çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Üç ayda qızıl 3300 dollara qalxacaq - Tramp qızılı "yerindən oynatdı"...

Image


ABŞ prezidenti Donald Tramp administrasiyasının ticarət siyasəti qızılı son həftələrin ən perspektivli aktivinə çevirib. “Financial Times” qəzeti qeyd edir ki, qızılın qiyməti Donald Trampın inauqurasiyasından sonra yeni rekorda imza ataraq unsiyası 2942,7 dollara qalxıb. Beləliklə, yanvarın 20-dən etibarən qiymətində yeddi faizlik artımın müşahidə edildiyi qızıl son zamanların ən perspektivli aktivinə çevrilib.

Ekspertlərin sözlərinə görə, qızılın dəyəri artıq beşinci ildir ki, artmağa davam edir. Mənfi monetar amillərə - ABŞ dollarının güclənməsinə və yüksək faiz dərəcələrinə baxmayaraq, bu il də onun qiymətinin artması üçün ilkin şərtlər qalmaqdadır. Bu fonda “Goldman Sachs” bankının analitikləri qızılın qiyməti ilə bağlı proqnozlarını yeniləyərək, 2025-ci ilin sonu üçün hədəf səviyyəsini bir unsiya üçün 3100 dollara çatdırıblar. Bankın ekspertləri qərarlarını bütün dünya üzrə mərkəzi bankların qızıla tələbatının artması, eləcə də bu qiymətli metala yönəlmiş birja fondlarına investisiya axını ilə izah ediblər. Onlar mərkəzi banklar tərəfindən orta qızıl alışlarının bu il ayda 50 tona çata biləcəyini proqnozlaşdırırlar. İqtisadi siyasətdə qeyri-müəyyənlik, o cümlədən ABŞ prezident administrasiyasının tətbiq etdiyi tariflərlə bağlı məsələlər davam edərsə, o zaman, analitiklərin fikrincə, qızılın qiyməti bir unsiya üçün 3300 dollara qədər yüksələ bilər. Bundan əlavə, inflyasiya və maliyyə riskləri ilə bağlı artan narahatlıqlar mərkəzi bankları qızıl alışlarını artırmağa sövq edə bilər. “Saxo Capital Markets”in strateqi Çaru Çanana qeyd edir: “Bu şəraitdə təhlükəsiz limandan kim imtina edər ki? ABŞ-Çin danışıqları ilə bağlı müsbət xəbərin olmaması və Qəzza ilə bağlı artan geosiyasi gərginlik, ABŞ dollarının hansı istiqamətə getməsindən asılı olmayaraq, qızıla daha çox dəstək verəcək”. Amerikanın "Citi" və UBS kimi böyük maliyyə şirkətləri qızılın qiymətinə dair 2025-ci il üçün yenilənmiş proqnozlar yayıblar. "Citigroup" qızılın qiymətinin növbəti 3 ayda 3000 dollar səviyyəsinə yüksələcəyini gözləyir. Şirkət geopolitik qeyri-sabitliyin qiymətləri daha da artıra biləcəyini gözləyir. Şirkətin analitikləri Amerika dollarının güclənməsinin mərkəzi bankları qızıl ehtiyatlarını artırmağa təşviq edəcəyini proqnozlaşdırır. UBS də 2025-ci il üçün 12 aylıq qızıl proqnozunu 3000 dollar olaraq yeniləyib. UBS-nin analitikləri qızılın qiymətinin artmasının qlobal faiz dərəcələrinin azaldılması və geopolitik gərginliklərlə əlaqəli olduğunu vurğulayıblar. Eyni zamanda, mərkəzi banklar və investorlar tərəfindən qızılın davamlı olaraq alınması da qiymət artımına təkan verir. Qızılın qiymətinin artması təkcə investorlar üçün deyil, həm də adi istehlakçılar üçün maraqlı bir hal alıb. Bahalaşma ilə bağlı xəbərlər insanlar tərəfindən həyəcanla qarşılanır. Bəzi insanlar qızılın qiymətinin daha da artacağını gözləyirlər və buna görə də qırıq zinət əşyalarını satmaqda tələsmirlər. Zinət əşyalarının satışı ilə məşğul olan "House of Kan Estate Jewelers" şirkətinin prezidenti Tobina Kan qızılın qiymətinin 4000, hətta 6000 dollara çatacağını gözləyənlərin də olduğunu qeyd edib. Onun sözlərinə görə, bu artım bir neçə il ərzində baş verə bilər.

Dünyanın hər yerində qızılın ən böyük investorları suveren fondlar və məzkəzi banklardır. Bütün iqtisadiyyatlarda vəziyyətin necə olmasından asılı olmayaraq dünyanın mərkəzi bankları qızılı rezerv kimi saxlayır. Bu maliyyə aləti hər zaman alınıb-satıla bildiyi və qiyməti dayanıqlı olduğu üçün risksiz sayılır. Digər maliyyə alətləri dünyada böhran olduğu zaman dəyərini itirir. Məsələn, səhmlərin, istiqrazların qiyməti aşağı düşür. Qızıl isə hər zaman hamıya lazım olduğu üçün risksiz maliyyə aləti hesab olunur. “Rosneft” şirkətinin Direktorlar Şurasının sədri İqor Seçin qeyd edir ki, qızıl qlobal ticarətdə yenidən dolların əsas rəqibinə çevrilə bilər. O bildirib ki, dünya ticarətində dollar ödənişlərinə qoyulan məhdudiyyətlər milli valyutalardan istifadə və yeni universal alətlərin işlənib hazırlanması imkanlarını artıracaq: “Qızıl qlobal ticarətdə yenidən dolların əsas rəqibinə çevrilə bilər”. Seçinin sözlərinə görə, Ümumdünya Qızıl Şurası təkcə son üç ildə dünya valyuta ehtiyatlarında qızılın payının 20 faizə çatdığını bildirib. Bu arada qeyd edək ki, Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub. Bu statistika Ümumdünya Qızıl Şurasının 2024-cü il hesabatında qeyd olunub. Hesabata görə, qlobal mərkəzi bankların qızıl ehtiyatlarının artması tendensiyası müntəzəm davam edir. Millət vəkili Vüqar Bayramov bildirir ki, qızılla yığımların artırılması təhlükəsizlik baxımından vacibdir: "Azərbaycan da artıq xeyli müddətdir ki, qızıla investisiya edir, idxalını artırır. Ən çox qızıl alan beşinci ölkə olmağımızın səbəbi sırf idxalla bağlı deyil. Bu, həm də Azərbaycanın özünün istehsal etdiyi, yəni, ölkədə hasil edilən qızılın emal edilərək sonradan ölkəyə gətirilməsi ilə bağlıdır. Bunların bir hissəsi Azərbaycandan hasil edilən qızılın emal edilərək ölkəyə qayıtması, digər hissəsi isə təbii ki, yığımlardır. Amma bütün hallarda qızılla yığımların artırılması iqtisadi təhlükəsizlik baxımından vacibdir".Qarşıdakı illərdə bu tendensiyasının davam etməsi məsələsinə gəldikdə isə, millət vəkili vurğulayır ki, bu siyasət növbəti illərdə də davam etdiriləcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ