Milanda qocalar evində baş verən yanğın 6 insanın həyatına son qoyub, 81 nəfər ahıl insane xəsarət alıb. Bu barədə ANSA agentliyi xəbər yayıb. Məlumatda deyilir ki, gecə yarısında baş verən yanğını yalnız səhər saatlarında söndürmək mümkün olub.
Ölənlərdən beşi qadın, biri isə kişidir. Həkimlər xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyətini ağır qiymətləndirir. Yanğın zamanı üçmərtəbəli qocalar evində 160 nəfər olub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıb.
Mətləb Salahov