Ukrayna Prezidenti Volodimir Zelenski sabah Vilnüsdə başlayacaq NATO sammiti ilə bağlı konkret və sərt açıqlama ilə çıxış edib. “ABC News”a müsahibəsində V.Zelenski qeyd edib ki, Ukrayna Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrdən Ukraynanın bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir. Ukrayna lideri diqqətə çatdırıb ki, əks halda Ukrayna dövlət başçısı Litvanın paytaxtında görüş üçün heç bir səbəb görmür, çünki o, “əylənmək üçün Vilnüsə getmək istəmir”.
Mətləb