Dost Pakistanda təbii fəlakət can almağa davam edir. Belə ki, son iki həftədə musson yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər ölüb. Bu barədə “Dawn” qəzeti Pakistanın Fövqəladə Hallar İdarəsindəki mənbələrə istinadən məlumat yayıb.
“İyunun 25-dən bəri ölkə üzrə ən azı 50 nəfər leysan yağışlarının fəsadlarının qurbanı olub, daha 87 nəfər xəsarət alıb. Ən çox ölənlərin sayı Pəncab əyalətində olub. Burada çökmələr və sürüşmələr 20-yə yaxın insanın ölümü ilə nəticələnib”, - mənbələr bildirib.
Mətləb