ABŞ və Aİ ölkələri Rusiyaya qarşı Ukraynaya silah yardımı göndərməkdə davam edir. Bununla yanaşı Qərb ölkələrinin ən çox qorxduğu şey isə göndərilən hərbi sistemlərin Rusiyanın əlinə keçməsidir.
Yayılan son məlumatlar artıq bunun baş verdiyini göstərir. Belə ki, Böyük Britaniyanın Ukraynaya göndərdiyi məşhur "Storm Shadow" qanadlı raketinin qismən toxunulmaz hissəsi rusların əlinə keçib.
Ehtimal olunur ki, raketdə mümkün texniki nasazlıq yaranıb və ya Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və buna görə də missiyasını başa çatdıra bilməyib.
Hazırda Ukraynanın əlində olan ən uzun mənzilli raket olan "Storm Shadow" təyyarələrdən buraxılır. Əsasən “Tornado”dan buraxılan raketlərdən istifadə etmək üçün Ukrayna Hərbi Hava Qüvvələrinin əlində olan Su-24-lər xüsusi modifikasiya edilib. Raketlərdən ukraynalılar may ayından istifadə edirlər.
Sistemin az ziyanla rusların əlinə keçməsi əslində texnoloji risqi deməkdir. Ekspertiza üçün götürülən parçalardan sonra rusların hansı əks addım atacağı Qərbdə maraqla izlənilir.
Məlumata görə, raket ciddi hava hücumundan müdafiə sisteminə malik olan rusların daxili hədəflərini vurmaq üçün istifadə edilir. Qiyməti çox yüksək olan sözügedən qanadlı raketlərlə əsasən strateji əhəmiyyətli hədəflərə zərbələr endirilir.
TAHİR