Niderlandın Utrext şəhərində silahlı insident baş verib. Baki-xeber.com xəbər verir ki, silahlı bir şəxsin atəş açması nəticəsində 3 nəfər həlak olub, 6-sı ağır bir neçə nəfər yaralanıb.
Silahlı hücum şəhərdə tramvay xətlərinin birində baş verib. Hadisəni törədən şəxsin qaçdığını açıqlayan polis şəhərin bir neçə yerində atışma səsləri gəldiyini bildirib. Ölkə rəhbərliyi hücumun terror aktı ola biləcəyini açıqlayıb.
Şəhərdə təhlükəsizlik artırılıb, bütün məktəblər bağlanıb, tramvayların hərəkəti dayandırılıb. Ölkə ərazisində hava limanları məktəb və məscidlərdə təhlükəsizlik tədbirləri artırılıb. Şəhərdə silahlı polislər müşahidə edilir.
Hadisədən dərhal sonra Almaniya Niderlandla sərhəddə təhlükəsizlik tədbirləri artırıb.
Utrext şəhər polisi hücumda şübhəli bilinən Gökment Tanis adlı 37 yaşlı türk əsilli Niderland vətəndaşını saxlayıb. Media onun evinə yaxın bir yerdə saxlandığını yazıb.