Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan neft-qaz sənayesində qazma işlərinin modernləşməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir

Image


XX əsrin 70-80-ci illərində Azərbaycan nefti dünyada neftçıxarma və neft-qaz emalı sənayesinin inkişafında, SSRİ kimi nəhəng ölkənin sənayeləşməsində həlledici rol oynayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızda neft emalı, neft-kimya sənayesinin müxtəlif inkişaf mərhələlərində çox mühüm qərarlar qəbul edildi.

1970-1980-ci illər məhz Azərbaycanın neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və  modernləşdirilməsində əsaslı dönüş mərhələsi kimi dəyərləndirilir. Məhz o dövrdə neft emalı, neft-qaz, neft kimya sənayesində geridə qalmış texnoloji proseslər, mənəvi və fiziki baxımdan köhnəlmiş avadanlıqlar milyonlarla vəsait hesabına texnoloji üstünlüklərə malik yeniləri ilə əvəz olundu. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi, neft və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-dək dərinlikdəki perspektivli sahələrdə, demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yükqaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa, ilk vaxtlarda dənizin 70 m. dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m. dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. tona (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m. dərinlikdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu.

Məhz ulu öndərin bilavasitə iştirakı ilə dənizdə perspektivli neft yataqlarının kəşfiyyat işləri xeyli genişlənərək sürətləndi. Xəzərin Azərbaycan sektorunda yeni dəniz neft-qaz kondensat yataqları - “Bahar” (1968), “Səngəçal-Duvannı-dəniz” (1969), “Bulla-dəniz” (1975-ci il) yataqlarının açılışı və istismara başlanması reallaşdırıldı. 1970-ci ildə dəniz neftinin çıxarılması maksimum həddə yüksələrək 12,9 milyon tona çatdı.

1971-ci il martın 28-də Azərbaycanın yeraltı sərvətlərinin istismarının başlandığı andan milyardıncı ton neft çıxarıldı. Bu, ölkəmizin neft sənayesinin tarixinə şanlı səhifə kimi yazıldı. Bu əlamətdar hadisə münasibətilə aprelin 21-də M.F.Axundov adına Opera və Balet Teatrında  ulu öndər Heydər Əliyevin iştirakı ilə təntənəli yığıncaq keçirildi.

Məhz o dövrdə Sumqayıtda üzvi yarımməhsullar zavodunda ilk dəfə olaraq Bakı neftinin benzin funksiyalarının ən mühüm kimya xammalı olan benzol almağa imkan verən platforminq prosesi həyata keçirildi. 1979-89-cu illərdə dənizdə, 200 metr dərinlikdə ümumi resurs ehtiyatı 700 milyon ton neft və 200 milyard kubmetr qaz olan “Günəşli” (1979-cu il), “Çıraq” (1985-ci il), “Azəri” (1988-ci il) və “Kəpəz” (1989-cu il) kimi 4 yeni çoxlaylı neft yatağı açıldı. 1980-ci ildə Fransanın “Seret” firması tərəfindən düzəldilmiş “Ə.Əmirov adına xüsusi gəmi 1” yeni struktur-kartirovka qazma gəmisi istismara verildi. Burada ilk dəfə olaraq şlanq-kabel qazması və hidroloji tədqiqatlar üçün avadanlıq quraşdırıldı. 1981-ci ildə ilk dəfə olaraq yarısalınan qazma qurğusunun köməyi ilə 200 metr dərinlikdə olan qazma həyata keçirildi. 1985-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Dərin Sulu Özüllər Zavodu ilk məhsulunu buraxdı. 1989-cu il ildə “Xəzər Dəniz Neft Donanması”nın tərkibinə texniki və naviqasiya məqsədləri, 300 metrədək sualtı dalğıc enmələri üçün ən müasir avadanlıq və dinamik pozisiyalaşdırma sistemi ilə təchiz olunmuş “Akademik Tofiq İsmayılov” unikal dalğıc gəmisi daxil oldu.

Qeyd olunan dövrdə xarici texnologiyalar bazası əsasında inşa edilmiş “Xəzər”, “Xəzərdənizneft” üzən qazma qurğularının alınması, xarici şirkətlərlə “Şelf” seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şelf-2”, “Şelf-3”, “Şelf-4”, “Şelf-5” qazma qurğuları, habelə onların işini təşkil etmək məqsədilə “Süleyman Vəzirov”, “İsrafil Hüseynov” kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr respublikaya gətirilmişdi.

Təbii ki, bütün bunların tətbiqi Xəzər zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində mühüm rol oynadı. Məhz bu qurğuların sayəsində “Çıraq”, “Azəri”, “Günəşli”, “Kəpəz” və s. kimi iri yataqlar kəşf edildi.  Ötən əsrin 70-ci illərinin sonlarında SSRİ-də yeganə olan 400 milyon ABŞ dollarına alınmış Dərin Özüllər Zavodunun tikintisinə başlandı. Sonralar bu kompleks Xəzər dənizində dərin neft və qaz yataqlarının kəşfi üçün müasir dərin özüllər bloku istehsal etdi.

Görülən işlərin, həyata keçirilən tədbirlərin sayəsində o illərdə neft hasilatı getdikcə artırdı.  1970-ci illərin əvvəli üçün ildə 17,3 milyon ton neft hasil edilməsi bunun əyani sübutu idi.

O dövrdə aparılan yenidənqurma işləri respublikamızın neft sənayesinin infrastrukturunun və neft emalının inkişafına ciddi təkan verdi. Belə ki, 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodu, 1982-ci ildə Bakı Neftayırma Zavodunda neftin ilkin emalı üçün ELOU-AVT qurğusu işə salındı. 1983-cü ildə Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan Sovet İttifaqının vahid neft kəmərinə qoşuldu. Neft emalı sahəsinin yenidən qurulması üçün irimiqyaslı layihələr həyata keçirildi. Yeni Bakı Neft Emalı Zavodunda (“Azərneftyanacaq”) ELOU-AVT-6 qurğusu istismara verildi. Bu qurğu o dövr üçün ən müasir, yüksək istehsal gücünə malik kombinə edilmiş atmosfer-vakuum qurğusu idi. 1979-cu ildə həmin zavodda Qərb texnologiyası üzrə müasir katalitik riformiq qurğusu da quraşdırıldı. Qurğu yüksək oktanlı etilləşdirilməmiş avtomobil benzini buraxmağa imkan verdi.1981-ci ildə Bakı Neft Emalı Zavodunda (hazırkı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Azərneftyağ”) ikinci analoji ELOU-AVT-6 kompleksi işə salındı. Məhz ulu öndərin əsaslı yenidənqurma proqramının həyata keçirilməsi nəticəsində Bakı neft emalı zavodları texniki təchizatına görə o dövrdə dünyada mövcud profilli müəssisələrin səviyyəsinə yüksəldi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə ümumi neft və qaz hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı. Sovet İttifaqı dağılanadək dənizin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında da səmərəli kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri dənizdə 350-dən çox struktur aşkar etdilər. Onlar Xəzərin Azərbaycan sektorunda yeni yataqlarla yanaşı, dənizin Türkmənistan sektorunda “Şərqi Livanov”, İ.M.Qubkin adına, Barinov adına, LAM və “Çələkənyanı günbəz”, Rusiya sektorunda “İnçixe-dəniz 1” və “İnçixe-dəniz 2” neft yataqlarını və Qazaxıstan sektorunda bir neft yatağını kəşf etdilər.

Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin sovet dövrü təkcə istehsalat nailiyyətləri ilə deyil, həm də ulu öndərimizin neftçilərə böyük qayğısı ilə xarakterizə edilir. Ulu öndərin respublikaya rəhbərliyi illərində neftçilər üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdı. 70-ci illərin sonlarında neftçilərin mənzilə ehtiyacı 95 faizdən də çox ödənilmişdi.

1970-1988-ci illərdə Azərbaycan neftçiləri (“Xəzərdənizneftqaz” İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdi.

1975-ci ildə “Bulla-dəniz” yatağının, 1980-ci ildə isə “Günəşli” yatağının dayazsulu hissəsinin işlənilməsinə başlandı. 1984-cü ildə Bakıda Dərin Özüllər Zavodu tikilib istifadəyə verildi. 1985-ci ildə “Çıraq”, 1987-ci ildə “Azəri” yatağı kəşf edildi. 1988-ci ildə “8 Mart” yatağının işlənilməsinə başlandı, “Kəpəz” yatağı aşkar edildi.

1985-ci ildən sonra SSRİ-nin sosial-iqtisadi həyatında gedən proseslər, təsərrüfat mexanizminin, iqtisadi həvəsləndirmənin təkmilləşdirilməsi, müəssisələrin müstəqilliyinin artırılması ilə bağlı həyata keçirilən məntiqi ardıcıllığı tam olmayan tədbirlər neft sənayesinin inkişafında sabitliyi təmin etməmiş, əksinə, onun problemlərini daha da dərinləşdirmişdi. Şübhəsiz, 80-ci illərin ikinci yarısında həm SSRİ, həm də Azərbaycan rəhbərliyinin səriştəsizliyi, rəhbərlikdə təmsil olunan başsız “başçılar”ın avantürist qərarları respublikamızda neft sənayesinin tənəzzülünə səbəb olmuşdu. Ötən əsrin 80-ci illərində quruda 4,8 milyon ton neft çıxarılıb ki, bu da 1950-ci il səviyyəsindən 8,5 milyon ton az idi, dənizdə isə 1980-ci ildə 8,2 milyon ton çıxarılmışdı ki, bu da 1970-ci il səviyyəsindən 0,5 milyon ton çox idi.

1990-cı ildə quruda 2,5 milyon, dənizdə 7,3 milyon ton neft istehsal edilmişdi ki, bu rəqəmlər də müvafiq olaraq 1980-ci il səviyyəsindən 2,3 milyon ton və 0,9 milyon ton az idi. Ümumiyyətlə, neftçıxarma sənayesində istər quruda, istərsə də dənizdə hasilatın orta illik artımının aşağı düşməsi çox qeyri-bərabər olub. XX əsrin sonuncu onilliyində respublikada neft istehsalının aşağı düşmə faizi 1990-cı ildə daha çox olub. Mütəxəssislərin fikrincə, böyük potensiala malik Abşeron yataqlarında işlərin canlandırılması diqqət mərkəzində olmalıdır. Üzdəniraq yenidənqurma illərində və müstəqillik dövrünə qədərki (1986-1991-ci) illərdə isə neft və qaz hasilatının aşağı düşmə tempi səngiməmiş, əksinə bu proses daha da sürətlənmişdi. Belə ki, neft hasilatı 42,4%, qaz hasilatı 56% enmişdi. Bu illər təminat-təchizat bazasının yoxsulluq dövrü kimi də yadda qalıb.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin təməlini qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qərbin neft şirkətləri ilə bağlanmış Saziş Azərbaycan Respublikasının müstəqil tarixinin yeni səhifəsini açdı. Bu gün öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən “Cənub Qaz Dəhlizi”nin seqmentləri olan TANAP, TAP kimi iri transmilli layihələrin Azərbaycanın təşəbbüsü, siyasi iradəsi, əzmi ilə reallaşdırılması, “Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi də məhz əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır.

Qətiyyətlə demək olar ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi bundan sonra da müstəqil Azərbaycanın güclənməsinə, respublkamızın sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının daha da yüksəlməsinə böyük töhfələr verəcək. Bu günlərdə xalqımızın Azərbaycan neft sənayesinin tarixində mühüm və əlamətdar hadisənin - respublikamızda iki milyardıncı ton neftin çıxarılmasının sevincini yaşaması bunun bariz nümunəsidir.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə keçirdikləri birgə müsabiqəyə təqdim edilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ