şənbə günü, 31 oktyabr 2026
     

Dünya qida sənayesində qənnadı məmulatları: şokolad və karamel istehsalı

Image


Vaxt vardı Azərbaycanda Moskva konfetlərini əldə etmək prestij sayılırdı. Yerli istehsal bərbad vəziyyətdə olduğundan, Moskvanın "Babayevski" qənnadı fabrikinin istehsalı olan "Mişka kosolapıy", "Krasnıy mak", "Beloçka" şokoladları, "Meçta", "Snejok", "Raçki" karamelləri əldən-ələ çatmırdı. Bu məhsulların alveri ilə məşğul olanlar isə hətta ölkəyə Polşadan belə qənnadı məhsulları gətirib satmaqla həm ölkədə bu sahədə olan boşluğu, həm də ciblərini doldururdular.
Yəqin orta nəslin nümayəndələri xatırlayır ki, Bakı Dəmir Yolu Vağzalında Moskvadan gələn qatar necə qələbəliklə qarşılanırdı. Bu adamların çoxu isə yaxınını qarşılamağa deyil, "moskovski" şokolad almağa gələnlər olurdu. Məsələ burasındadır ki, ölkədə övladına nişan aparan, toya hazırlaşan hər kəs ya xərc çəkib özü konfet üçün Moskvaya getməli, ya da Bakı-Moskva qatarlarında işləyən bələdçilərin bu istiqamətdə xidmətindən yararlanmalı olurdu ki, bu da həm xeyli zaman alırdı, həm də ən əsası, bu şirniyyat ona dəfələrlə baha qiymətə başa gəlirdi. Bu vəziyyət möhtəkirlərə qazanc üçün geniş şərait yaratdığından, onların biznesi çiçəklənir, sıravi əhali isə əziyyət çəkməkdə davam edirdi. Bu hal uzun müddət davam etdi. Ta ki, ölkədə yeni "ulduz" parlayana kimi... Üfüqdə parlayan o yeni "ulduz" isə "Ulduz" Şokolad və Qənnadı Fabriki idi.
2001-ci ildə fəaliyyətə başlaması ilə respublikanın iqtisadiyyatında yeyinti və qənnadı sənayesinin inkişafına təkan verən "Ulduz" Şokolad Fabrikinin məhsulları çox keçmədən bu sahədəki boşluğu doldurmağı bacardı. Tezliklə "Xonça"sı xonçalar bəzəyinə, "Tanqo"su şipşirin həyat ritminə çevrilən Fabrik çeşidlərini artırdıqca ona olan tələbat da artmağa başladı və beləliklə yerli şokolad istehsalımız özünün inkişaf yoluna qədəm qoydu. Bəs şokolad nədir və onun yaranma tarixi barədə nə bilirik?
Kakao yağından hazırlanan bu konditer məhsulunun vətəni Mərkəzi və Cənubi Amerika sayılır. Bu məhsulun 3000 il yaşı olduğu güman edilir. Eramızdan təxminən 1500 il əvvəl Meksika Körfəzi sahillərində yaşamış sivilizasiyanın mədəniyyətindən bizə çox cüzi məqamlar gəlib çatsa da, "kakao" sözünün məhz onlar tərəfindən "kakava" kimi tələffüz edilərək meydana gəldiyi ehtimal edilir. Olmeklər adlanan bu sivilizasiyadan sonra meydana gələn yeni sivilizasiyanın nümayəndələri isə mayyalar hesab olunur. Kakao adlanan ağacdan ilk istifadə də məhz bu sivilizasiyanın adı ilə bağlanır. Bu tayfalar həmin ağacı müqəddəs sayır, hətta onun allahının da olduğuna inanırdılar. Elə bu inancla da onlar bu bitkinin artırılmasına xüsusi səy göstərdilər. Nəticədə bizim eranın 600-cü ilinə qədər artıq həmin tayfalar bu ağacın bizə məlum olan ən böyük plantasiyasını yaratdılar. Mayyalar üçün şokolad həm də təntənə içkisi idi.
Bizim eranın IX əsrindən sonra mayyalıların klassik mədəniyyəti məhv olmağa başladı. Eramızın 1000-ci ilində mayyaların yerinə tolteklər gəlsə də, daxili çəkişmələr onların təşəkkül tapmasına imkan vermədi və 1200-cü ildən sonra Meksika və onun ətrafı asteklərin əlinə keçdi. Asteklərin sivilizasiyası ispanlar həmin əraziləri zəbt edənə qədər - 1521-ci ilə kimi yaşadı. Məhz asteklər şokolad içkisinin yayılmasında əhəmiyyətli rol oynadılar. Onların inancına görə, kakao bitkisi onlara cənnətdən göndərilmişdi və bu ağac güc və mərdlik mənbəyi idi. Ehtimal ki, müasir təbabətin də təsdiqlədiyi şokoladın insan əhvalını yüksəltmə özəlliyi də burada öz sözünü deyirdi və inanclı insanlar məhz bu özəlliyi ilahi qüvvə ilə əlaqələndirirdilər. Vaxtilə mayyaların "xocolati" adlandırdığı şokoladdan hazırlanmış içkini asteklər "cacahuati" adlandırmağa başladı ki, bu da "acı su" anlamına gəlirdi.
Daha bir mənbə məşhur səyyah Xristofor Kolumbun kakao paxlalarını kral Ferdinanda özünün Yeni Dünyaya dördüncü səfərində gətirdiyini yazır. Lakin Avropada bu bitkinin dərk olunması 100 il çəkir. Kolumbdan sonrakı yüzillikdə bu içki hər kəsin özünə rəva görə bilməyəcəyi bir qiymətə satılır və ondan çox varlı elitar insanlar istifadə edir. XVI əsrdə ispan tarixçisi Oviedo bu barədə yazır":Onu içməyi yalnız çox varlı insanlar özünə rəva görərdi, çünki onu içmək pulu içmək kimi bir şey idi. Həmin vaxt 100 kakao toxumuna bir kölə almaq olardı".
Zaman keçdikcə məşhurlaşan şokoladın "yeyilə bilmə" dövrü isə XVII əsrin sonlarına təsadüf edir. Belə ki, 1674-cü ildə şokoladdan müxtəlif konditer məhsullarının hazırlanmasında istifadə olunmağa başlandı.
Avropaya aparıldıqda kakao ilk əvvəl kilsəyə və kral sarayına daxil olur. Sonradan "ksokolati" İspaniya hüdudlarını aşaraq Avropanın digər ölkələrinə ayaq açır. Bu əvəzsiz bitkinin dəyərini öyrənən alman imperatoru V Karl onun üzərində monopoliya elan edir. Lakin qaçaqmalçılıq yolu ilə bu məhsul XVII əsrdə Niderlanda gəlib çatır. Şokoladın hazırlanması üçün ilk lisenziya almaq şansı italyanlara nəsib olub. Daha sonra - XIX əsrdə ilk dəfə olaraq şokolad plitələri yaradılır. İçərisi doldurulmuş ilk konfetin yaradıcısı isə Жan Neaus olub.
XIX əsrin əvvəllərində isti şokolad apteklərdə güc və gümrahlıq preparatı kimi satılırdı. Əslində şokoladın ovqat yüksəltmə səbəbi indiyə qədər tam aydınlaşdırılmayıb. Bir fakt dəqiqdir ki, şokolad yeyilərkən orqanizmdə həzz hormonları artır. Məhz bu məziyyətinə görə də uzun illər bu bitkinin ilahi qüvvələrə bağlılığı ehtimallar sırasında yer alıb.
Şokoladın sivil dünyada yüksəliş dövrü XVII əsrə təsadüf edir. Həmin dövrdə mədəniyyətlərin inkişafı ilə bu unikal məhsulun istehsalı və istehlakı da irəliləyiş dövrünə qədəm qoyur. Lakin yalnız tropik ölkələrdə yetişməsi səbəbindən bu məhsulu əldə etmək hər ölkə üçün əlçatan olmayıb. Digər tərəfdən istehsal imkanları da məhdud olub. O üzdən ünlü şokolad istehsalçılarının ixrac etdiyi məhsul nə qədər baha başa gəlsə də, hər zaman ona tələbat olub. Yeri gəlmişkən qeyd edək ki, hazırda bu məhsulun vətəni sayılan Latın Amerikası ölkələrində Ebola virusu yayıldığından, sözügedən məhsulun alınmasında yenidən problem yaşanır.
Dünyada şokolad istehsalının genişlənməsi isə XIX əsrə təsadüf edir. Həmin yüzilliyin əvvəllərindən bir çox ölkələrdə şokolad fabriklərinin əsası qoyulub. Elə yazının əvvəlində adını çəkdiyimiz Rusiyanın brend şokolad istehsalçısı "Babayevski" fabriki də həmin dövrdə - 1804-cü ildə Abrikosovlar ailəsinin şəxsi konditer sexi kimi fəaliyyətə başlayıb. Niyyəti sadəcə ailəsini dolandırmaq olan Stepan Nikolayev bu işə başlayanda yəqin ağlına də gəlməzdi ki, əsasını qoyduğu bu biznes çiçəklənərək günümüzə qədər gəlib çatacaq.
1845-ci ildə İsveçrədə David Şvarts və oğlu Rudolf Ammanın kiçik konditer mağazası fəaliyyətə başlayır. Sonradan atadan oğula qalan biznes genişləndirilərək 1899-cu ildə yeni fabrik inşa edilir. 1920-1945-ci illər arasında fabrikin işində kəskin geriləmə yaşanır, üstəlik İkinci Dünya müharibəsi nəticəsində kakao və şəkər importunun məhdudlaşması fabrikin işinə təsirsiz ötüşmür. Lakin fabrik toparlanmağı bacarır. Bu gün İsveçrə beynəlxalq şokolad bazarında ən iri şokolad istehsalçısı kimi mövqeyini qoruyub saxlayır.
1852-ci ildə isə ünlü Amerika brendi olan "Ghirardelli" şirkətinin əsası qoyulub və 150 ildən artıqdır ki, sözügedən şirkət bazarda öz mövqeyini qoruyur. Daha sonra - 1867-ci ildə Moskva çayının sahillərində alman əsilli Teodor Ferdinand fon Eynem və kompanyonu Yulius Hoys sonradan "Krasnıy Oktyabr" adını alan məşhur Eynem şirkətini təsis edir. Oktyabr inqilabından sonra fabrik milliləşir.1918-ci ildə 1 saylı dövlət Konditer Fabriki, 1922-ci ildə isə "Krasnıy Oktyabr" adlandırılır.
1870-ci ildə alman biznesmen Teodor Ricer Riqa şəhərində ilk kondater fabrikinin əsasını qoyur və onu öz adı ilə adlandırır. İstehsal etdiyi məhsullarla tezliklə Baltikyanı ölkələrdə və Rusiyada liderliyi ələ alan kompaniya sonradan "Laima" adını alır. Özünün yüksək keyfiyyətli məhsulları ilə bazardakı mövqeyini on illər sonra da əldən verməyən şirkət 2003-cü ildə Özbəkistan konditer fabriki ilə birləşərək "Laymaz" Latviya - Özbəkistan birgə müəssisəsi yaradılır.
1891-ci ildə Karl Fazer Helsinkidə ilk rus-fransız birgə konditer müəssisəsini yaradır. 1886-cı ildə Rusiya İmperiyasında qabaqcıl konditer diplomuna layiq görülən bu gənc öz şəxsi biznesini yaratmağı düşünür və 1894-cü ildə artıq onun adını daşıyan "Karl Fazer" konditer markasının meydana çıxmasına nail olur. Maraqlıdır ki, bu marka bu gün də özünün təbii südlə hazırlanan şokoladları ilə irəlidədir...
Dünya şokolad və qənnadı məhsulları tarixində belə tarixçələr çoxdur. Bu gün Azərbaycanın yerli qənnadı istehsalında inamla irəliləyən "Ulduz" Şokolad Fabriki də artıq 10 ildən çoxdur özünün tarixini yazmaqla məşğuldur. 2001-ci ildə fəaliyyətə başlaması ilə ölkə iqtisadiyyatının qənnadı məhsulları sektorunun inkişafına təkan verən bu fabrik öz gəlişi ilə süfrələrimizə yeni dad, vitrinlərimizə rəngarənglik gətirdi. Sevindirici haldır ki, bazara girər-girməz müxtəlif beynəlxalq festivalların iştirakçısına çevrilən "Ulduz" Şokolad Fabriki bu festivallarda fərqlənməyi bacarıb. Elə 2009-cu ildə Rusiya Federasiyasının paytaxtı Moskvada "Prodekspo" sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında məhsulları yüksək qiymətləndirilən "Ulduz" Şokolad Fabrikinin müsabiqənin qızıl medalına layiq görülməsi onun az zamanda çox şeyə nail olmasının bariz göstəricisidir. Nəzərə alınsa ki, bu ölkənin, artıq yuxarıda sadaladığımız faktlardan da gördüyümüz kimi, əsrlərdən gələn qənnadıçılıq ənənəsi var, belə bir ödülə Moskvada layiq görülməsi Fabrikin aktivinə yazılan ən böyük nailiyyətlərdən sayılmalıdır. Ötən illər ərzində bir çox beynəlxalq sərgi və konfranslarda iştirak edən fabrikin məhsullarının yüksək qiymətləndirilməsi onun Rusiya, Türkiyə, Almaniya, Hollandiya, BƏƏ kimi ölkələrdə populyarlaşmasına, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalamasına gətirib ki, bu da ümumən ölkənin beynəlxalq arenada imicinin yüksəlməsində "Ulduz" Şokolad Fabrikinin xidmətlərinin dəyərləndirilməsinə ciddi əsaslar verir. 2014-cü ilin 15-18 sentyabr tarixlərində isə Fabrik daha iki beynəlxalq sərgidə iştirak edərək ölkəmizi layiqincə təmsil edib ki, bunlardan biri Moskvada keçirilmiş "World Food Moskow 2014", digəri isə Tehranda baş tutan "13th İran İnternational Confektionery Fair" sərgiləri olub.
Bu gün "Ulduz" Şokolad Fabriki özünün istər istehsalını, istərsə də məhsullarının çeşidlərini artırmaqla həm də keyfiyyətin daim yüksək olmasını hədəfləyir və bu yolda inamla irəliləməkdədir. Heç şübhə yoxdur ki, zaman gələcək, bu gün əsrlərlə yaşı olan brend şirkətlərdən danışdığımız kimi, "Ulduz" Şokolad Fabrikindən də danışılacaq. O tarixi isə bu gün bu Fabrik artıq gördüyü işlərlə yazmaqdadır.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Mətbuat Şurası və "Ulduz" Şokolad Fabrikinin "Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru" mövzusundakı müsabiqəsinə təqdim olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ