Bazar günü günü, 11 oktyabr 2026
     

“Yaşar məndən sonra adım, soyadım”: Tanrının ilhamlı şairi, istedadlı alimi Xaqani Qayıblının fikir və sənət aləmi

Image


Tarix boyu dünyanın böyük bir qisminə, üç qitəyə hökm etmiş türk insanının gücü yalnız onun silahında, hərb sənətində, döyüşçü ruhunda olmamış, görkəmli avrasiyaçı rus alimi Nikolay Trubetskoyun dediyi kimi türkün daxilində olan və fəth etdiyi xalqlara sevgi, şəfqət, ədalət, rifah, barış gətirən xüsusi daxili fəlsəfi sistemdən qaynaqlanmışdır. Bu daxili fəlsəfi sistem insan qəlbinə sirayət etmiş, tükün daxilində irfani-ekzistensial ikiləşmə, daxili-təhtəlşüur və zahiri varlıqlara parçalanma baş vermişdir. Dahi Yunus İmrənin dediyi kimi, "Məni məndə demən, mən də deyilim, Bir mən vardır məndə, məndən içəri". Bu fəlsəfi-psixoloji hal insanın özündən və mühitindən təcridlənməsinə, qəriblik duyğusunun baş qaldırmasına səbəb olmuşdur. Sovet dövlətində yüz minlərlə türk-müsəlmanların doğma yurdlarından deportasiyası bu faciəvi duyğunu daha da dərinləşdirmişdir.

Buna görə də türk fəlsəfəsində, folklorunda, ədəbiyyatında ikili rəmzi obraz – qərib obrazı meydana çıxmışdır. Heç bir məqamda yeri olmayan sakral obraz. Bu mövzu milli ədəbiyyatımızda bir çox tarixi, sosial, siyasi amillərlə bağlı daha da aktuallaşmışdır. Mənəvi-fəlsəfi qəribliklə bərabər sosial-siyasi mühacir qəribliyi aktuallaşmışdır. XIX yüzilliyin əvvəllərindən başlayaraq, əsarəti qəbul etməyən türk soylara, ilk növbədə qarapapaq-tərəkəmə elatları yurdlarından hicrət etmişlər. Digər böyük mütəfəkkirimiz Əli Bəy Hüseynzadənin söylədiyi kimi, "Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar". Bu tarixi proses sonrakı dövrlərdə də davam etmiş, xüsusən sovet dövründə təhsil və əmək miqrasiyası geniş vüsət almışdır. Keçmiş sovet xalqlarında müstəqillik dövründə də bu miqrasiya prosesi etmiş, ancaq bir qismi Avropa ölkələrinə və Türkiyəyə yönəlmişdir.

Belə bir tale yaşayan dəyərli soydaşımız, eloğlumuz Xaqani Qayıblı məskunlaşdığı Estoniyada yüksək səviyyəli mənsəblərə çatsa da, elmi və ədəbi yaradıcılıq uğurlarına çatsa da, şeirlərində, söhbətlərində səsləndirdiyi kimi, özünü qərib hiss edir və bu qəriblik yanğısını kürəkləyən də məhz ana itkisi, ana həsrətidir. Doğma məskənə türklər Ana yurd deyirlər, ata ilə bağlı isə gəlinin güvəndiyi Ata evi anlayışı mövcuddur. Xaqani Qayıblı əslən Azərbaycanın, Borçalının cəngavər mahalı Qaraçöpdən, Azərbaycan, Gürcüstan və qismən də Dağıstan sınırında yerləşən igidlər oylağı Ləmbəli kəndindəndir. Qaraçöp türk dünyasının unikal məskənlərindəndir. Osmanlı, İran ərazisinin türk sülalələri, Çar, sovet dövründə də qaraçöplülər öz comərd, silahlı həyat tərzlərini yaşamışlar, heç bir hökumətə boyun əyməmişlər.  

Uşaqlıqda Sarvanda yaşlı adamların söhbətlərinə qulaq asmağı xoşlardım və həmin söhbətlərdən bir iki məqam indiyədək yaddaşımdan silinməyib. Biri Qaraçöplə bağlı idi. Bir dəfə Nayvəli soyundan olan babam Məhəmmədin dostları ilə söhbətində qaraçöplülər haqqında onun həmsöhbətlərindən eşitdim ki, onlar "gəbçəklərdəndir". Bunun nə olduğunu soruşsam da ətraflı cavab ala bilmədim, yalnız köhnə türklərdəndir dedilər. Xeyli sonra anladım ki, gəbçək deyəndə qıpçaq nəzərdə tuturlarmış. İkinci söz isə, yenə də bir qocanın kimlərdənsə gileylənərək, "məni mançurtda qoymaq istədilər" ifadəsi idi. Bu sözlə xeyli sonra Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanını oxuyanda rastlaşdım və həmin qocanın "mankurt" nədir sualına sualıma verdiyi "təkləmək" sözü yadıma düşdü.

Bu günlərdə 60 illiyini qeyd edəcəyimiz görkəmli alim, şair, tərcüməçi Xaqani Qayıblı ilə bağlı yazımda bu söhbətlərin nə aidiyyəti var deyənlər ola bilər. Aidiyyəti var, məncə, çünki müşahidələrim göstərir ki, Xaqani bəy doğma ata ocağına bağlı vətənpərvər şair, alimdir, varlığı, fəaliyyəti, yaradıcılığı ilə əsl türk ziyalısıdır. Kökü-soyu Azərbaycanın tarixində iz qoymuş Qayıbovlar nəslindəndir. Dahi Lev Tolstoy 1909-cu ildə bu nəslin nümayəndəsi, Cənubi Qafqaz müsəlman ruhani idarəsinin katibi Abbas Ağa Qayibova Tolstoyun əsərinin tərcüməsinə icazə istəməsi ilə bağlı məktubuna cavab yazaraq, ona təşəkkür edib və razılıq verib. Xaqani bəy də orta məktəbi Ləmbəlidə bitirdikdən sonra orta ixtisas məktəbini Qazaxda fərqlənmə diplomu ilə bitirib. 

Xaqani Qayıblı keçmiş sovetlərdə gənc alimlərin can atdığı, ancaq çoxuna qismət olmayan bir tarixi uğura da imza atıb, Tartu universitetinə qəbul olub. Gənc yaşlarından bədii istedadı aşkarlanan Xaqani bəy 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Maksim Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda isə Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və  Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyanın dünyaca məşhur, strukturalizm və semiotikanın nəinki keçmiş SSRİ-də, beynəlxalq səviyyədə nüfuzlu mərkəzlərindən olan  Tartu Universitetinə göndərilib. Eston dilini mənimsəyən Xaqani bəy Tartu Universitetində məhz eston dilində eyni vaxtda filologiya və jurnalistika fakültələrində təhsil alıb.   

Xaqani bəyin elmi, ədəbi, tərcümə fəaliyyəti də çoxcəhətlidir. Akademik Ago Künnapın elmi rəhbərliyi ilə "Eston və türk dillərində feil quruluşlarının müqayisəsi" adlı elmi işi ərsəyə gətirib. "Türkcə-estonca, estonca-türkcə turist sözlüyü" (2000),  "Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası" (2004), "Estonca-azərbaycanca sözlüyü" (2005) dərc olunub. 

Müxtəlif illərdə 40-dan çox ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin, 5 kitab və 1 monoqrafiyanın müəllifidir. Bir çox beynəlxalq elmi tədbirlərin  məruzəçisi və iştirakçısıdır.

Eston dilinə tərcümə etdiyi əsərlərdən "Danabaş kəndinin əhvalatları" (Cəlil Məmmədquluzadə),  "Kim dedi ki, Simurğ quşu var imiş!" (Kamal Abdulla), "Mən burdayam İlahi" (Vaqif Səmədoğlu), "Dualar qalıcıdır" (Tuna Kiremitçi), "Halarvadı" (Bəhlul Abdullayev), eləcə də redaktoru olduğu bir çox kitablar, o cümlədən, "Türk Dünyası Yer Adları" (1997), "Nağıllar körpüsü" (Baltik xalqları nağılları, 2005), "Çağdaş Seçkin Azerbaycan Şiiri (20. yüzyıl 90`lı yıllar)" (2014) və s. oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Bədii yaradıcılığında poeziya üstünlük təşkil edir. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. "Sənsiz ömrün bir ili" (1999), "Qırx yaşım qırx sözüm" (2004), "Yenə canım söz gəzir" (2014) adlı kitabları dərc olunub. Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib. 

Fəal ictimaiyyətçi və elm təşkilatçısı olan Xaqani Qayıbov 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisi, 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Estoniya-Türkiyə Mədəni Əlaqələr cəmiyyəti  İdarə Heyətinin üzvü; Estoniya Akademik Şərqşünaslar cəmiyyətinin üzvü; Azərbaycan Yazıçılar Birliyinin üzvü; Estoniya Jurnalistlər Akademiyasının üzvü; Estoniya Ana Vətən və Respublikaçılar Birliyi Partiyasının üzvü; Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü və sədr müavini; Tartu Universiteti Türk Dili Mərkəzi "Ərgənəkon" yayınları redaksiya heyətinin sədri; "Ulduz" jurnalı redaksiya heyətinin üzvüdür.

2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Estoniya fəxri vətəndaşı adını alan ilk türkdür.

Bütün bu sadalananlar Azərbaycanın tanınmış alimi, ictimai xadimi, tərcüməçi, dilçi, ədəbiyyatşünas, publisist Xaqani Qayıblının ağır zəhmət, fədakarlıq, bilik və bacarıq, zəhmətkeşlik, əqidəsinə sədaqət, fəal ictimaiyyətçilik sayəsində əldə etdiyi və bir neçə ömrə sığar uğurları, nailiyyətidir. Lakin bunlar eloğlumuzun fəaliyyətinin görünən, zahiri tərəfidir, onun yaradıcılığının mühüm hissəsi şairliyi ilə bağlıdır.

Elmi fəaliyyətinin kifayət qədər sanballı və dəyərli olduğunu qeyd edərək, demək istərdim ki, Xaqani Qayıblı geniş kütlə və dostlarının çoxu üçün ilk növbədə incə təbli və ilhamlı şairdir. Açığını deyim ki, onunla şəxsi münasibətim müasir dövrün ayrılmaz atributu, ünsiyyət və hətta fəaliyyət forması, əminəm ki həm də bədii və elmi yaradıcılıq meydanı və vasitəsi olacaq onlayn məkanda virtual dostluq formasında gerçəkləşib. Qeyd edim ki, şəbəkə dostluğu da özlüyündə bir hadisədir. Eləcə də şəbəkə ədəbiyyatı son dövrlərdə sürətlə inkişaf edir (rus şəbəkə ədəbiyyatı haqqında Rusiyada dərc olunmuş yeganə dərsliyimdən artıq Rusiya universitetlərində dərs keçirlər). 

Xaqani bəy mənim üçün də dəyərli filoloq və həm də şair kimi dərin maraq kəsb edir. Fikrimcə, onun, Yunis İmrə demişkən, içində olan əsl "mən"i məhz şeirlərində aşkarlanır. Bədii yaradıcılığında içindəki qərib aşiqin, söz aşiqinin, fikir aşiqinin, gözəllik aşiqinin mənəvi siması, duyğuları, yaşantıları ifadə edilir. Şair Xaqaninin şeri dünyası sevgi çevrəsində dövr edir – ana sevgisi, yurd sevgisi, vətən sevgisi, insanlıq sevgisi, aşiqanə sevgi. Onun əsərlərində yurd-vətən anadan ayrılmazdır. Ana – şair üçün həyatın, dünyanın, insanlığın, lirik qəhrəmanın ətrafına dolandığı ülvi məhvərdir, həyatın mənası, şairi bu dünyada saxlayan ali qüvvədir:


 Burax məni, gedim, anam,

Bu ömrün anrı üzünə...


Şairin gedəcəyi yollar da fərqlidir, yol var yolçuya tamarzı, yol var yolçudan narazı: Yol var - addıma tamarzı,

Yol var - çox tünlükdü, oğlum.


Lakin lirik qəhrəmanın gedişi qayıtmaz, dönüşü imkansızdır, çünki bu get-gəl onun daxilindədir, içindədir, varlığını saran substansional qüvvədir. Bu mənəvi axtarış, özünüinkar və yenidən özünütəsdiq yoluna qədəm qoyanın dönüşü olmur, "önündə yollar ayrılan" lirik mən qəribliyini məhz buna görə içində duyur, içində yaşayır: Qürbət oldu, mən oldum, // İçimdə payız sevinir. Qəriblik şairin lirik qəhrəmanının mahiyyətinə və əzablı ayrılığa çevrilir:


Baxma, kürəyim qovrular,        

Mən geri dönən deyiləm.


Bu gediş, bu qürbət, bu həsrət şairin duyğularının və onun şeirin mahiyyətindədir, "Dünya duracaq yer deyil, ey can, səfər eylə" deyən  sufi şair Nəsimi gerçəklikdən imtina edir, Xaqani Qayıblının lirik qəhrəmanı isə gerçək həyatın sona çatacağı anı duyur və gözləyir:

 

Və bir gün beləcə çıxıb gedəcəm,

Ürəyin sonuncu qan damlasını –

olub-qopanımı sıxıb gecəm

ağ kağızlara...


Və bir gün bir şeirin son misraları

nöqtələr olacaq... uzun nöqtələr.

Uzana-uzana gedən yolların

son ucu bir qəbir başına gələr,

bir şair şəklinin çərçivəsinə

çəkilər qara!


Bu məqamda ağ rənglə (ağ kağız) qaranın (çəkilər qara) bədii təzadı şeirdəki motivin fəci ovqatını dərinləşdirir, ölüm qaranlığı mətnin pafosunu bədbinləşdirir. Lakin Şair Xaqani Yaqublu bu son anı, ölüm köçünü də maraqlı tərzdə həyat eşqi, yaşamaq ehtirası ilə tarazlayır:

        

Və bir gün bu torpaq açacaq ağzın,

Sərçə balasıdək yumub gözünü

dən istəyəcək.

Bir qarabuğdayı, qaragöz gözəl

yanıb yaxılacaq bir itik üçün

kimisə dərdinə tən istəyəcək.

Pənah gətirəcək hər cümə günü

tənha məzara.


 Ölüm metaforası olan qara torpağın "Sərçə balasıdək yumub gözünü dən istəyən" bir obraza bənzədilməsi poeziyamızda nadir poetik tapıntılardan hesab oluna bilər. Nəhayət, şair öz həyat fəlsəfəsini davam edərək, "nəyim qalacaq!?" sualına cavab axtarır və bu suala sualla da cavab verir:


... Və bir gün, beləcə çıxıb gedəcəm, 

Mənim bu dünyada nəyim qalacaq!?

Bir qarabuğdayı, qaragöz gözəl,

bir də son misrası nöqtələr olan

yarımçıq yazılmış şeirdən özgə.


 "Son misrası nöqtələr olan yarımçıq şeir" mahiyyət etibarilə Xaqani Qayıblının əsas cavabıdır: həyat sonsuz cavabsız suallardan ibarət mübhəm bir məfhumdur və hər şeyə cavabı olan kəslər əslində bəsit təfəkkür sahibləridir. Həyatın mənası, yaşamın mənası bu cavab axtarışının özündən ibarətdir, cavabı tapmaqdan deyil. Cavabsız suallar şairi söz axtarışına çıxarır və bu, daha ağrılı, daha acılı bir durumdur. Həyatın mənası aşkar olmadığı kimi, uyğun sözlər də ilğıma çevrilir:


Bu gecə ürəyim quş ürəyidir –

bir az yuxularım gözümdən qaçıb,

bir az rəngim-ruhum üzümdən qaçıb...

Qaçıram dalınca bir qatar sözün

Bu gecə vaxtında özümdən qaçıb.


Qaçıram, mən sözə çata bilmirəm,

Söz məndən başını götürüb qaçır.

Qaçıram, torpağa dəymir ayağım...


Həyat, ömür, söz, yol, qürbət, qərib konseptlərinin çulğaşması aydın idrak və məntiqli qavrayışı sarsıdır. Şairin təhtəlşüurundakı ulu qaynaqlardan gələn mifopoetik aləm, qeybdən doğan duyumlar, vahiməli səslər və əsatiri obrazlar canlanır. Dini, mifoloji, epik anlayışlar aktuallaşır:


 İçimdə qurd ulayır, gözlərimin dibi boş…

Gözlərimin ağrısı dırnağımın ucunda.

Bu gecə başım üstə bədrlənmiş Ay – sərxoş,

… Bu gecə bir cüt mələk asılacaq saçından.


Təpimiş dodağımın pıçıltısı duyulmaz,

Ulu bir hənirtiylə oxşaram mələkləri.

Mələkləri asan Div yuxusundan ayılmaz…

Mağaranın küncündə şüşə gəzir gözlərim!


Gözlərimin dibi boş… can atıram şüşəyə

Qulağımda Ağatlı bir igidin nərəsi.

Dırnağımın ucundan ağrı ucalır göyə,

İçimdə bir yanğı var – tənha Yalquzaq səsi…

 Lakin son məqamda türk ruhunun əzəli xisləti, babalardan qalan amanat anlayışlar önə çıxır, həyatdan, doğuşdan, ölümdən, varlıqdan, heçlikdən daha üstün, milli varlığımızı müəyyənləşdirən məfhumlar, beləliklə, Aşıq Veysəlin səsləndirdiyi "iki qapı arasında" dövran başa çatır, həyat nurunu, bizə amanat verilmiş anlayışların məsuliyyəti dünyanın sarsılmış tarazlığını bərpa edir. Böyük şairimiz İsa İsmayılzadəyə xitabən yazdığı şeirdə dediyi kimi:


Çox şeyi amanata almışam elə,

Babam qeyrətini amanat verib,

Dağlar heyrətini amanat verib...

Babama, dağlara sədaqət üçün

Mən elə bilirdim ömrüm bəs elər.


Umudu amanat saxlaya bilsəm...

Bu fikir daş olub çiynimi əzir.

Mənim ürəyimin etibarı yox,

Mənim bir umudluq ömrüm nə gəzir?!


Mənim bir umudluq ömrüm nə gəzir?!

İndi hər addıma ömür satındır.

... Bəlkə yaşadığım ömür də elə

kimdənsə aldığım amanatımdır!


... Yaşar məndən sonra adım, soyadım

Ağlar bir ürəyi kiridə bilsəm.

Kimdənsə amanat aldığım ömrü

bir umud yolunda əridə bilsəm. 


Elimizin-obamızın, Qaraçöpümüzün, Borçalımızın, Azərbaycanımızın, türk dünyasının, ulu Turanın ünlü şairi, alimi Xaqani Qayıblıya uzun ömür, onun bu idrak – ümid yoluna nur arzulayıram...

Prof. Dr. Asif Hacılı




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ