Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

Image


Məlum həqiqətdir ki, Azərbaycan minilliklər boyu zəngin mədəniyyəti, elmə verdiyi töhfələri və maarifçilik ənənələri ilə tanınıb.

Tarixi kökləri qədim sivilizasiyalara dayanan Azərbaycan həm Şərqin, həm də Qərbin kəsişməsində yerləşərək unikal bir mədəni və elmi sintez yaradıb. Bu zəngin irsin qorunması, inkişaf etdirilməsi və dünya miqyasında tanıdılması müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir.

UNESCO-nun Dünya İrsinin İlkin Siyahısının genişlənməsinə Azərbaycanın töhfələri artır

Yuxarıda qeyd edilən istiqamətdə atılan addımların daha bir bariz nümunəsi özünü Parisdə UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyasında göstərdi. Tədbir çərçivəsində 26 yeni mədəni və təbiət abidəsinin Dünya İrs Siyahısına daxil edilməsi baş tutub. Qeyd edək ki, Azərbaycanın “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Beləliklə, UNESCO-nun Dünya İrs Siyahısına 26 yeni abidə əlavə olunmaqla bu siyahıdakı abidələrin ümumi sayı 170 ölkə üzrə 1248-ə çatıb. Komitə, həmçinin iki mövcud irs sahəsinin ərazisinin genişləndirilməsini də təsdiqləyib ki, bu da sərhədlərarası təbiət parklarının yaranmasına imkan verəcək. Bütün bunlar fonunda təqdirəlayiq haldır ki, UNESCO-nun Dünya İrsinin İlkin Siyahısının genişlənməsinə Azərbaycan getdikcə daha çox töhfə verir.

Mədəniyyətlə yanaşı, elm sahəsində də Azərbaycanın uğurlarının miqyası artmaqda davam edir. İyulun 8-17-də Cenevrə şəhərində baş tutan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 66-cı iclası fonunda bunu bir daha görmək olar. Assambleyaların iyulun 17-də keçirilən iclaslarında bir sıra təşkilati məsələlərə baxılıb. Koordinasiya Komitəsi və Paris və Bern İttifaqının İcraiyyə Komitəsində qeyri-rəsmi məsləhətləşmələrdən sonra 40 dövlət Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilib. Daimi üzv seçilən dövlətlər sırasında Azərbaycan da yer alıb. Əqli Mülkiyyət Agentliyinin məlumatına əsasən, Azərbaycan 1995-ci ildə ÜƏMT-nin əqli mülkiyyətin qorunması sahəsində ən böyük beynəlxalq müqaviləsi olan Paris konvensiyasına və 1998-ci ildə Bern konvensiyasına qoşulub. Ölkəmiz, həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışına qədərki dövr üçün ÜƏMT-nin ən vacib rəhbər orqanlarından olan Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir. Azərbaycan Proqram və Büdcə Komitəsinin də üzvü seçilib. Bu Komitədə həmin vaxtadək təmsil olunacaq dövlətlərin sayı 53-dür. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib. Azərbaycan 2005-ci ildən ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin üzvüdür. Beləliklə, Azərbaycan BMT-nin ən böyük qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 3 böyük komitəsində təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir. Bütün bunlar ölkənin beynəlxalq miqyasda əldə etdiyi uğurların mühüm göstəricilərindən biri hesab olunur. O da faktdır ki, müasir dövrdə elmin təbliği informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə daha geniş kütlələrə çatdırılır. Elmi-populyar jurnallar, televiziya proqramları, sosial şəbəkə platformalarında elm adamlarının çıxışları və maarifləndirici kontentlər bu sahədə əhəmiyyətli rol oynayır. Elmin təbliği təkcə elm adamlarının işi deyil, həm də dövlətin və ictimaiyyətin ümumi vəzifəsidir. Azərbaycan dövləti bu sahədə bir sıra mühüm addımlar atır, elmi tədqiqatların maliyyələşdirilməsi və beynəlxalq layihələrə inteqrasiya imkanlarını artırır.

“Muğam aləmi” dünyanın diqqətini Azərbaycana cəlb edir

Bu gün dünya üçün Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq getdikcə daha çox maraq kəsb edir. Bu mədəniyyət çoxşaxəlidir. Eyni zamanda ölkəmiz musiqi, memarlıq, ədəbiyyat, folklor və ənənəvi sənətkarlıq sahələrində zəngin irsi ilə fərqlənir. Muğam sənəti UNESCO tərəfindən bəşəri irs siyahısına daxil edilib. Sözügedən sənətini yaşadılması istiqamətində mühüm addımlar atılır. Elə ötən ay Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başa çatıb. "Muğam aləmi" festivalı bu dəfə də onlarla ölkədən ifaçıları mədəniyyətlər beşiyi Azərbaycanda bir araya gətirdi və yarısı arxada qalan 2025-ci ilin unudulmaz sənət hadisəsinə çevrildi.

Dünyanın muğamla yanaşı, Qobustan qayaüstü rəsmləri, İçərişəhər və digər tarixi yerlər də Azərbaycana cəlb edir. Bütün bunlar Azərbaycan xalqının mədəniyyətinin nə qədər qədim və zəngin olduğunu göstərir. Bu mədəniyyətin təbliği üçün Azərbaycan dövləti və qeyri-hökumət təşkilatları müxtəlif layihələr həyata keçirirlər. Xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, beynəlxalq festivallarda Azərbaycan musiqi və rəqs kollektivlərinin iştirakı, milli dəyərlərin dünya ictimaiyyətinə təqdim olunması istiqamətində atılan addımlardandır. Eyni zamanda, xarici universitetlərdə Azərbaycan dili və ədəbiyyatı kafedralarının yaradılması da milli mədəniyyətin tanıdılmasına xidmət edir. Elm və mədəniyyətin təbliği işində gənclər xüsusi rola malikdir. Təhsil müəssisələrində milli-mənəvi dəyərlər əsasında tərbiyə olunan şagird və tələbələr gələcəyin maarifçi alimləri və sənətkarları kimi yetişirlər. Bu məqsədlə məktəblərdə və universitetlərdə seminarlar, sərgilər, konfranslar təşkil olunur. Azərbaycan gəncləri beynəlxalq olimpiadalarda, mədəniyyət festivallarında fəal iştirak edir və ölkənin adını yüksəklərə qaldırırlar. Eyni zamanda, sosial mediada gənc blogerlərin, yazarların və elm təbliğatçılarının fəallığı diqqət çəkir. Onlar Azərbaycan tarixi, mədəniyyəti və elmi nailiyyətləri haqqında maraqlı məlumatlar paylaşaraq bu sahədə cəmiyyətin maariflənməsinə töhfə verirlər. Beləliklə, Azərbaycanın elm və mədəniyyətinin təbliği milli kimliyin qorunması və dünyada tanıdılması baxımından strateji əhəmiyyət daşıyır. Bu proses təkcə dövlət qurumlarının deyil, bütün cəmiyyətin birgə işi olmalıdır. Elmin və mədəniyyətin inkişafı və təbliği gələcək nəsillərin milli ruhda formalaşmasına, ölkənin beynəlxalq nüfuzunun artmasına və qlobal mədəniyyətlərarası dialoqa töhfə verməsinə şərait yaradır. Azərbaycanın zəngin elmi və mədəni irsi yalnız keçmişin mirası deyil, həm də gələcəyin bələdçisidir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ