Rusiya prezidenti Vladimir Putin ona qarşı qiyam qaldıran Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojini bitirməkdə qərarlı görünür.
"Vaqner" lideri Priqojin qiyamdan sonra Belarusa gedib, onun Rusiyadakı daşınmaz əmlakı və pullarına dövlət tərəfindən əl qoyulub.
Beynəlxalq mediada yer alan xəbərlərə görə, Rusiya lideri Putin müsadirə edilən "Vaqner"in biznesini müəmmalı sevgilisi kimi təqdim edilən Alina Kabayevaya təhvil verib. İddialara görə, "Vaqner"in bütün işlərini 40 yaşlı Kabayeva öz üzərinə götürəcək.
Kabayeva son illərdə "National Media Group" media şirkətinə rəhbərlik edib. Bildirilir ki, Kabayeva Priqojinə məxsus “Patriot Media Group” media şirkətini də idarə etməyə başlayacaq. Moskvanın bu yolla "Vaqner"in təsirini azaltmağı hədəflədiyi bildirilir.
Qeyd edək ki, Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin Rusiya ordusunu "Vaqner"ə hücumda ittiham edib və cavab verməklə hədələyib. Ardınca "Vaqner" döyüşçüləri iyunun 24-də Ukraynanı tərk edərək sərhəd Rostov vilayətinə daxil olublar. Priqojin buradan Moskvaya gedəcəklərini açıqlayıb. Kreml administrasiyası isə ölkənin bir çox yerində ciddi təhlükəsizlik tədbirlərini artırıb. Rusiyanın Ukrayna sərhədinə yaxın bölgələrində, xüsusən də Moskva və Moskva vilayətində antiterror əməliyyatı vəziyyəti elan edilib
Vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) “silahlı iğtişaş” maddəsi ilə cinayət işi açıb. Rusiya prezidenti Vladimir Putin də "Vaqner"in üsyanını “vətənə xəyanət” adlandırıb. .
Üsyanın axşamı Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyada gərginliyi azaltmaq təklifini qəbul edib. Priqojin tərəflərdən birinin üzərinə rus qanının tökülməsinin məsuliyyətini başa düşdüklərini və plana uyğun olaraq konvoylarını geri çevirərək səhra düşərgələrinə qayıdacaqlarını açıqlayıb.
Sonradan Priqojin özü Belarusa kedib, əsgərləri isə əfv edilərək yenidən cəbhəyə göndərilib.
TAHİR