Kəskin istilər dünya ölkələrində ciddi problemlər və fövqəladə rejim zərurəti yaradıb. Dünyanın ən böyük əhali sayına sahib olan ölkələrdən biri olan Çində kəskin istilərlə bağlı ölkənin şimal hissəsindəki Hebey vilayətində yenidən ən yuxarı – “qırmızı” səviyyədə xəbərdarlıq elan edilib.
Vilayət hökumətinin məlumatında deyilir ki, meteoroloqlar bu gün üçün havanın temperaturunun 40 dərəcə Seslini ötəcəyini proqnozlaşdırır. Əhaliyə açıq hava fəaliyyətlərini təxirə salmaq, günvurma və istivurma hallarına hazır olmaq tövsiyə edilib.
Vilayətin meteoroloji xidməti cari il ərzində 18 gündə havanın temperaturunun 35 dərəcədən yuxarı olduğunu açıqlayıb. Bu, 1961-ci ildən bəri ən yüksək göstəricidir.
Mətləb