Rusiya, ABŞ-ın Avropada raketdən müdafiə sistemləri yerləşdirməsinə, Krıma nüvə başlığı daşıya bilən Tu-22M3 strateji bombardmançı təyyarələri yerləşdirməklə cavab verib. Baki-xeber.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev deyib.
Bondarev bildirib ki, ABŞ-ın Rumıniyaya raket əleyhinə müdafiə sistemləri göndərməsinin ciddi meydan oxuma olduğunu deyib. Senator, Rusiya Müdafiə Nazirliyinin buna cavab olaraq Krımdakı Qvardeyskaya hərbi hava bazasına Tu-22M3 bombardmançılarını göndərdiyini və bu səbəbdən regionda güc balansının ciddi şəkildə dəyişdiyini deyib.
Krıma yerləşdirilən Tu-22M3 bombardmançılarının yaxın bir neçə ildə modernləşdiriləcəyini deyən rus senator, bunun sayəsində Avropanın hər hansı bir nöqtəsində hava və raketdən müdafiə sistemlərinin həhv edilə biləcəyini vurğulayıb.
Bondarev Krımdakı bazada Tu-22M-lərdən başqa, MiQ-29 və Su-27 döyüş təyyarələrinin də olduğunu xatırladıb.