Fransada 17 yaşlı Əlcəzair əsilli gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar bitməmiş aralarında siyasi partiyaların da olduğu 90 təşkilat kütləvi aksiyaya başlamaq barədə çağırış edib. Prezident Emmanuel Makronun baş verən hadisələrə görə sosial medianı məəhdudlaşdıra biləcəkləri barədə açıqlaması isə Paris küçələrində ölkədə sərt etirazlarla qarşılanıb.
Fransada vətəndaşların əksəriyyəti Makronun sosial mediaya çıxışı kəsəcəkləri barədə açıqlamasının demokratik ölkələrdə normal sayılmayacağını bildirib və bu vəziyyəti ifadə azadlığına və demokratiyaya zidd hesab etdiklərini bildiriblər.
Fransada aktiv sosial media istifadəçilərindən olan Aya Gade, "Makronun açıqlamalarını ilk eşidəndə dərhal Çin, Rusiya və bəzi Afrika ölkələri ağlıma gəldi" deyib. Gade, Makronun ritorikasını ifadə azadlığı baxımından problemli gördüyünü ifadə edərək, Fransanın birdən-birə insan hüquqlarının məhdudlaşdırıldığı bir ölkəyə çevrildiyini deyib.
Təhlükəsizlik səbəbi ilə adının açıqlanmasını istəməyən əsas mediada çıxış edən bir televiziya aparıcısı da ifadə və mətbuat azadlığının bütün dünyada fundamental hüquq olduğunu bildirib: "İfadə azadlığına mütləq hörmət etməliyik. Hakimiyyətin iğtişaşlar və ya başqa bir səbəbdən sosial mediaya müdaxiləsi təhlükəli görünür”.
Aparıcı hökuməti sosial şəbəkələrdən istifadənin qadağan edilməsində diqqətli olmağa çağırıb: "Deməliyəm ki, mətbuat azadlığı əsasdır. Bu, Cümhuriyyət dəyərlərindən biridir və ləkələnməməli, məhdudlaşdırılmamalıdır. Çünki bu, bütün demokratik ölkələrdə fundamental dəyərdir”.
Digər tərəfdən, bəzi sosial media platformalarının məhdudlaşdırdıqlarını etiraf edən hökumət sözçüsü Olivier Veranın açıqlamaları da sosial mediada səərt reaksiyaya səbəb olub.
“Veran diktaturalarda olduğu kimi sosial şəbəkələri kəsmək üçün qanun çıxarmaqdan danışır” deyə bir Twitter izləyicisi bildirib. Başqa bir istifadəçi isə “asayişi qorumaq üçün sosial şəbəkələrə girişi kəsmək İran və ya Rusiya kimi avtoritar rejimlərin istifadə etdiyi üsuldur” yazıb.
Makron 17 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra etirazların keçirildiyi şəhərlərin bələdiyyə sədrləri ilə Yelisey sarayında görüşündə "işlər yolundan çıxanda sosial media şəbəkələrinə girişi tənzimləmək və ya kəsməyə hazır olmalıyıq" deyib. Hökumət sözçüsü Olivier Veran isə son hadisələr zamanı bəzi sosial media platformalarına müəyyən məhdudiyyətlər gətirdiklərini deyib.
TAHİR