Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan bu dəqiqələrdə keçirdikəri mətbuat konfransında danışıblar. Türkiyə prezidenti taxıl koridorunun davam etdirilməsi üçün geniş müzakirələr apardıqlarını, həm Ukrayna, həm də Rusiya tərəfi ilə bu barədə konkret danışıqların davam etdirildiyini diqqətə çatdırıb. R.T.Ərdoöan qeyd edib ki, taxıl kolidorunun uzunmüddətli olması vacibdir. Çünki bir sıra yoxsul ölkələrin nzəri və ümidləri bu kolidora dikilib Türkiyə Prezidenti bu məsələni gələn ay Rusiya Prezidenti Vladimir Putinlə üz-üzə müzakirə edəcəyini qeyd edib. Ərdoğan həm də Ukraynanın NATO-ya üzv olmağa layiq olduğunu qeyd edib.
Mətləb