Cümə axşamı günü, 15 oktyabr 2026
     

İmişli Şəkər Zavodu çökür, istehsalat uğursuzluğunu Rusiyadan idxalın artım amili ilə bağlayır…

Image


Son illər ərzində respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir.

Bu dövrdə dövlət proqramlarının, fərman və sərəncamların yüksək səviyyədə icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edib, tərəqqi prosesində qeyri-neft sektorunun payı və rolunu davamlı şəkildə artırıb. Danılmaz faktdır ki, bir ölkənin əsas gəlir mənbələrindən biri də qeyri-neft sektorudur. Buna görə də bu sahənin inkişafına və genişlənməsinə xüsusi diqqət və qayğı ayrılır. Ancaq qeyri-neft sektoruna aid olan elə sahələr var ki, hazırda onun vəziyyəti ürəkaçan durumda deyil. Belə ki, Şəkər Emalı Zavodunun ciddi böhran vəziyyəti ilə qarşılaşması haqqında məlumat yayılıb.

"Azərsun Holdinq”in yaydığı məlumatda qeyd olunur ki, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən Şəkər Emalı Zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb.  Müəssisənin yaydığı açıqlamada qeyd olunur: "2016-cı ildən etibarən Rusiya Federasiyasından ölkəmizə şəkər tozu idxalının miqyası durmadan artmaqdadır. Üstəlik, idxal olunan şəkər tozunun qiyməti dempinq siyasəti ilə formalaşır. İmişli Şəkər Zavodunda maya dəyərinin aşağı salınması, qiymətdə rəqabət qabiliyyətinin artırılması yönündə milyonlarla ABŞ dolları ilə ölçülən investisiya qoyuluşları, həmçinin, digər səmərəliləşdirici səylərin həyata keçirilməsinə baxmayaraq, dempinqli idxal olunan məhsul ilə rəqabət aparılması obyektiv olaraq mümkün deyil. Məhz buna görə də müəssisəmiz son illər külli miqdarda zərərlə fəaliyyət göstərir.

Lakin "Azərsun Holdinq” rəhbərliyinin ölkəmizin sosial-iqtisadi inkişafı və regionda məşğulluğun təmin olunmasına verdiyi yüksək əhəmiyyətin nəticəsi olaraq, müəssisəmizin fəaliyyəti dayandırılmayıb. Hər kəsə məlumdur ki, İmişli rayonu başda olmaqla, Mərkəzi Aran bölgəsinin sosial-iqtisadı həyatında və işsizliyin aradan qaldırılmasında müəssisəmizin rolu həlledici dərəcədə mühümdür. Yaranmış bu böhran vəziyyətində, holdinqimizin bütün xoş niyyətli səylərinə rəğmən, müəssisəmizin tam gücü ilə ilboyu fəaliyyət göstərməsi çətinləşəcək.

Hazırda İmişli Şəkər Zavodunda ixtisar baş vermir. Sadəcə, istehsal müəssisəsinin fəaliyyətini dayandırması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə ödənişlər edilir. Durum belə davam edərsə, istehsal müəssisəmiz 2020-ci ildən etibarən, sadəcə, payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emalını həyata keçirməklə fəaliyyətini xeyli kiçiltməyə məcbur qalacaq ki, çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq.  Qeyd edək ki, artıq 3 ildir İmişli Şəkər Zavodu zərərlə işləyirdi”.

Maraqlıdır,  zavodun fəaliyyəti necə olacaq?

  • “…istehsal edilən məhsul maya dəyərindən baha başa gəlir”

Məsələ ilə bağlı suallarımızı cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən gəlirləri artırmaq, ümumiyyətlə, onun neft-qaz sektorundan irəli çıxmasına nail olmaq üçün hökumətin gördüyü işlər, həyata keçirdiyi tədbirlər, atdığı addımlar məlumdur. Nəticələr göz qabağındadır: “Belə ki, təkcə 2019-cu ilin yekunlarına görə, ölkədə ÜDM 2,2 faiz, o cümlədən, qeyri-neft sektoru 3,5 faiz artıb. Qeyri-neft sənayesi isə 14,3 faiz”.

İqtisadçının sözlərinə görə, son illər qeyri-neft sektorunun inkişafına xüsusi diqqət və qayğı göstərilir. İmişli Şəkər Zavodunda baş verən hadisələr qeyri-neft sektorunun inkişafına və genişlənməsinə istiqamətlənən, həyata keçirilən addımlara ziddir: "Bunun səbəbi isə odur ki, qeyri-neft məhsullarına aid məhsullarla dünya bazarına çıxmaq, ümumiyyətlə, bu sahədə istənilən nəticəyə nail olmaq çox çətindir. Çünki bu məhsulların istehsalında ən mühüm cəhət keyfiyyət və rəqabətqabiliyyətlilik və qiymət məsələsidir. Məsələyə məntiqlə yanaşdıqda, bu və ya digər malın keyfiyyəti yüksək olarsa, onun maya dəyəri də artıq olmalıdır. Amma müasir dünyada rəqabət çərçivəsində vəziyyət o qədər ciddi və kəskin xarakter alıb ki, bütün istehsalçılar məhsulun keyfiyyətini artırmaqla bərabər, onun maya dəyərinin də qalxmasına yox, əksinə, azalmasına çalışırlar. Beləliklə də malın rəqabətqabiliyyətliliyi təmin edilir”.

Həmsöhbətimiz hesab edir ki, İmişli zavodunda istehsal edilən məhsul maya dəyərindən baha başa gəlir və bunu müəssisənin məxsus olduğu holdinq də açıq şəkildə etiraf edir: "Yəni İmişlı zavodunun məhsulları qiymət baxımından bahadır, çünki maya dəyəri yüksəkdir. Bu da ona dəlalət edir ki, həmin zavodda istifadə edilən texnologiya müasir deyil. Düzdür, holdinqin açıqlamasında qeyd edilir ki, xeyli vəsait sərf olunub, texnologiyanın yenilənməsi istiqamətində müvafiq addımlar atılıb və s. Amma o addımlar həqiqətən həyata keçirilsəydi, o zaman zavodun məhsullarının qiymət baxımından rəqabətqabiliyyətliliyi aşağı səviyyədə olmazdı və həmin məhsullar daxili bazarda Rusiyadan idxal edilən analoji məhsullar tərəfindən sıxışdırılıb çıxarılmazdı. Bu məsələ təkcə dempinq siyasətinin üzərinə atıla bilməz. Hər bir ölkə başqa ölkəyə ixrac etdiyi məhsulun qiymətini bazarda aşağı səviyyədə təmin etməyə çalışır ki, yerli məhsulu sıxışdırıb çıxarsın. Bu, təbii bir haldır. Bunu hansısa ölkəyə irad tutmaq məntiqsizlikdir. Azərbaycan da öz məhsulunu başqa ölkəyə ixrac edəndə həmin bazarda aşağı qiymətə qoyur ki, yerli məhsullarla rəqabət apara bilsin”.

Ekspert onu da vurğuladı ki, adıçəkilən zavod bağlanacağı təqdirdə xeyli insan işsiz qalacaq: “Sadəcə olaraq, zavod bazarın tələblərinə əsasən lazımi səviyyədə yenilənməyib, yeni texnologiyalar və əlavə investisiya vasitələri vaxtında tətbiq edilməyib. Ona görə də belə vəziyyət yaranıb. Bu da gətirib ona çıxarıb ki, zavodun məhsulları nəinki xaricdə, hətta yerli bazarda belə analoji məhsullarla rəqabət qabiliyyətinə malik deyil. Əlbəttə, qeyri-neft sektorunda belə bir halın müşahidə edilməsi çox acınacaqlı vəziyyətdir. Çünki həmin zavodun bağlanacağı təqdirdə xeyli insan işsiz qalacaq. Üstəlik, söhbət region əhəmiyyətli böyük bir müəssisədən gedir. Zənnimcə, aidiyyəti qurumlar belə bir iqtisadi əhəmiyyətli müəssisənin fəaliyyətinin dayanmasına icazə verməməlidirlər. Hesab edirəm ki, holdinq hökumətə müraciət edərək müvafiq kredit və ya maliyyə resursları cəlb etməklə, yenilənmədən sonra işini davam etdirə bilər. Bütün işlər hökumətlə birgə həyata keçirilməlidir”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ