Bu gecə Ukrayna ərazisi Rusiya ordusu tərəfindən raket və kamikadze dronlarının hücumuna məruz qalıb. Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda raketlərdən birinin Lvovda yaşayış binasına düşdüyü, insanların dağıntılar altında qaldığı bildirilib. Azı 4 nəfərin öldüyü müəyyən edilib, 9 nəfər isə xəsarət alıb.
Artıq paytaxt Kiyev də daxil olmaqla ölkənin bütün ərazisi üzrə hava həyəcanı siqnalı çalınıb.
Mətləb