Artıq Avropa qitəsində homoseksuallıq o dərəcədə genişlənib ki, ən yüksək vəzifəli məmurlar və siyasi liderlər öz homoseksuallıqlarını gizlətməkdən “yorularaq”, bunu böyük şəstlə ucadan elan edirlər. Elə yenicə Latviya prezidenti seçilən Edgar Rinkeviç də homoseksuallığını açıq şəkildə elan edən Avropa Birliyinin ilk dövlət başçısı oldu. Şənbə günü andiçmə nitqində Rinkeviç Ukraynanı Rusiya təcavüzünə qarşı müqavimətində dəstəkləməyə davam edəcəyinə söz verdi. Latviyanın xarici siyasətində "səhvlərə vaxt yoxdur" deyərək "sürətli, qətiyyətli və ağıllı"davranacağını söylədi. Rinkeviç də çıxışında gənc latviyalıları bərabərsizliyi "ciddi problem" adlandıraraq "şüşə tavanı qırmağa"çağırdı.
"Cəmiyyətimizdəki sosial boşluq çox böyükdür. Prezidentliyim dövründə mən müasir və güclü Latviyanın yaradılmasını, qanuni və ədalətli Latviyanın, insanların rifahının, inklüziv və hörmətli cəmiyyətin tərəfdarıyam" "Və hamımız birlikdə çalışaraq buna nail ola bilərik"-yeni homoseksual prezident bəyan edib.
Mətləb