Mosul vilayətində İraq ordusu ilə terror təşkilatı PKK arasında toqquşan olub. Baki-xeber.com xəbıər verir ki, toqquşma Suriyadan 4 nəfərin İraq ərazisinə sızmasından sonra baş verib.
Hadisə nəticəsində 2 əsgər həlak olub, 5 terrorçu yaralanıb.
İraq Müdafiə Nazirliyi bildirir ki, ordu əsgərləri Husavik kəndində Suriyadan İraq ərazisinə sızmış şəxsləri mühasirəyə aldığı vaxt PKK-ya bağlı YBŞ (Şenqal müdafiə birliyi) yarqlıları qrupa yardım etmək üçün bölgəyə gəlib. Bu vaxt tərəflər arasında silahlı qarşıdurma yaranıb.