə bilər. Foruma üzv dövlətlərin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqları və qlobal qaz bazarında ölkəmizin mühüm rol oynadığı qəbul olunur. Hətta Azərbaycanın Foruma tamhüquqlu üzv məsələsi də gündəmdədir. Bakı da qiymət məsələsində artıq Forumun qəti hərəkətə keçməsini istəyir. Bunu enerji məsələləri üzrə ekspert Aleksandr Sobko da vacib sayır. O bildirir ki, qlobal qaz bazarında misli görünməmiş bir vəziyyət hökm sürür: “Və bu heç də mübaliğə deyil. Asiyada hazırda maye təbii qaza bundan əvvəl heç vaxt müşahidə olunmamış birja qiymətləri qoyulur: kotirovkalar psixoloji əhəmiyyətli 1 milyon BİV (Britaniya İstilik Vahidi) üçün 3 dollar səviyyəsinə çatıb ki, bu da min kubmetrə görə təxminən 105 dollara bərabərdir. Avropada isə birja qiymətləri bundan da aşağıdır, 95 dollar səviyyəsində.
Bu cür vəziyyətin yaranmasına bir neçə amil səbəb olub: buraya həm Şimal yarımkürəsinin, demək olar ki, bütün regionlarında izlənən çox isti qış, həm yeni istehsalatların işə salınması ilə maye qaz bolluğunun yaranması, həm də Ukraynadan qaz tranziti böhranına hazırlıqlar səbəbilə Avropanın qaz anbarlarının həddindən artıq doldurulması daxildir. Bütün bunlarla yanaşı, Çində iqtisadi fəallığın kəskin şəkildə azalmasına səbəb olmuş koronavirus yalnız qaz bazarına deyil, həm də bütövlükdə xammal bazarındakı vəziyyətə təsir göstərib. Bununla bərabər, qiymət mənzərəsi bazar iştirakçılarında narahatlıq yaratmaya bilməz. Aşağı birja qiymətləri artıq elə bir vəziyyətə gətirib çıxarıb ki, şirkətlərin əksəriyyəti tam xərclərini maye qaz istehsalı ilə ödəyə bilmir. Cari qiymətlərlə isə istehsalçıların bir çoxu, hətta əməliyyat xərclərini də ödəyə bilmir. Hazırkı qiymətlərinin mövcudluğu şəraitində Amerikanın da ixracatı rentabelliyini itirmək həddinə yaxınlaşıb.

Məsələnin həlli üçün neft bazarında OPEC+ koalisiyası yaranıb ki, o da qiymətləri lazımi səviyyədə qoruyub saxlayır. "Qaz OPEC"inin yaradılması isə hazırkı şəraitdə olduqca vacibdir. Çünki bolluq şəraitində qiymətlər aşağı düşür. Əlavə problem ondan ibarətdir ki, neftdən fərqli olaraq qaz, xüsusilə də maye qaz ehtiyatlarını saxlamaq və yaratmaq çətindir”. Ekspert hesab edir ki, istənilən halda, istehsalçıdar bazara müdaxilə etməlidir. Əks təqdirdə onlar özlərini çətin vəziyyətə sala bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ