Türkiyənin tələbi ilə Yunanıstanda PKK düşərgəsi bağlanıldı.
Trend TurkicWorld-a istinadla xəbər verir ki, Yunanıstan Türkiyənin bağlanmasını istədiyi və PKK terror təşkilatının üzvlərinin yaşadığı Lavrion düşərgəsini boşaldıb.
Yunan polisi, Türkiyənin bağlanmasını istədiyi Afinanın cənub-şərqində yerləşən Lavrion düşərgəsində əməliyyat keçirib.
Əməliyyat zamanı 53 nəfər PKK üzvü düşərgədən təxliyə edilib.
Qeyd edək ki, Lavrion düşərgəsi Yunanıstanın ən qədim düşərgələrindən biridir və 1947-ci ildə tikilib. Sözügedən düşərgədə terror təşkilatı PKK-ya qoşulanların ailələri qalırdı. Düşərgə 2017-ci ildən Yunanıstan Qızıl Xaç Cəmiyyəti tərəfindən idarə olunur.