Moldova xüsusi xidmət orqanları Rusiya ilə əlaqəli kəşfiyyat şəbəkəsini ifşa edib.
Trend xəbər verir ki, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin (İSS) direktoru Aleksandru Mustyaçe bu barədə məlumat yayıb. A.Mustyaçe bildirib ki, 2020-ci ildən Rusiya vətəndaşları Yuri G. və Vadim İ. moldovalıları casus fəaliyyətinə cəlb ediblər.
Moldova təhlükəsizlik rəsmiləri hesab edir ki, ruslar moldovalı deputatların planları, hakimiyyət haqqında təxribat xarakterli məlumatları toplayıb və sosial şəbəkələrdə kampaniyalar təşkil ediblər.
Qeyd edək ki, iki ölkə arasında gərginlik Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra daha da pisləşib.