Suriya, ABŞ tərəfindən dəstəklənən “Suriya demokratik qüvvələri”nin (SDQ) İŞİD-lə mübarizədə ələ keçirdiyi bölgələri hökumətin nəzarətinə verməyə çağırıb.
Baki-xeber.com Euronews-a istinadən xəbər verir ki, Suriya rejimi əks təqdirdə sözügedən bölgələrdə öz hakimiyyətini bərpa etmək üçün hərbi əməliyyata başlayacağı ilə bağlı xəbərdarlıq edib.
Suriya müdafiə naziri Əli Abdullah Eyüp, ABŞ və onun müttəfiqlərinin əlində yalnız SDQ kartının qaldığını deyib. Onun sözlərinə görə, Suriya dövləti üçün ortada iki variant var: birincisi, milli razılıq və ya bölgədə nəzarəti ələ almaq üçün gücdən istifadə etmək: “Amerikalılar bölgəni tərk etməlidirlər, artıq çıxırlar”
SDQ əsasən PKK-ya bağlı YPG qüvvələrindən ibarətdir.