Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Azərbaycanda gimnastikanın inkişafına və bütün uğurlara Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın siyasəti sayəsində nail olunub” – UEG prezidenti

Image


Azərbaycanda gimnastikanın inkişafına və bütün uğurlara Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyevanın siyasəti sayəsində nail olunub. Bunu Trend-ə müsahibəsində Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov deyib.

F.Qayıbov bildirib ki, rəhbər Federasiyanın necə işləyəcəyini, onun siyasətini və nə etmək lazım olduğunu müəyyən edir: "Şükür Allaha ki, Azərbaycan Gimnastika Federasiyasının bu cür prezidenti var, hər kəs belə rəhbər arzulayır. Azərbaycanda gimnastikanın inkişafına və bütün uğurlara Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın siyasəti sayəsində əldə olunub. AGF-nin Azərbaycanda gimnastikanın inkişafı üçün nələr etdiyini və Federasiyanın son 16 il ərzində hansı işlər gördüyünü bilirəm. Bu gün heç bir yerdə Azərbaycanda olan gimnastika arenası kimi arena yoxdur. Bu arenada istənilən vaxt istənilən yarışı keçirmək mümkündür. 2019-cu ildə Bakıda gimnastika növləri üzrə yarışların çox yüksək səviyyədə təşkil olunacağına şübhə etmirəm”.

UEG prezidenti qeyd edib ki, AGF sabit şəkildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ən yaxşı federasiyaları reytinqinə daxil olur:

“Bir neçə il əvvəl Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə komitəsi ən fəal federasiyaların mükafatlandırılması barədə qərar qəbul edib. Fəal federasiyalar FIG-in tədbirlərini keçirən, dünya çempionatlarında iştirak edən, beynəlxalq turnirlər üçün iştirak ərizələrini vaxtında göndərən və s. federasiyalar hesab olunur. Bu bəndlərin hər birinə görə xal toplanır, sonra xallar hesablanır. Bu reytinq tərtib edildiyi gündən AGF həmin siyahıda yer alıb, 2017-ci ildə isə FIG reytinqinə liderlik edib. 148 federasiya arasında birinci olmaq böyük nailiyyətdir. Bu, aparılan işlərin göstəricisidir”.

İlin yekunları

F.Qayıbov vurğulayıb ki, 2018-ci il Avropa Gimnastika İttifaqı üçün uğurlu və dolğun il olub. Çoxsaylı çempionatlarla yanaşı, digər tədbirlər, o cümlədən gimnastika festivalları keçirilib:

“UEG-yə 8 gimnastika növü daxildir və onların bir çoxu üzrə Avropa çempionatları keçirilib. Cari ilin avqustunda Qlazqoda keçirilmiş Avropa çempionatını qeyd etmək istərdim. Bu xüsusi layihə çərçivəsində ilk dəfə 7 növün daxil olduğu multiidman yarışları keçirildi. Bu, o cümlədən televiziya tamaşaçıları üçün çox maraqlı layihə oldu, çünki onlar eyni vaxtda bir neçə Avropa çempionatını izləyə bildilər. Bizim üçün çempionat onunla əlamətdar oldu ki, idman gimnastikası yarışlarını xeyli sayda tamaşaçı izlədi, televiziyadan çox gözəl rəylər alındı, tribunalar doldu. Tədbir özü çox yüksək səviyyədə təşkil olunmuşdu.

Bundan başqa, Lyej şəhərində “Eurogym” gimnastika festivalı keçirildi. Bu tədbiri Belçika Kraliçası Matilda da izləmişdi. Bu cür ali qonaqları görmək çox xoşdur. Həmçinin daha bir maraqlı festival – iki ildən bir təşkil olunan və 55-dən çox yaşı olan keçmiş gimnastların iştirak etdiyi “Golden Age” festivalı baş tutdu. Bu il tədbir İtaliyanın Pezaro şəhərində keçirildi. Burada ab-hava son dərəcə möhtəşəm idi, bir neçə gün ərzində iştirakçılar öz bacarıqlarını nümayiş etdirdilər”.

Onun sözlərinə görə, təbii ki, il ərzində Avropa Gimnastika İttifaqının iclasları – Prezident komissiyasının, İcraiyyə komitəsinin iclasları, texniki komitələrin prezidentləri ilə müşavirələr keçirilir: “Adətən, bütün tədbirlər Lozannada, mənzil-qərargahımızda təşkil edilir, amma bu dəfə biz FIG-in səfər iclasları nümunəsinə riayət etdik və toplantını Makedoniyanın paytaxtı Skopyedə keçirdik. Bundan başqa, tədbirə keçmiş Yuqoslaviya respublikalarının, həmçinin Albaniyanın nümayəndələri dəvət olunmuşdu. Bizim onlarla söhbət etmək və regionun problemlərini öyrənmək imkanımız oldu".

Avropa Gimnastika İttifaqının prezidenti xatırladıb ki, dekabrın 2-3-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi təşkil edildi, növbəti gün isə UEG Bakıda ilin son iclasını – ilin yekunlarının müzakirə olunduğu Prezident komissiyasının müşavirəsini keçirdi.

F.Qayıbov FIG-in İcraiyyə komitəsinin üzvü kimi Beynəlxalq Gimnastika Federasiyasının iclaslarında da iştirak etdiyini bildirib: “Mən bu iclaslarda da olmuşam, bundan başqa, Olimpiya idman növləri üzrə dünya çempionatlarında iştirak etmişəm. 2018-ci ildə, həmçinin Avropa gimnastika federasiyalarının və digər beynəlxalq idman təşkilatlarının dəvəti ilə müxtəlif tədbirlərə qatılmışam”.

2019-cu il üçün tədbirlərin təqvimi çox zəngindir

UEG prezidentinin sözlərinə görə, bu il Avropada gimnastika üzrə bütün yarışlar başa çatıb, artıq Avropa Gimnastika İttifaqı gələn ilə hazırlaşır və qarşıdakı tədbirlərin təqvimi çox zəngindir:

“Əgər bu il batut gimnastikası üzrə Avropa çempionatı oldusa, gələn il aerobika və akrobatika gimnastikası üzrə Avropa çempionatları keçiriləcək. Aerobika gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları Bakıda, akrobatika gimnastikası üzrə Avropa çempionatı isə İsrailin Holon şəhərində keçiriləcək. Həmçinin Polşanın Şetsin şəhərində idman gimnastikası üzrə Avropa çempionatı təşkil ediləcək. Avropa çempionatları ilə yanaşı, iki böyük tədbir – Bakıda Avropa Gənclər Olimpiya Festivalı və Minskdə II Avropa Oyunları keçiriləcək”.

F.Qayıbov əlavə edib ki, 2019-cu ildə Moskvada ilk dəfə gənclər arasında bədii gimnastika üzrə dünya çempionatı, Macarıstanın Dyor şəhərində isə idman gimnastikası üzrə dünya çempionatı keçiriləcək:

“Artıq təsnifat başlayıb, Sofiyadakı dünya çempionatında 3 bədii gimnastika komandası, Dohadakı dünya çempionatında isə 3 idman gimnastikası komandası 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İlk təsnifat xarakterli Dünya Kuboku Almaniyanın Kotbus şəhərində keçirildi. Fevral ayından Dünya kuboklarına start verilir, burada idmançılar lisenziyalar uğrunda mübarizə aparacaq, daha sonra lisenziya xarakterli dünya çempionatları təşkil ediləcək. 2020-ci ildə lisenziya xarakterli qitə çempionatı da keçiriləcək. Bu, ilk dəfə olacaq, əvvəllər tamamilə fərqli qaydalar idi. Təbii ki, həm idmançılar, həm də məşqçilər arasında gərginlik artır. Gələn il yarışlarda iştirakçıların sayı artacaq, çünki bu, lisenziyalar uğrunda mübarizədir”.

UEG-nin planları barədə

F.Qayıbov deyib ki, UEG bir sıra tərəfdaşlarla – “SmartScoring” skorinq şirkəti, “Janssen-Fritsen”, “Spieth Gymnastics”, “Gymnova” və “Eurotramp” gimnastika alətləri istehsalçıları - əməkdaşlıq edərək mühüm layihələr həyata keçirir:

“İlin əvvəlində UEG-in İcraiyyə komitəsinin iclasında inkişaf proqramı barədə qərar qəbul olunub. Tərəfdaşlarımız sayəsində artıq bu il bir çox ölkələr gimnastika alətləri əldə ediblər. Həmçinin tədris proqramını elan etmişik. Biz bütün çempionatların müəyyən standartlara cavab verərək eyni səviyyədə keçirilməsinə nail olduq. Gimnastikada xalların sayılması mürəkkəb prosesdir və “SmartScoring”dən olan tərəfdaşlarımız təşkilatçılara ciddi kömək göstərir.

Bununla yanaşı, biz televiziyada yayımlanmayan, lakin azarkeşlər üçün maraqlı olan təsnifat xarakterli yarışları internetdə canlı yayımlayırıq. Beləliklə, tamaşaçılar yarışları izləmək, eyni vaxtda idmançıların nəticələrini görmək və şərh etmək imkanı əldə edirlər. Kifayət qədər maraqlı resurs ortaya çıxıb. Biz Avropa Yayım İttifaqı ilə də sıx əməkdaşlıq edirik”.

O əlavə edib ki, bütün Avropa çempionatlarının öz maskotunun olması barədə də qərar qəbul edilib: "Ümid edirik ki, bu, çempionatlara müəyyən populyarlıq gətirəcək və beləliklə, tribunalara daha çox tamaşaçı cəlb ediləcək".

Avropa Gimnastika İttifaqının prezidenti bildirib ki, bundan başqa, UEG federasiyalara həm tədbirlərin təşkili, həm də inkişaf üzrə hər cür kömək göstərməyə çalışır: “Biz bütün gimnastika növləri üzrə seminarlar, treninqlər, hakimlərə qaydalara edilmiş dəyişikliklərin izah olunduğu kurslar təşkil edirik. UEG kifayət qədər böyük həcmdə işlər görür və əlbəttə ki, biz qaliblər və medalçılar arasında çox sayda avropalı idmançıları gördüyümüz üçün nəticədən məmnunuq”.

Bakıya 2019-cu ilin qitə çempionatlarını keçirmək etibar edilib

UEG-nin İcraiyyə komitəsinin 2019-cu ildə bədii gimnastika və aerobika gimnastikası üzrə qitə çempionatlarının ardıcıl olaraq iki həftə ərzində Bakıda keçirilməsi barədə qərarından bəhs edən F.Qayıbov bildirib ki, indi bu cür yanaşma çox populyardır:

“Buna yaxşı nümunə Qlazqodur. Tendensiya belədir – idman növləri arasında hansı tədbirin daha yaxşı olacağı ilə bağlı mübarizə gedir. Qlazqodakı çempionatın televiziya göstəriciləri nümayiş etdirir ki, bu, mükəmməl və vaxtında həyata keçirildi, digər böyük idman tədbirlərinə mane olmadı. Biz Qlazqoda layihənin bir hissəsi idik, indi isə bu təcrübədən özümüz istifadə etməliyik. Bakıda Olimpiya və qeyri-olimpiya gimnastika növlərinin tandemi olacaq, bir neçə gün ərzində tamaşaçılar hər iki növü izləyə biləcəklər. Biz gimnastika bayramı təşkil etməyə çalışırıq. Bu, yenilik etmək cəhdidir. Biz artıq müraciətlər almışıq – bu, eyni vaxtda iki-üç çempionat keçirmək istəyən federasiyalardan daxil olan müraciətlərdir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ