Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Havaya görə Azərbaycan enerji resurslarının satışından daha çox pul qazanacaq

Image


Dünya enerji bazarlarında neft və qazın qiymətində yeni artım dinamikası müşahidə edilir. Bu prosesin nə qədər davam edəcəyi və dünya iqtisadiyyatına hansı formada təsir göstərəcəyi hazırda əsas müzakirə mövzularından birini təşkil edir. İndi ekspertlərin böyük əksəriyyəti bu qənaətdədir ki, enerji resurslarının qiymətinə iqlim amili daha çox təsir edir və qiymətlərin yüksəlməsinə səbəb olur.  

"Saxo Bank"ın investisiyalar üzrə direktoru Stiv Yakobsen məsələ ilə bağlı bildirir ki, soyuq qış proqnozları özünü doğrultsa, qaz və neft qiymətləri bu qış yeni pik hədlərə çata bilər. Belə olan halda dünyada enerji böhranı pik həddinə çatacaq: "Düşünürəm ki, bu qış biz enerji böhranının pik nöqtəsini görəcəyik. 1973-cü ildən bəri belə bir şey görməmişik. Lakin bu il, bu qış biz enerji böhranının pik nöqtəsini görəcəyik". O bunun fonunda neftin də bahalaşacağını düşünür: "2022-ci ilin ilk rübündə neftin qiymətinin 100 dollardan yuxarı olduğunu görsək, təəccüblənmərəm". Eyni zamanda, Yakobsen hesab edir ki, pik həddi keçdikdən sonra enerji böhranı 2022-ci ildə başa çatacaq: "Təbii ki, mən meteoroloq deyiləm, lakin atmosferin yuxarı təbəqələrinin soyuma sürəti ilə bağlı əsas uzunmüddətli proqnozlara nəzər salsaq, qışın çox soyuq keçəcəyi ehtimalı olduqca yüksəkdir. Bunu eşitdiyim meteoroloji araşdırmalara əsasən deyirəm. Belə olan halda təbii qaz, neft və maye qazın qiymətləri artacaq, çünki ehtiyat həcmlərinin səviyyəsi aşağıdır. Bu bir növ ideal fırtınadır. Yəni ehtiyat həcmləri azdır və havalar da soyuqdur, bununla belə, qiymətlər də yüksəkdir. Onlar hara gedə bilər? Təbii ki, daha yuxarı". "Saxo Bank" ekspertinin fikrincə, qazın qiymətinin dəyişkənliyindəki mövcud pauza müvəqqəti xarakter daşıyır: "Biz həm Asiyada, həm də Amerika və Avropada bahalaşma perspektivini görürük".

Baş verənlər enerji məhsullarının ixracatçısı kimi Azərbaycanda da diqqətlə izlənilir. Bu fonda qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində ölkəmizin dünya bazarında satdığı “Azeri Light” markalı neftin 1 barrelinin orta qiyməti 70 ABŞ dollarına yaxın olub ki, bu da illik müqayisədə 60 faizə qədər artım deməkdir. Neftin satış qiymətləri Azərbaycana cari ilin ötən dövründə proqnozlaşdırıldığından daha çox valyutanın daxil olmasına səbəb olub. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 11,2 milyard dollar dəyərində xam neft və xam neft məhsulları ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32,4 faiz artıb, həcm ifadəsində isə 8,5 faiz azalıb. Təbii qazın satış qiymətləri də bu il ərzində yüksələn xətt üzrə inkişaf edib və Azərbaycana daxil olan xarici valyutanın həcminin artımına əhəmiyyətli dərəcədə təsir göstərib. Cari ilin ilk üç rübündə Azərbaycandan ümumilikdə 14 milyard 927,1 milyon kubmetr qaz ixrac edilib. İxracın dəyəri 2 milyard 951,4 milyon dollar təşkil edib. Bu rəqəm proqnozlaşdırılığından çoxdur. Dünya bazarlarında təbii qazın bahalaşması fonunda Azərbaycanın bu məhsulun satışından əldə etdiyi gəlirlərin, eləcə də ölkəyə daxil olan valyutanın miqdarı daha da artacaq. Enerji resursları ilə yanaşı, qeyri-neft sektoru üzrə də ixrac artımı Azərbaycana daxil olan valyutanın həcmini yüksəldən əsas mənbələr sırasında yer alır. 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı qeyri-neft sektoru üzrə 2,05 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 milyon dollar və ya 42 faiz artıb. Cari ilin sonuna kimi qeyri-neft ixracının həcminin 2,4 milyard dolları keçməsi gözlənilir. Yüksək enerji qiymətləri, qeyri-neft sektoru üzrə ixracda artım xarici ticarətdə müsbət saldo göstəricisinin kəskin şəkildə yüksəlməsi ilə müşayiət edilir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard 183 milyon dollara çatıb. Bu, illik ifadədə 24,7 faiz çoxdur. 2021-ci ilin ilk on ayında ixrac 16,8 milyard dollar, idxal isə 9,3 milyard dollar təşkil edib. İllik müqayisədə Azərbaycanın ixracı 37,7 faiz, idxalı isə 6,5 faiz artıb. Nəticədə, hesabat dövründə 7,5 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu vəziyyətdə ölkəmizin strateji valyuta ehtiyatları cari ilin ötən dövründə əhəmiyyətli dərəcədə artaraq 53,5 milyard ABŞ dollarına çatıb, proqnozu üstələyərək ümumi daxili məhsulun 113 faizini təşkil edib. Qarşıdakı müddətdə artımın davam edəcəyi proqnozlaşdırılır və burada Azərbaycanın dünya bazarlarında satdığı enerji resursları yenə mühüm rol oynayacaq.  Bu vəziyyətdə o da məlum olub ki, dünya hələ qarşıdakı onilliklər ərzində ənənəvi enerji resurslarından geniş istifadəni davam etdirəcək. Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinə görə, 2050-ci ilədək karbon emissiyasını sıfırlamaqla bağlı inkişaf etmiş ölkələrdə qarşıya qoyulmuş hədəfə çatmaq üçün 2030-ci ilədək neft istehlakı 29 faiz, qaz istehlakı da 10 faiz ixtisar edilməli, daha sonra isə kəskin azaldılmalıdır. Amma “Saxo Bank” proqnozlaşdırır ki, gələn ildə dünya üzrə ərzaq və enerji daşıyıcılarının bahalaşması nəticəsində meydana gələn inflyasiya və sosial gərginliyin öhdəsindən gəlmək üçün yeraltı yanacağa sərmayələri dəstəkləmək xətti tutula bilər: “Yeraltı yanacaqdan imtina etmək planını təxirə salmalıyıq. Xammalın bahalaşmasından doğan inflyasiya təhlükəsini, həmçinin yaşıl enerjiyə keçmək üçün reallıqdan uzaq vaxt təyin olunması üzündən “iqtisadi lokomotiv”in qəzası ehtimalını nəzərə alan əsas qurumlar iqlimlə bağlı qarşıya qoyulan hədəfləri kənara qoyacaq. Onlar əlverişli qiymətə lazımi miqdarda ehtiyatları təmin etməyə daha çox diqqət edəcəklər”. Bu da neft və qaza yüksək tələbin qalmasını şərtləndirəcək.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ