Sabah Vilnüsdə keçiriləcək NATO sammiti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski daha çox hansı məsələni önə çıxaracağını açıqlayıb. Bu barədə Ukrayna lideri teleqram kanalında videomüraciətində niyyətini bəyan edib. O qeyd edib ki, sammit zamanı Qərb tərəfdaşları ilə Kiyevə silah və hava hücumundan müdafiə vasitələrinin tədarükü məsələsini müzakirə edəcək. "Vilnüsdə müxtəlif səviyyəli ikitərəfli görüşlər planlaşdırılır. Bizim üçün prioritetlər göz qabağındadır - şəhərlərimizi hava hücumundan qorumaq”, - V.Zelenski belə deyib.
Mətləb