Cümə günü, 16 oktyabr 2026
     

Manata artan inam onu regional valyutaya çevirir…

Image


Maliyyə vəsaitlərinin cəlb edilməsində bu gün ən çox istifadə olunan vasitələrdən biri istiqraz buraxılışlarının həyata keçirilməsidir. Son dövrlərə qədər bu xüsusda ən çox istifadə edilən alətlərdən biri dollarla istiqrazların, qiymətli kağızların buraxılışı olub. Amma ABŞ-ın iqtisadi siyasəti fonunda dollarla edilən buraxılışların həcmində artıq ciddi azalmalar qeydə alınır. Əvəzində, avro və digər valyutalarda istiqraz buraxılışlarının həcmi durmadan artır.

Hesablamalar göstərir ki, bu ilin əvvəlindən dünyada avro ilə buraxılan dövlət istiqrazları hesabına 51,2 milyard avro vəsait cəlb edilib ki, bu da 2016-cı ildən bəri rekord həddir. Həmin il avro istiqrazları ilə 39,9 milyard avro borc alınmışdı.  "Bloomberg" agentliyi bildirir  ki, bu ilin əvvəlindən avro ilə istiqraz tədarükü 80% artıb. ABŞ dolları üzrə artım isə cəmi 3%-dir. Qarşıdakı dövr ərzində vəziyyətin avro və digər valyutaların lehinə daha böyük sürətlə dəyişməsi gözlənilir. Yaranmış vəziyyət Azərbaycana da təsirsiz ötüşmür. Ölkədə bu durumda manatla buraxılan istiqrazların həcmi artır. Belə ki, cari ilin yanvar-sentyabr aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası ümumi dəyəri 12 milyard 835 milyon manat olan 152 yeni qiymətli kağızı dövlət qeydiyyatına alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6% və 7,8% çoxdur. Hesabat dövründə qeydiyyata alınmış korporativ istiqrazların sayı isə 19 olub. Bunun 4-ü kredit, 15-i isə digər təşkilatlara məxsus olub.

Amma manat istiqrazları təkcə daxili bazarla məhdudlaşmır. İndi beynəlxalq miqyasda tanınmış maliyyə qurumlarının da manat istiqazları artır. Hətta bu arada bəlli olub ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) gələn il ikinci dəfə manat istiqrazları buraxmaqla bağlı məsələni araşdırır. QDTİB-nin prezidenti Dmitri Pankin Azərbaycanda qiymətli kağızlar bazarının davamlı inkişafını dəstəkləmək, yerli bazarın, o cümlədən kiçik sahibkarların manat ehtiyaclarını çevik ödəmək niyyətində olduqlarını açıqlayıb: “Milli valyutada maliyyələşdirməyin konkret ehtiyacından asılı olaraq 2020-ci ildə ikinci istiqraz tranşı buraxmaq imkanlarını müzakirə edirik”. Xatırladaq ki, cari ilin avqustunda  QDTİB 10 milyon manat məbləğində, hərəsi 1000 manat dəyərində 10 min istiqraz buraxaraq Bakı Fond Birjasında yerləşdirib. Sərmayədarlar tərəfindən isə bütövlükdə 81 milyon manat məbləğində 63 ərizə verilib, yəni tələb təklifi 8 qat üstələyib. Tədavül müddəti 730 gün olan istiqrazlar illik 9,25 faiz gəlir gətirib, sahiblərinə faiz ödəmələri hər rüb həyata keçirilir. İstiqrazların xitam verilmə günü 31 iyul 2021-ci il tarixidir.

Qeyd edək ki, QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri - Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan tərəfindən yaradılan beynəlxalq maliyyə kredit təsisatıdır. Nizamnamə kapitalı 3,45 milyard avro olan QDTİB-də Azərbaycan öz payını 2008-ci ildə 2 faizdən 5 faizədək artırıb. Qurumun manat istiqrazlarının buraxılışını həyata keçirməsi isə ilk növbədə Azərbaycan valyutasının etibarlılıq dərəcəsinin yüksək olmasının təzahürü sayılır.

Xatırladaq ki, manatla istiqraz məsələsi təkcə adıçəkilən bankın maraq dairəsində deyil. Artıq digər nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi nəzərdə tutulur. Yayılan məlumatlardan belə bəlli olur ki, artıq Asiya İnkişaf Bankı Azərbaycan manatı ilə ilk istiqrazlarını 2020-ci ildə tədavülə buraxa bilər. İndilikdə isə bu qurum tərəfindən manat istiqrazlarının buraxılması borcalanların seçiminə görə yubanır. Belə ki, bu seçim zamanı başlıca meyarlardan biri beynəlxalq maliyyə hesabatları standartlarına uyğun həyata keçirilən auditor rəyinin mövcudluğu sayılır.

Gözlənir  ki, Asiya İnkişaf Bankı mövcud tələblərə uyğun gələn məqbul sayda borcalanın seçilməsindən sonra 50 milyon manat məbləğində istiqraz buraxılışı həyata keçirilsin. Həmin vəsaitin də məhdud sayda bankların və qeyri-bank kredit təşkilatlarının maliyyə dəstəyinə sərf olunacağı güman edilir. Mikromaliyyə təşkilatları da həmin vəsaitləri təkrar kredit vasitəsilə əldə edə biləcək. Qeyd edək ki, Asiya İnkişaf Bankı postsovet regionunda milli valyutalarda istiqraz buraxmaq təcrübəsinə malikdir. Azərbaycanda isə, əslində, Asiya İnkişaf Bankının istiqrazlarına tələbin böyük olması gözlənir. Ən azı o baxımdan ki, ortada Qara Dəniz Ticarət və İnkişaf Bankının təcrübəsi var. Yuxarıda qeyd olunduğu kimi, bu bankın rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib. Eyni prosesin Asiya İnkişaf Bankının istiqrazlarında da qeydə alınması gözlənir. Elə bu durum da, öz növbəsində, manat istiqrazlarına tələbin bundan sonra yüksələcəyini deməyə əsas verir. Belə vəziyyət isə manatın valyuta olaraq artıq dünya miqyasında da nüfuzunun yüksəlməsinə şərait yaradır. Ekspertlər də hesab edir ki, manat istiqrazları ilə buraxılış beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiya, əməkdaşlıq nəticəsində əldə olunmuş mühüm nailiyyətdir. Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılan istiqrazlar isə ölkədə sahibkarlığın inkişafına da mühüm dəstək sayılır. Eyni zamanda, proseslərin gedişi Azərbaycan maliyyə sektorunda daha dayanıqlı bir vəziyyətin formalaşmasını şərtləndirir. Hesab olunur ki, bu durumda manatın xarici ticarətdə tətbiq ehtimalı da əhəmiyyətli dərəcədə yüksəlir. Bu isə manata artan inam sayəsində onun tədricən regional valyutaya çevrilə biləcəyini də istisna etmir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ