Estoniyanın Baş naziri Kaya Kallas Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində maraqlı fikirlərlə çıxış edib. Xanım Baş nazir bəyan edib ki, Qərb Ukraynanı dəstəkləməkdən yorulmamalıdır, çünki hüquqa əsaslanan beynəlxalq nizamın taleyi ondan asılıdır: “Biz uzun sürən müharibəyə hazır olmalıyıq. Biz yorulmamalıyıq. Qanuna əsaslanan beynəlxalq nizamın taleyi təhlükə altındadır”.
Kallas Qərbi Ukrayna ətrafında sıx birləşməyə çağırıb. Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin Qərbin Ukrayna tərəfini dəstəkləməkdən yorulmasını gözləyir.
Mətləb Salahov